Azərbaycanca

Faiqin itkin düşməsindən sonra, yaşaya bilmədilər

23.08.2013 | 14:09

1377254114_faiq-bdlov-1Müharibənin ağır nəticələri olur. Kimi qolunu, kimi qıçını, kimi də övladını itirir. Şəhidlik zirvəsinə yüksələn igid oğullarımızın məzarını ziyarət edərkən, onun indi burada, bu məzarda uyuduğunu görürük. Ən ağrılısı isə odur ki, övladını müharibədə itirəsən nə məzarı ola, nə də gördüm deyəni. Onlardan biri də Faiq Bədəlovdu. Bu gün onun şəkili kəndin “Şəhidlər Xiybanı”nda olsa da, özünün harada olmağından hələ də xəbər  yoxdu.  Artıq iyirmi bir ildir ki, onun yaxınlarının gözü yoldadı.  

Bu gün biz Faiqin qardaşı Vahid müəllimlə görüşüb onunla Faiq barədə söhbət etdik.   – Faiq 1973-cü ildə Cəlilabad rayon Maşlıq kəndində anadan olub. Kənd orta məktəbini bitirib.   -1992-ci ilin dekabr ayında  Faiq hərbi xidmətə çağırıldı və hərbi xidmətinə Salyan rayon “N” saylı hərbi hissəsində başladı. Hərbi hissədə qarışıqlıq olduğundan o, çox keçmədi ki, evə qayıtdı. İki ilə yaxın evdə oldu və bu vaxt ərzində onu hərbi xidmətə çağıran olmadı. Faiq o vaxta kimi fərari sayılırdı və buna görə özü də çox narahat idi. Çünki, hərbi hissələri dağılmışdı. 1994-cü ildə Ümummilli liderimiz Heydər Əliyevin müvafiq sərəncamından sonra bir çoxları kimi Faiq də yenidən hərbi xidmətə yollandı.    – Yanvar ayının 3-də onu yola saldıq. Bu dəfə o, Füzuli rayon Aşağı Əbdüllrəhmanlı kəndi istiqamətində döyüşürdü. 1377254471_faiq-bdlov-2Mən fevral ayının 10-da Faiqə baş çəkməyə getdim və bildirdilər ki, onlar döyüşdə mühasirəyə düşüblər. Bu mühasirədən bir çox döyüşçü yoldaşları çıxa bilsə də, Faiq öz əsgər yoldaşları  və komandiri ilə əsir götürülüb. Faiqlə çiyin-çiyinə döyüşən əsgərlərimizdən biri də öz əmim oğlu Natiq idi. O, da kədərlə bildirdi ki, biz mühasirədən çox böyük çətinliklə çıxa bilsək də, Faiqgili çıxarmaq mümkün olmadı.  Faiq belə itkin düşdü.   – O vaxtan başladım onu axtarmağa. 1996-cı ilə kimi axtarışlarıma davam etdim. Elə ömrüm-günüm Faiqin xidmət etdiyi ərazilərdə keçdi. “İtkinlər komitəsi”nə və “Qızıl xaç” komitəsinə müraciət etdim. Amma, təəsüflər olsun ki, Faiqi tapa bilmədim. Faiqin xidmət etdiyi hərbi hissəyə getdim və oradan da mənə Faiqin itkin düşməsi haqda arayış verdilər.1377254421_faiq-bdlov-3 Doğrusu bu mənə çox pis təsir etdi. Sonra Faiqə şəhidlik statusu verdilər. Amma, hələ də gözümüz yoldadı. Ümidimizi üzməmişik, elə bilirik ki, nə vaxtsa qayıdacaq.   – Faiq  sakit bir uşaq idi. Heç kimin xətrinə dəyməyi xoşlamazdı. Dostları çox idi, səhər açılan kimi bir də baxırdın ki, uşaqlar həyətin qapısını kəsdiriblər Faiqi gözləyirlər. Vətənpərvər uşaq idi, zabit olmaq istəyirdi. El-obaya bağlı uşaq idi. Faiqin itkin düşməsindən sonra Atam da, qardaşım  da yaşaya bilmədi. Məzarı olsaydı bu qədər bizə təsir etməzdi. Anam da xəstədi, onunla Faiq haqda danışmağı heç məsləhət görmürəm. Çünki, Faiqin adını eşidən kimi başlayır ağlamağa. Faiqin şəhid olmağını qəbul eləyə bilirəm, amma itkin düşməyini heç cür qəbul eləyə bilmirəm. Qarşıma hərbi geyimli bir əsgər və zabit çıxdıqda, elə bilirəm ki, Faiqdən xəbər gətirib. Bu gün Faiq kimi yüzlərlə igid oğullarımız vətən üçün döyüşüb və itkin düşüblər. Onlar da mənim qardaşımdı. Vətən sağ olsun!

 

Vasif Əlihüseyn

“KarabakhİNFO.com” 

23.08.2013 14:09

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*