Azərbaycanca

Ermənistanın yeni liderlərə ehtiyacı var

05.08.2014 | 11:34

arstrunVerelk (Ascent) siyasi-tədqiqat qurumunun sədri Artsrun Pepanyan bildirir ki, Ermənistanda hal-hazırda mövcud olan problemlər millətin keçmişinə və dünya tarixindəki roluna yaxşı bələd olan yeni liderlərin gəlməsini tələb edir.

 

“KarabakhİN FO.com” beynəlxalq e-jurnalının verdiyi xəbərə görə, analitik bu bəyanatını cari dövlət işlərində siyasi konsolidasiyaya ehtiyacı şərh edərkən verib. Dövlət işləri əhalini tez-tez təkrarlanan sərhəd hücumları haqqında hesabatları ilə panikaya salır və cəmiyyət içərisində qeyri-müəyyənlik yaradır.

 

“Konsolidasiyaya ehtiyac çoxdan mövcuddur. Görmək istəyənlər üçün ölkənin tənəzzülü aydın şəkildə görülür. Bununla belə, bir tərəfdən hakimiyyət orqanlarının bacarıqsızlığı, digər tərəfdən müxalifətin düzgün hesablanmamış gedişləri bizim Qarabağ hərəkatından geriyə qalmış cəmiyyətimizi məhv edir” deyə Artsrun Pepanyan bildirib.

 

Analitik Ermənistanın yeni liderə ehtiyacı olduğunu qeyd edib: “Konsolidasiya əlbəttə ki, utopiya deyil. Çox az adam inanardı ki, Ermənistan 1988-ci ildə parlaq konsolidasiya nümunəsi nümayiş etdirəcək. İndinin özündə də, erməniləri nəzəri olaraq qəflət yuxusundan oyatmaq mümkündür. Bunu etmək üçün bizə ermənilərin gerçək keçmişinə və dünya tarixindəki roluna bələd olan liderlər lazımdır. Digər tərəfdən onlar erməni xalqının ürəyinə gedən yolu tapmağı bacarmalıdırlar” .

 

Fərid Əliyev

“KarabakhİNFO.com”

05.08.2014 11:34

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*