Azərbaycanca

Faşizm və erməni irqçi monoetnik milliyətçiliyi.

13.02.2013 | 11:37

1360740696_dasnakErmənilər Adolf  Hitleri çox sevirlər. İmkanları olsa ona da İrəvanda heykəl də qoyarlar.  Onlar  Hitlerə aid etdikləri bir ifadəni də işlətməyi də çox sevirlər.  Guya Hitler yəhudiləri qırmağı qərarlaşdırarkən demişdir ki; ” Türklər birinci dünya nüharibəsi dövründə erməniləri məhv etdilər, onlara nə edildi ki, bizə də nəsə edilsin.”  Dünyanın müxtəlif ölkələrinə göndərdikləri və müxtəlif üsullarla qondarma “Erməni soyqırımı” nın qəbul edilməsinə nail olduqları (artıq belə ölkələrin sayı 21- dir).  qanun təkliflərində Hitlerin bu fikri mütləq yer alır.  Hitlerlə bu “erməni həmrəyliyi” milliyətçi erməni cəmiyyətinə Hitlerə simpatiya ruhu gətirir və hətta bu fikri söylədiyinə görə “bəlkə Hitler də erməniymiş “ deyənlər tapılır. Bilinən gerçək odur ki, Hitler erməni deyildi, amma onun ideya fəaliyyəti ilə ermənilərin etdikləri arasında qəribə bir bənzərlik mövcuddur. Ermənilərin irqçiliyi də almanların 20-30-cu illərdəki doktrinasına bənzəyir. Faşizm nədir? Faşizm sinif və gender fərqi nəzərə almadan cəmiyyətin  birgə yaşamını müdafiə edən, dövlətin hər şeydən üstün olduğunu vurğulayan, tək partiyalı, vətənpərvər, həddindən artıq milliyyətçi, anti-demokratik, anti-kommunist, anti-kapitalist, popülist və avtoritar bir sistemdir.

Anlayışın mənşəyi Antik Roma idarəçilərinin geniş hökumət səlahiyyətini simvolizə edən və ucunda balta olan bir çubuq dəstəsinin adı olan, latınca fasces sözündəndir. Eyni simvol daha sonralar Fransız İnqilabı əsnasında “işıqlanma” mənasında, xalqın əlindəki dövlət gücünü təmsil etmək kimi istifadə edilmişdir. Bu simvol bir sıra dəyişikliklərlə 1926-ci ildən etibaren İtalyanın rəsmi dövlət simvolu olmuşdur. Simvolun üçlü mənası vardı, dövlət gücü, xalq mülkiyyəti və  bərabərlik!  Bu şüarlar Mussolininin  təbliğat kampanyalarında   istifadə edilmişdir.

Faşizm, diktator  rejimləri  bərkitmək üçün istifadə edilən ümumi bir termin olmazdan əvvəl, italyan milliyyətçiliyini təmsil edən bir ideologiya olaraq ortaya atılmışdır. Ancaq onunla eyni vaxtda ortaya çıxan nasizm və falanjizm kimi  cərəyanlar da məqsəd baxımından bir İtalyan ideologiyası olan faşizmə yaxın olduqları üçün faşizmə bağlı siyasi hərəkətlər olaraq tanınmışlar.

Bir rejimin faşist olaraq  bilinməsi üçün, o rejimin ideologiyasının milliyyətçi olması və millətin varlıq və maraqlarını hər şeyin üstündə tutması  gərəkdir. Bu hədəfə çatmaq üçün isə iqtisadiyyat üzərində möhkəm bir dövlət  yumruğu tətbiq etmək, həyat tərzinin aşağı düşməsinin qarşısını almaq üçün qiymət siyasətinin  tətbiqi kimi tədbirlər faşizmin əsas siyasəti olmuşdur. Faşizm, siniflər arasındakı ziddiyyətləri ortadan qaldırmağı nəzərdə tutur. Bu istiqamətdə dövlət əliylə korporativ peşələr qurulur və fəhlə  ilə işəgötürən arasında müqavilə təmin edilir. Cəmiyyətdəki yoxsul və orta sinifin ehtiyacları dövlət tərəfindən ən yaxşı şəkildə qarşılanır; məsələn Almaniyada çıxan torpaq qanunuyla kəndlilərin torpaqlarının ipoteka yolu ilə əllərindən alınmasının qarşısı alınmış və sərmayəçilərin  kəndlini  istismar etməsi əngəllənmişdir.

