Azərbaycanca

“Fəryad”ın canlı qəhrəmanı

13.10.2014 | 15:57

10719514_10152346213412691_1339904982_n (1)Fotoda gördüyünüz şəxs 1991-ci ilin dekabr ayında torpaqlarımızı erməni işğalından müdafiə etmək üçün könüllü Qarabağ savaşına qatılan və müharibədə 701-ci briqadanın 3-cü batalyonunun komandiri olan Mehman Hüseynovdur. 701-ci briqada 1991-ci il Dekabrın 8-də Şəhidlər Xiyabanında andiçmə mərasimindən sonra dərhal Kərkicahan qəsəbəsinin müdafiəsinə göndərildi.

 


1991-ci ilin dekabrın 28-də Kərkicahan qəsəbəsi uğrunda şiddətli döyüşlərin getdiyi bir vaxtda O döyüş yoldaşları ilə bir evin içində ermənilərin hücumunu dəf edirdi (bu epizod “Fəryad” filmində Ceyhun Mirzəyevlə Hacı İsmayılovun iştirakı ilə canlandırılıb). Kömək üçün ehtiyat qüvvənin göndəriləcəyi vəd edilsə də bu olmur. Nəticədə Kərkicahan qəsəbəsi ermənilər tərəfindən işğal edilən zaman 8 nəfər döyüşçü yoldaşı ilə Mehman Hüseynov əsir düşür. Mehman bəy silahdaşları ilə 2 ay Xankəndində dözülməz işgəncələr altında əsirlikdə saxlanılıb. Hamımızın yaxşı tanıdığı Fərhad Atakişiyev də həmin günlərdə onunla birlikdə əsirlikdə idi.

 
1992-ci il fevralın 28-də onu və döyüşçü yoldaşlarını Xocalıdan keçirib bizimkilərlə dəyişərkən Mehman hələ respublikada tam dəqiqliyi ilə bəlli olmayan Xocalı genosidinin ilk canlı şahidi olur və Ağdamda Azərbaycan tərəfinə təhvil verildikdən sonra orada mərhum telereportyor Çingiz Mustafayevə gördüyü faciə haqqında 20 dəqiqəlik müsahibə verir. Və məhz bundan sonra Çingiz Mustafayev Xocalıya şəhid olan soydaşlarımımzı lentə almağa gedir.
Bu müsahibədən sonra “Fəryad” filmi haqqında ideyalar yaranır və 1993-cü ildə Mehman Hüseynovun 2 aylıq əsirlik həyatından bəhs edən “Fəryad” filmi çəkilir (Rejissor Ceyhun Mirzəyev).

 

 

“KarabakhİNFO.com”

 

 

13.10.2014 15:57

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*