Azərbaycanca

Ermeni separatizminin kökü və mahiyyəti (III hissə)

12.03.2014 | 18:06

1394633050_qafar-caxmaqliHəmin illər elə bir vəziyyət yaranmışdı ki, ermənilər türk döv­lətinə və ordusuna xidmət etmək istəmirdilər. Onların bir ço­xu Erməni Kilsəsinin təlimatı ilə əsgərliyə getməkdən ya­yın­dı­lar, bir ço­xu isə “kilsə xidmətçisi” kimi göstərilərək hərbi qul­luğa alınma­dılar. Kilsələr silah anbarlarına çev­ril­miş­di. 1915-ci ilin iyulunda rus ordusuna təslim olan Ər­zin­canda er­mə­nilər qətlləri artırdılar, onlar köməksiz dinc əhali­yə Bay­burt­da da, Gümüşhanədə də divan tuturdular. On­­ların tö­rət­dik­lə­ri vəhşiliklər rus zabitlərini belə heyrətdə bu­raxmışdı: “evlərə top­layaraq onları yandırmaq, küçə və ba­yır­da rast gələrkən tür­kə heyvan kimi davranmaq, hamilə qa­dın­ların qarınları ya­rı­la­raq çıxarılan uşaqlar qucaqlarına verilib sonra öldürmək”. Gənc qızların namuslarına toxunu­la­raq ci­yər­lərini divarlardan asırdılar. Evlərdə od vurulub yan­dı­rılan türk­lər çölə çıxarkən sün­gülərlə yerindəcə öl­dü­rü­lür­dülər. Os­man­lı ordusu Ərzincanı tək­rar ruslardan alandan sonra 3-cü Ordu Komandanının Baş Ko­mandanlığa 16 fevral 1918-ci il tarixli raportunda deyilirdi: “Çardaxlı boğazından Ərzincana qə­dər bütün kəndləri, hətta xır­da­ca bir sığınacaq belə qal­ma­maq şərti ilə dağıdılmış gör­düm. Bağça­la­rın ağacları belə kəsilmiş, kəndlərdən bir fərd sağ qal­ma­mışdır. Er­mənilərin Ərzincanda etdikləri faciələri dünya ta­­ri­xi bu günə qə­dər gör­məmişdir. Üç gündən bəri ermənilər tə­rə­fin­dən öldürülüb mey­­­danda qalan islam cənazələri topladıl­maq­­dadır”. Rus­­­ların İkin­ci Ərzurum Qala Topçu Alayı ko­mandani Tverdoxlebov qeyd edir­di ki, bir gündə 800 türkü öl­dürən er­mə­­nilərdən yalnız bir nəfər öl­müşdü.   Ermənilər Ərzincandan Ərzuruma qaçmışdılar, yol boyun­ca türk kəndlərini bütün əhalisi ilə birlikdə məhv etmişdilər. Bun­lara da rus zabitləri şahidlik etmişlər (104). Erzurumda er­mə­nilər möh­kəm­ləndilər, onlara bol miqdarda silah-sursat, təş­­viqat materialları gə­tirildi. Bu silah və hərbi sursatların Ba­tum və Konstansadan Trab­zon vasitəsilə ruslar və ingilislər tə­rə­fin­dən göndərildiyi mə­lum idi. O zaman Bağçasarayda İs­ma­­­yıl­bəy Qaspıralı tərəfindən çı­x­a­rılan “Tər­cüman” qəzeti Ər­­­­­zu­rum­dakı bu erməniləri silah­lan­dı­ran ingi­lis­ləri kəskin tən­­­­­­qid atəşi­nə tutmuşdu. Ermənilərin bir qis­mi­nin isə öz si­lah­ları ilə rus­la­rın ordularına daxil olmaları da o döv­rün mət­bua­tın­da qeyd olun­muşdu. Rus zabiti öz xatirələrində ya­zırdı ki, “cəb­­hə­də öz cəngəvərliklərini göstərə bilməyən er­mə­ni­lər öz­lərini mül­­ki əhalinin üstündə sınayırdılar. Tərcun qə­səbə­sin­­də məsci­də di­na­mit qoyub partlatdılar. Hər tərəfi ölülərlə do­lu olan qə­səbədə er­­mənilər 700-dən çox məsum uşaq qətl et­miş­di­lər. Rus əs­gər və za­bitlərinin gözündən yayınıb Ər­zu­ru­mun Tə­pəköy mə­həl­ləsində bü­tün xalqı qətlə yetirmişdilər. Ər­zu­rum­da 11-12 mart gecəsi evlərə dol­du­ru­lub yan­dı­rı­la­raq, öldü­rü­lən türklərin sa­­yısı 15.000 nəfərdən çox olmuşdur. Bu qət­­liam­la­rı öz gözləri ilə görən rus zabiti Tverdoxlebov qeyd edi­r­di: “Bu ha­di­səl­ər er­mə­ni mü­­təfəkkirlərin məfkurələrini aşkar su­rət­də ortaya qo­yur. Heç kim bu hadisələrin olmadığını söyləyə bil­məz”. 