Milliyyətçi və ya irqçi fikirlərin mənimsənilməsi ölkələrə görə fərqli olmuşdur. Məsələn, italyan faşizmində “İtalyan vətəndaşlığı” anlayışı ön planda ikən, alman nasizmində isə “Alman qanı daşıma” düşüncəsi ön plandadır. Mussolininin doktrinasında vətəndaşlıq anlayışı vurğulanır, Hitlerin doktrinasında isə qan bağı vurğulanır. İtalyan faşizmi milliyyətçidir, alman nasizmi isə irqçidir. Erməni milliyətçiliyinin  isə bunlara bənzər və fərqli cəhətləri vardır. Gələcəkdə biz bunları araşdıracağıq.

 

İrqçilik doktrinası isə  insanın daşıdığı qanın milli-etnik şəxsiyyətini təyin etdiyini  iddia edir. İstənilən erməni belə hesab edir ki, o başqasından qanca fərqlidir.  Bir çox erməni elm adamları da daxil olmaqla,  erməni toplumu içərisində Artsruninin, Garegin Njdenin, Andranikin ortaya atdıqları “erməni ari irqi”, erməni ariliyi”, ideyası tənqid olunmaq, onun sərsəmləmə olduğu qeyd olunmaq əvəzinə, bunun  dəstəklənməsi əslində ideyasızlıqdan irəli gəlmişdir. Elmi dayaqları olmayan  bütün fikirlərin ortaya atılması da eyni səbəbdən olmuşdur.

İrqçi antisemitizmə, gerçək xarici bioloji nəzəriyyələrə əsaslanan,  hər hansı topluma qarşı ön mühakimə bəsləmək, ya da nifrət etməyi də içində  ehtiva etmək, yəni  irqçilik etmək- erməni milliyyətçiliyinin hər zaman ayrılmaz bir parçası olmuşdur. Alman nasistləri kimi ermənilər də bütün insanlıq tarixini fərqli irqlərdən gələn insanlar arasında bioloji baxımdan təyin olunan bir mübarizənin tarixi olaraq qiymətləndirmişlər. Nasistlər özlərinin marksizm, kommunizm, pasifizm və internasionalizmin siyasi meyllərin milliyyətçiliyə zidd olduğunu və təhlükəli Yəhudi irqinə aid intelektüalizmi əks etdirən fərziyyəsindən yola çıxmışlar, iqtidara gəlmələrinin ardından, 1935-ci ildə yəhudiliyin sözdə bioloji tərifini  verən Nuremberg Qanunlarını qəbul etmişlər.

İrqçi nasistlər xəstələri genetik baxımdan üstün irqlərindən ortaya çıxan ləkələr olaraq görür və bu kəslərin çoxalmasının, öz “Ari irqlərinə” qarşı bir bioloji təhdid meydana gətirdiyinə inanırdılar.  Bundan qorxurdular. Almanlar 1939-ci ilin son altı ayı boyunca diqqətli bir planlaşdırma və məlumat toplama müddətindən sonra, alman həkimlər Almaniyanın hər yerində xəstəxanalarda qalan maneəli kəsləri öldürməyə başladılar.  Onların irqlə əlaqədar nəzəriyyələrinə görə, Almanlar və digər Şimali Avropalılar daha üstün bir irqdən gəlirdi. Bunlar “Aryan-Ari” irqin daşıyıcısıydılar. II. Dünya  Müharibəsi boyunca Alman həkimlər, Ari irqin üstünlüyünə və bu səbəbdən digər irqlərin aşağı istiqamətli fiziki dəlil tapmaq məqsədiylə uydurma tibbi təcrübələr apardılar. Təcrübələr əsnasında Ari irqdən olmayan saysız-hesabsız adamları  öldürdüklərinə baxmayaraq insanlar arasındakı irqi bioloji fərqliliklər nəzəriyyələrini dəstəkləyəcək dəlilləri tapa bilmədilər.

Polşa və Sovetlər Birliyi kimi işğal edilmiş Şərq torpaqlarında “etnik təmizlik” avropalı yəhudilərin soyqırımı və slavyan  toplumunun liderliyinin ortadan qaldırılması da daxil olmaqla, qırğın və  düşmən “irqlərin” fiziki məhvini  əhatə edirdi. Erməni dövlətinin yaranma ərəfəsindən bu günə qədər keçdiyi yola nəzər salsaq eyni mənzərənin şahidi olarıq. Bir zamanlar indi adına Ermənistan deyilən dövlət yalnız erməni xalqına aid deyildi, ona özünütəyinetmə hüququ verilərkən bu ölkədə digər xalqlar – o cümlədən türklər də yaşayırdılar və bəzi hallarda buranın aborigeni olmayan ermənilərdən təbii olarak çoxluqda idilər.  İndi bu ölkədə bir nəfər belə əhali qalmamışdır. Daha irəlidə biz bunlardan bəhs edəcəyik. Onu diqqətə çatdırmaq istədik ki, ermənilərlə almanların irqi ayrıseçkilik siyasəti, dövlət səviyyəsində soyqırıma rəvac vermə və etnik təmizləmə siyasəti tamamilə eynidir. Ermənilər də həmin prinsip ilə yola çıxmışdılar. “Harda yəhudi görsən öldür ” yerinə “harda türk görsən öldür”, “ O sənin bioloji varlığın üçün təhlükədir” prinsipi ilə hərəkət etməyə başladılar.

