Azərbaycanca

Facebook erməni separatçılarının səhifəsinin statusunu geri aldı – FOTO

17.02.2015 | 12:47

nkr_profil

Facebook sosial şəbəkəsi Dağlıq Qarabağa qarşı yol verilmiş səhvi aradan qaldırıb

 

 

 

 

 

 

“KarabakhİNFO.com”  beynəlxalq elektron jurnalının  Trend -ə istinadən  məlumatına görə, bir müddət əvvəl erməni işğalçıların Facebook sosial şəbəkəsində açdıqları və qondarma “Dağlıq Qarabağ Respublikası”na həsr olunmuş səhifənin rəsmi təsdiqlənmiş statusu götürülüb.

 

 

Hazırda həmin səhifə digərləri kimi sıradan bir səhifə olaraq fəaliyyət göstərir.

 

 

Qeyd edək ki, Facebookda rəsmi təsdiqlənmiş statusa yalnız real, hər kəs tərəfindən qəbul edilmiş şəxslər, qurumlar malik ola bilərlər. Dünyanın heç bir dövləti, hətta işğalçı Ermənistan tərəfindən tanınmamış qondarma “Dağlıq Qarabağ Respublikası”nın səhifəsinə rəsmi təsdiqlənmiş statusun verilməsi Azərbaycan tərəfindən kəskin narazılıqla qarşılanmışdı.

 

 

 

“KarabakhİNFO.com”

 

 

 

 

 

17.02.2015 12:47

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*