1917-ci ilin sonundan başlayaraq, Rusiyanın Qafqaz ordu­su­nun Şərq cəbhəsindən çəkilməsi ermənilərin ürəyincə de­yil­di və Rusi­ya­nın çəkilərkən ermənilərə təhvil verdikləri si­lah­lar­la acıqlarını yer­li əhalidən çıxırdılar. Onlar rusların qoyub get­diyi silah-sur­sat­la əliyalın əhaliyə divan tutmağa başladılar. Qur­duq­ları Erməni Hər­bi Diviziyası vasitəsilə Ərzurumu əldə sax­lamaq istədilər. Bol­qa­rıstan ermənisi polkovnik Torqom bu Di­vi­ziyaya komandir təyin olun­muşdu. Rus Ordusunun Baş Ko­man­danı Odişelidze bütün ko­man­dirləri yanına top­la­yıb şəhər­də zülmlərə son verilməsini tap­şır­sa da, ermənilər dinc dur­ma­dı­lar. Bu hadisələrin canlı şa­hi­di Tver­dox­le­bov qeyd edir­di ki, “ermənilər rüzgar əkdilər, fəqət rüz­gar əkənin fır­tına bi­çəcəyini unutdular”. Ermənilər eyni zamanda in­gilis və ruslara casusluq fəaliyyətlərini də davam etdirirdilər. Bu böl­gələrdə hələ müharibədən əvvəl informa­si­ya­nı anında rə­qib dövlətlərə çatdıran erməni casus şəbəkəsi qu­rulmuşdu. Ada­nalı müəllim Abraham Salcıyan, Artin Dört­yol­lu, Petros Torosoğlu, müəllim Aqop hərbi məhkəmə tə­rə­findən mühaki­mə olunarkən, gü­nahlarını boyunlarına aldılar. Onların ifadələri ilə Dörtyol, Ko­zan, Saimbəyli, Diyarbəkir, Trabzon, Ərzurum­dan çoxlu miq­­darda silahın, dinamitin, ba­rı­tın yeri təsbit edildi. Hə­lə 1909-cu il Adana hadisələrində fəal olan “hnçak”çılar və daş­nak­lar (papaz Dersak, Karapet, İsgəndər) yaxalanıb edam edil­di­lər.   Osmanlı bir hüquq dövləti idi. Ölkənin zəif düşməsi səbə­bin­­dən və müharibənin başını qatması ermənilərə əl-qol aç­ma­ğa imkan vermişdi, lakin zaman hər cinayəti öz yerinə qo­ya­caq­dı, ermənilərin düşmənçilik hərəkətlərinə uyğun da müəy­yən qərarlar və qanunlar çıxarmasını qaçılmaz edəcəkdi. Şərq­də düşmənlə müharibədə keçmiş “sadiq təbəə”nin xə­ya­nəti Os­man­lı dövlətini tədbirlər görməyə sövq etməli idi. 1915-ci il Təh­cir olayı, yəni erməni əhalinin müharibə böl­gə­sin­dən kö­çü­rül­­­məsi və Osmanlı sərhədləri içərisində daha təh­lü­kəsiz bir yer­də məskunlaşdırılması o dövr üçün ən doğru ad­dım idi. 2007-ci il­də İstanbulda öldürülən “Agos” qəzetinin baş redaktoru Hrand Din­kin belə bir iddiası var idi ki, əhali­nin öz yerindən-yur­dun­dan başqa yerə sövq edilməsi əsl soy­qı­rımıdır. Halbuki tarixdə sa­vaş bölgələrindən mülki əhalini çı­xarmaq humanist addım he­sab olunur. Müharibə tarixlərinə nə­zər sal­saq, belə hadisələrin çox olduğunun şahidi olarıq. Bunlardan bi­rini ABŞ özü 1944-cü ildə etmişdir. Yaponiya ilə müharibə və­ziyyətində olan Ameri­ka Şərq sahillərində yaşa­yan yapon və­təndaşlarını ABŞ-ın içərilərinə köçürməli ol­muş­du. Əslində er­mənilər xəyanət etmişdilər. Buna ən yum­şaq cavab isə kö­çü­rül­mə idi.

  Qafar Çaxmaqlı  

 

“KarabakhİNFO.com” 

12.03.2014 18:06

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*