Əlbəttə ki, faşizm  milliyyətçilik və irqçilikdən bir az daha fərqli bir şeydir. Faşizmdə öz mənsubu olduğu cəmiyyətin digər cəmiyyətlərdən daha üstün olduğu düşüncəsi əsas götürülür, Faşizm, cəmiyyət liderləri tərəfindən cəmiyyəti təşkil edən fərdlərə təlqin edilir. Faşist sözünün sonunda lider və ya diktator deyilməsinin bir səbəbi də budur. Faşizm, qurucusu Benito Mussolini sayılan bir təlimdir , İtalyan filosof Giovanni Benito Mussolinidən təsirlənərək 1920-ci illərdə  dalbadal  çap etdirdiyi kitablarla  bu təlimin prinsipləri təyin olunmuş, o  siyasi bir doktrina və rəhbərlik sisteminə çevrilmişdir.  Bu kitablardan təsirlənən və faşizmi bir dünyagörüşü olaraq mənimsəyən  erməni ideoloq Garegin Njde erməni irqçi təlimi olan Tsağakronu hazırlamışdır.

Erməni irqçilik doktrinasını buna aid etmək mümkündürmü? Bu ölkədəki irqçilər də gendən  gələn, keçmiş xüsusiyyətlərin bioloji olaraq insan davranışına hopmasına inanan kəslərdir. Erməni  irqçilik doktrinası, insanın daşıdığı qanın milli-etnik şəxsiyyətinin təyin olduğunu iddia edir. İnsan irqlərinin rəng və fiziki şəkil əsas alınaraq bir-birlərindən üstünlüyünü təməl alan irqçilik fəlsəfəsini mənimsəmiş şəxslərə üstünlük verilir. Ermənistanda bu gün başqa ölkələrdə terrorçu hesab olunan şəxslər- başda Andranik Ozanyan olmaqla Stepan Şaumyan, Dro, Njde, Varujan Karapetyan , Monte Melkonyan, Vazgen Sarkisyan ve b. qəhrəman hesab olunurlar. İrqçi insanların göstərmiş olduğu bu tutuma isə “irqçilik” adı  ona verilməkdədir ki, onlar özlərindən olmayanların fiziki məhvinə çalışmış və bunu bir göz qırpmadan, insan halına acımadan etmişlər. Ermənilərdə irqçilik ən qədimdən belə antiinsani təmələ söykənmişdir.   Hələ XVII əsrdə Venesiyada  milliyətçi cərəyan olan mxitarizmi quran ermənilərin fəaliyyəti araşdırılsa maraqlı mənzərə ortaya çıxar. Erməni milliyətçiliyinin kökündə bir faşizm dayanmışdır. Təsadüfi deyildir ki, mxitarizm də  İtalyada , faşizmin yarandığı torpaqlarda təşəkkül tapmışdır. Demək təsadüflər həm də zərurət doğurur. Yuxarıda bəhs etdiyimiz nasizmin simvolu olan xəncərli xaç həm də erməniliyin (armenizmin) simvoludur. Ermənistanın ilk milliyətçi partiyalarından olan Daşnaksütyunun da simvolu faşizmin qəbul etdiyi xəncərli xaçdır.

Faşist “Yeni nizam” anlayışı ilə Njdenin “Tsexakron”u arasında da bir bənzərliklər mövcuddur. Hitlerin “irq dövləti” anlayışı  Ermənistanda da eyni anlama gəlir. Bu gün Ermənistanda bir nəfər də olsun başqa qövmdən olan millət yoxdur. Faşizm odur ki, içindən bütün sevmədiklərinin ya fiziki məhvinə nail olur, ya da onları köləyə çevirir. Vaxtilə  Ermənistan deyilən bu ölkədə yaşayanlar- Azərbaycan türklərinin heç bir haqq və hüququ yox idi və bu gün bir nəfər də olsun azərbaycanlının bu ölkədə yaşamaması dediyimizin sübutudur. Eyni cür də burada qalan yezidi kürdləri barədə demək mümkündür. Onlar bu ölkədə kölədirlər.  Onlar döyülür, söyülür, malları, qoyunları əllərindən alınır… Bir xalq var, yezidi kürdləri ermənilərin köləsidir, onlar ona görə lazımdır ki, hərdən küçəyə çıxarılıb Türkiyənin əleyhinə nümayiş keçirsinlər, ya da Öcalana azadlıq istəsinlər. Kütləvi köçürmə siyasəti, cinayətlər, müharibə məhbuslarının topluca öldürülməsi, azərbaycanlı əsir və girovların orqanlarının alveri.  Bu günədək   Qarabağ savaşında əsir düşən 5 mindən artıq azərbaycanlıdan xəbər – ətər yoxdur.

Bu ondan irəli gəlir ki,  ermənilər irqçilik fəlsəfəsini mənimsəmişlər.  Erməni İrqçiliyi ümumən müxtəlif insan irqləri arasındakı bioloji fərqliliklərin mədəni və ya fərdi məsələləri də təyin etməsi lazım olduğuna və təbii səbəblərlə bir irqin (əksəriyyətlə öz irqinin) digərlərindən üstün olduğuna və digərlərinə hökm etməyə haqqı olduğuna duyulan inanc və ya bu dəyərləri qəbul edən doktrina olmuşdur. (Xüsusən Dağlıq Qarabağ və digər Azərbaycan rayonlarının işğalından sonra ermənilər  buradakı qələbələrini onların üstün irqdən gəldiklərinə bağlamışlar) . Venesiyada əsasən kitablar və qəzet- jurnal nəşr edib ermənilərin toplu halında yaşadıkları bölgələrə göndərərək onları başqalarından fərqli olmağa inandıran mxitarizm öz işini görmüşdü.  Mxitarizm nə idi? Öz etnik mədəniyyət dəyərlərini tək meyar olaraq təyin etmə (etnik mərkəziyyətçilik), fərqlilik qorxusu (zenofobi).  İrqlər arasında birləşmələrə və əlaqələrin olmasına qarşı çıxmaq və milliyyətçilik kimi anlayışları da  özündə ehtiva edirdi.  Onu ictimai ayrı-seçkiliyin, irqlər arasında fərqliliklərdən soyqırıma qədər gedə bilən bir doktrina halına gətirib çıxarmaq üçün ermənilərə iki-üç əsr yetdi və o erməni dövlətinin doktrinasına tamamilə uyğundur  Erməni irqçiliyi ümumi xəttləriylə araşdırıldığında öz qanını daşıyan, eyni dili danışan, və eyni soydan gələnlərin başqa soylardan gələnləri aşağılaması hesab edilir.

Tarixdə, avropalıların Amerikanı kəşf etməsinin sonra, kölə adı altında alınıb satışa çıxarılan, Afrika mənşəli xalqı  özünə tabe edən amerikalılar başda olmaqla irqçi anlayışı, tarixdə normal qarşılansa da, indiki vaxtda mənfi qiymətləndirilir. Özlərini başqalarından fərqli görmək  Ermənistanda bu gün normal haldır.  Erməni irqi-ayrıseçkiliyinə aid yüzlərlə misal çəkmək mümkündür. Erməni irqçiliyinin  təbliğatı da yerində durmur.

Məlumdur ki, ilk insan məskəni Ermənistan olmuşdur (Nuh hekayəsi), bu da əsas verir ki, elə ari irq də buradan törəmişdir.

«Erməni xalqının Arilərdən doğuşu»  məqaləsində bu xəstə  təxəyüllü erməniyə  görə “Arilər 20 min il əvvəl «Ermənistan dağlar dünyasında» (belə bir ifadə işlədilir) yaranmağa başlamış və onlar Kiçik Asiyadan  Yaponiyaya qədər ərazidə iz buraxmışlar. Atları əhliləşdirən, qoyunçuluğu da inkişaf etdirən Ari-Ermənilər olmuşdur. Erməni dilində olan «Ayrutsi» kəlməsi də o zamandan qalmışdır. «Arman», «Erməni» kəlmələri də o zamandan qalmışdır. Ari sözündən «Ayrarat» (Ararat) törəmişdir.

Arilərə aid edilən «Ram» önünə bir «A» əlavə edilməsilə «Aram» ali kəlməsi ortaya  çıxmışdır. «Arat» isə  guya Ari dilində “Allahın oğlu” deməkdir. Ermənistanda «Arustam» kişi adı var, farslarda bu  «Rustam»dır. Bundan da görünür ki, farlsrala ermənilər eyni kökdən gəlirlər. Xristianlığı da, buddizmi də arilər yaratmışlar.

Bu «xəstələrdən» biri olan Varpetyan «Alamani» (Almaniya) adını da Armani (Erməni) adı ilə  başlamağa çalışır. Almanları da farslar, hindlilər kimi ermənilərin əmioğlusu aldlandırır və erməni millətçi şairlərdən olan  Paruyr Sevakdan bir misal da çəkir: «Dünyada sizin əvvəlinizin məhsulu olan digər ermənilər də vardır». Bu ermənilər isə Ari Ermənilərdən törəmiş yunanlardır, almanlardır, basklardır, farslardır, kürdlərdir, hindlilər, ruslardır.Sonra Varpetyan ustacasına «ari irq»in, yəni ermənilərin yayılma  coğrafiyasını cızır. Onların bir hissəsi Kiçik Asiyaya yayılmış, bir hissəsi isə necə olmuşsa Avropaya getmişdir.  Yerlərdə, qonşulardan  heç kəsə, heç bir millətə qarışmadan (ali-ari  irqidirlər axı!) kiçik qruplar halında yaşamışlar. Əsas məskənləri Mərkəzi Asiya olmuşdur, Hindistana gələrək burada bəzi millətlərin  yaranıb formalaşmasında üstün rol oynamışlar. Varpetyanın sözündən belə çıxır ki, hind və farslar ermənilərə qohumdur. Arilər Xəzər dənizindən üzüyuxarı Rusiyaya getmələri  nəticəsində Ruslar içərisində də “toxum səpmişlər”. Nəticəyə baxın: Böyük Ermənistanla Rusiyanın yaxın münasibətləri qandan gəlir. Sən demə Erməni-ari irqi Rusların da millət  olacaq  yaranmasında, yetişməsində rol oynamışdır. Hindistanda yayğın olan «Ram» və ya «Ran» adı arilərə verilən ümumi addır. Bu adı  Ermənistanda «Rant» və ya «Hrant» olaraq tələffüz etmişlər. «Ram» və ya «Ran» ilk ari- lərdir. Onun fikrincə, Arilər Şərqdə kök salandan sonra Avropanı xilas etməyə gətirmişlər. Almanlar, yunanlar, yəhudilər, kürdlər, basklar arilərdir. Əlbəttə bunlardan daha öncə isə Erməni Arilər farsları, hindləri və rusları ariləşdirmişlər. Baxın bu gün ermənilərin işinə kim yarayırsa  Arilər onlardır, amma onlar yalnızca Erməni arilərdən törəmələrdir, yəni ikinci sort Arilərdir.. (Varpetyan Aleksandr «Erməni xalqının arilərdən doğuşu» Youtube. 11 aprel 2011).

Göründüyü kimi bu «çalışmada» türklərin adı belə çəkilmir, nə təhər olmuşdursa həmin tarixlərdə dünyanın ən qüdrətli  imperiyalarını yaşatmış türklər sanki  heç olmamışlar. Ermənimlərin bu sayaq tədqiqatları ciddi elmi ictimaiyyətdə gülüş doğursa da və onun heç bir elmi əsasının olmadığı kəskin şəkildə  tənqid edirsə də “bu tədqiqatlar” getməkdədir. Şərqdə, islam coğrafiyasında özünün mənfur hərəkətləri ilə təklənəcəyindən qorxan Ermənistan  milli  ideologiyasına bunları da əlavə etməyi unutmur. Hindlilərin, farsların və heç əlaqəsi olmasa da rusların Ari irqdən gəldiyini deməklə bu ölkələri özünün müdafiəçisinə çevirmək istəyir.

Avropada isə almanların ətəyindən yapışır. Və hətta lazım gələrsə faşist təlimini öyməklə Almaniyanı öz tərəfinə çəkməyə çalışır. Hitlerdən də yararlanmaq istəyirlər. Guya Hitler yahudiləri  qırmaq əmri verərkən deyib ki, Osmanlının ermənilərə  soyqırımı tətbiq etdiyini və heç bir cəza almadığını söyləmişdir. Belə cəfəngiyyatları kökündə ara-sıra Türkiyənin İsraillə  yaşadığı soyuq münasibətlərindən də yararlanmaq istəyi durur. Yəhudiləri «Arilərdən» saymayan  Varpetyan  onları digər millətlərin (yəqin ki, türklərin) casusu adlandırır. Yunanlara gəlincə deyir ki, erməni-yunan işbirliyi dünyaya örnəkdir- deyir və yenə də «qan çəkir» ifadəsi cümlə  içərisinə  otuzdurulur. «Ali irq» optimistdir, gələcəkdə bütün dünyanın onları dərk edib ermənilərə sahib çıxacağından əmindir. Azərbaycanlı alim , AMEA-nın müxbir üzvü, prof. İlyas BABAYEV, 2011-ci ildə “Priroda i svet” jurnalının avqust sayında yazıçı-jurnalist Vera Beqiçevanın “Ararat” başlığı altında məqaləsi ilə bağlı fikirlərini həm azərbaycanca, həm də ermənicə bildirərək bu saxtakarlığı ifşa etmişdir. O qeyd edir ki, müəllif Qədim Şərq tarixi üzrə dünya şöhrətli alim İqor Mixayloviç Dyakanov və çox tanınmış arxeoloq Vadim Mixayloviç Masson kimi rus alimlərinin adlarını çəkir və onların bəzi fikirlərini yada salır.Məqalə müəllifinin mövzu ilə əlaqədar belə alimlərin bəzi əsərləri və “Bibliya” ilə tanışlığı çox təqdirəlayiq haldır. Lakin yaxşı olardı ki, hətta populyar məqalələr yazarkən belə mənbələrə ciddi yanaşılsın, tarixi faktlar saxtalaşdırılmasın. Təəssüf ki, məqalədə tarixi faktlara deyil, yanlış, subyektiv uydurmalara əsaslanan fikirlər də vardır.
İ.M.Dyakonov və bütün digər tədqiqatçılar Yaxın Şərq ölkələrində ilk mədəniyyət mərkəzlərinin yaranmasını qeyd etmişlər. Bu zaman tədqiqatçılar hazırkı dövrdə bu ərazidə yerləşən ölkələrin adlarını sadalayırlar (Suriya, İraq, Fələstin, İran və s.). Lakin hamıya məlumdur ki, həmin ərazidə ən qədim sivilizasiyanın yaradıcıları Mesopotamiyada şumerlər olmuşlar. Azərbaycanlı alim qeyd edir ki, təkərin, dulus çarxının, mixi yazının yaranması onların adı ilə əlaqədardır. Bu kəşflər gələcək elmi nailiyyətlərə də böyük təkan vermişdir. Qədim şumerlərin təsiri Qafqazın maddi mədəniyyətində də özünü göstərir. Belə ki, hazırda Azərbaycanda Leylatəpə və Şimali Qafqazda Maykop arxeoloji mədəniyyətlərini tədqiqatçılar haqlı olaraq e.ə. IV-III minilliklərdə Qədim Mesopotamiyadan bu əraziyə köçən şumer tayfaları ilə əlaqələndirirlər. O dövrdən az əvvəl isə insanlar metaldan istifadə etməyə başlamışdılar. Metalın kəşfi məhsuldar qüvvələrin inkişafına çox güclü təkan verdi.  

Alim bildirir ki, əmək alətləri və silahlar indi daş, sümük və ağacdan deyil, metaldan (mis, tunc) hazırlanmağa başlanmışdır. Metal tədricən insanların həyatında geniş yer tuturdu. Mesopotamiyada yaşayan şumerlər metal yataqları olan yerləri axtarırdılar. Güman edilir ki, 5 min il bundan əvvəl bəzi şumer tayfalarının Qafqaza köçü metal yataqlarının axtarışı ilə əlaqədar olmuşdur. Azərbaycanda Leylatəpə arxeoloji mədəniyyətinə aid abidələr, Qarabağda, Qərbi Azərbaycanda, 2011-ci ildə isə Qəbələ rayonunda aşkar olunmuşdur. Qədim şumerlər gələcək sivilizasiyaların yaranıb inkişaf etməsinə, qədim dünyada geniş ərazilərdə yaşayan xalqların mədəniyyətinə güclü təsir göstərmişlər. Bu ərazilərdə şumerlərdən çox sonralar ermənilər də yaşamışlar. Ancaq qədim Mesopotamiyada yaşayan şumer və akkad tayfalarının nə etnik, nə də dil cəhətdən ermənilərə heç bir yaxınlığı yoxdur. Bu Varpet yan kimilərə ən yaxşı elmi cavab deyilmi? 

Elminə heç kəsin şübhə etmədiyi V.M.Masson əsərlərinin birində çox qədim zamanlarda Avropada tapılmış obsidianın öz yatağından bəzən 900 km. uzaq  bir məsafəyə aparıldığını göstərir. Lakin görünür, bu obsidian Dağlıq Ermənistandan (Հայ   Լերնաշխարհ) deyil, daha yaxın mənbələrdən gətirilmişdir. Obsidian yataqları bir çox yerlərdə vardır. Belə yataqlar Azərbaycan və indiki Ermənistanda da mövcuddur. Biz Azərbaycanda bütün qədim arxeoloji abidələrin qazıntıları zamanı obsidiana çox rast gəlirik. Onlar bir çox hallarda yüz km-lərlə məsafədə yerləşən yataqlardan gətirilmişdir. Əsasən Ukrayna ərazisini əhatə edən IV-III minilliklərə aid Tripoliye mədəniyyəti abidələrində rast gəlinən obsidian da çox güman ki, Dağlıq Ermənistandan deyil, daha yaxın yataqlardan gətirilmişdir. (Babayev İlyas “ Nuh erməni dilində danışıbmı?” məqaləsi, Karabağinfo.com  e- jurnalı, 2012 sentyabr)

Ermənilərin bu gün İrəvan şəhərinə iddiaları da əsassızdır. Yenə də İlyas Babayevin çalışmalarında bu iddianın mənasız və qeyri elmi olduğu sübut olunur.  Müəllif yazır ki, e.ə. IX əsrdə Van gölü ətrafında yaranan Urartu dövləti padşah Argiştinin (e.ə. 786-764-cü illər) hakimiyyəti dövründə çox gücləndi və Araz çayından şimalda xeyli əraziləri tutdu. E.ə. 782-ci ildə Argişti yerli qəbilələri əsarətdə saxlamaq üçün indiki  İrəvan şəhərinin yerində Erebuni qalasını tikdi. Bu ərazidə Argiştixnili şəhəri salındı. Daha çox Urartu abidələri indiki Türkiyə, şimali-qərbi İranda (Cənubi Azərbaycanda) yerləşir. Urartu haqqında bir sıra əsərlərin müəllifi, çox məşhur alim, akademik B.B.Piotrovski haqlı olaraq yazmışdır ki, urartuların varisi ermənilər deyil, bu qədim dövlətin yerləşdiyi ərazidə yaşayan bütün xalqlardır. Etnik və dil cəhətdən ermənilərin urartularla yaxınlığı yoxdur.  Demək arilərin də ermənilərə aidiyyatı yoxdur

Ermənilərin dil cəhətdən qədim xuritlərlə də yaxınlığı yoxdur. Erməni dili Hind-Avropa dil ailəsinə aid edilir, amma bəzi erməni alimləri bu dilin heç bir bənzəri olmamasını əsas gətirərək və sintaksis yapısı etibarı ilə Asiya dillərinə aid olması haqqında yeni elmi görüşlər mövcuddur. Günəş allahının  hind-avropalıların allahı kimi göstərilməsi də bir erməni uydurmasıdır Belə şey yoxdur . Lakin Günəşə qədim dövrlərdə dünyanın əksər ölkələrində yaşayan insanlar sitayiş edirdilər. Hətta Kolumba qədərki Amerika hinduları da Günəşi allah sayırdılar. Qədim Misirdə isə Günəş baş allah sayılırdı. Məlum olduğu kimi misirlilər hind-avropa xalqlarının dil ailəsinə daxil deyildilər.

Misirlilərin dili sami dilləri ailəsinə daxil idi. Deməli, onların ermənilərlə də qohumluğu olmayıb. Azərbaycanın qədim dövləti olan Albaniyada da Günəş 2 min il əvvəl Strabonun yazdığına görə, allahlardan biri sayılır və ona sitayiş olunurdu. Azərbaycan albanlarının da ermənilərlə heç bir qohumluğu olmayıb. Bütün bu məsələlərə aid çoxsaylı tədqiqat əsərləri mövcuddur. Məncə, onlar bütün tədqiqatçılara məlumdur. İndiyə kimi e.ə. II minilliyin ortalarında Kiçik Asiyada öz dövlətlərini yaradan mitanilərin də ermənilərlə hər hansı qohumluğunun olduğunu heç kəs sübut etməmişdir. İ.M.Dyakanov haqlı olaraq yazır ki, ən qədim erməni daşıyıcıları Kiçik Asiyaya e.ə. II minilliyin axırlarında gəlmişlər. Yazılı mənbələrdə ermənilərin adı ilk dəfə e.ə. VI əsrdə çəkilmişdir.  Bu xalqın isə indiki haylara heç bir dəxli olmadığını erməni alimi  R. Acaryan da söyləyib.

Ermənicə mənşəcə Hind-Avropa dil ailəsinə aid edilsə də bu ailə içində birbaşa yaxın qohumu yoxdur. Ona görə də Hind-Avropa ailəsinin tək bir dillə təmsil edilən qolu sayılmaqdadır. Quruluş etibarilə ermənicə Ural-Altay dil ailəsinə, xüsusilə Türk dillərinə bənzərliyi də şübhə edilməz bir gerçəkdir. Xüsusilə müasir ermənicənin  iltisaqi bir dil olması, söz köklərinə əlavələr alması bu fikri təsdiq edir. Lakin erməni dili eyni şəkildə Hind-Avropa dillərində olduğu kimi ön əlavələr də etməkdədir. Erməni dili öz xüsusiyyətlərinə görə Hind-Avropa dil ailəsinin şərq qoluna aiddir, bura erməni dilinin yanında Ari dili, Yunan, Balto-slavyan və Balkanların bəzi köhnə dilləri daxildir.Erməni dilinin tərifini ilk dəfə Huebschmann vermişdir. (H.Huebschmann. Ueber Stellung des Armenischen im Kreis deyir indogermanischen Sprachen.-KZ, BD XXIII, 1875)

Ancaq, Erməni dilini Hind-Avropa dilinin yalnız Şərq qanadına deyil, Qərb qoluna bağlayanlar da var, bu bağlamada  birləşdirici ünsürlər-Ari və Yunan dillərinin, daha doğrusu Hind-Avropa ləhçələrinin qərbdəki daha geniş bir grupu ilə Erməni dilinin  əlaqəsi vardır. Amma Ari dil deyildir, demək o Ari millət də ola bilməz.     Erməni dilinin araşdırılmasında xüsusi yeri  olan macar alimi G. Soltan “Hind-Avropa dilləri arasında erməni dilininYeri” adlı işinin dəyəri böyükdür. (G Soltan. Stellung des Armenischen im Kreis deyir indogermanischen Sprachen Die. Wien, 1960 s.479-480) Burada, müəllif erməni dili ilə Yunan dillərini bir-birinə bağlayan məsələləri araşdırmışdır.  O cümlədən milləti millət edən  dili araşdırmışdır. O göstərdi ki, Yunan dili də Hind-Avropaya aid digər dillərdən biridir .. Zoltán eyni zamanda araşdıraraq ortaya qoydu ki, erməni dilinin həm də German  və Balto-Slavyan dilləri ilə qohumluq əlaqələri var, amma bu o demək deyildir ki, almanlar da ermənilər də buna görə Ari irqə aiddrlər. Erməni dilinin bu dillərlə ənənəvi əlaqəsi olmuşdur, bunu isə sübut etməyə ehtiyac yoxdur.. Baxın, erməni dilnin  daha hansı dillərlə əlaqəsi vardır: Yunan, Hind, Alman, Baltik, Slavyan, Latın, İran, Kelt, Alban,  Frig, Frakya, Hitit və b.

Erməni dilinin ən doğru xüsusiyyətini E.A. Makayev vermişdir. Onun araşdırmaları nəticəsində erməni dili çox daha dəqiq bir şəkildə digər Hind-Avropa dilləri arasında mərkəzi mövqeyə gətirilmişdir. O, demişdir:

“Erməni dili, hər vəziyyətdə, söz baxımından sentaks quruluşuna qədər Balto-slavyan, Ari dil və Yunan dilindən bir körpü atıb, Kelt, İtalyan və German dillərinə qədər uzanar”. Digər bir dilçi G.B. Qaukyan isə Hind-Avropa dilləri arasında erməni dilinin Şərq dillərinə yaxınlığını vurğulamışdır. (G. B.Qaukyan. “Erməni dilinin yazıyaqədərki tarixinə dair oçerklər. İrəvan, 1967, s. 46-47). Demək, erməni dili həm də Asiya dilləri ailəsinə yaxınlığı ilə seçilən bir dildir. Göründüyü kimi bu dilin içində bir qeyri-adilik axtarmaq onu fərqli mövqeyə gətirmək cəhdləri əbəsdir və dünya elmini çaşdırmaqdan başqa bir şey deyildir.

Varpetyan kimilərinə elmi cavabı nədən erməni alimlərinin verməməsinə gəlincə səbəb aydındır. Erməni alimləri yalan və saxta da olsa ermənilik xeyrinə deyilən yazılanları heç zaman tənqid etməzlər. Çünki əsrlər boyu bu toplum  bir irqçi ideoloji ilə yüklənmişdir. Bu yükü bu millətin çiyinlərindən götürmək o qədər asan olmayacaqdır.
Nuh Peyğəmbərlə  əlaqədar “Dünya tufanından” danışarkən ermənilər onu öz tarixləri kimi verməyə başlayıblar.  Bəzilərinin əsərlərində  göstərilir ki, Nuh gəmisindən qurunu görərkən ermənicə “Erevats”-“göründü ” demişdir. Buna yalnız gülmək olar. Nuhla əlaqədar “Ümumdünya tufanı” haqqında əfsanəni kim bilmir?! Hətta az savadlı adamlar da “Bibliyanın” “Əsari ətiq” hissəsinin “Varlıq” bölməsini oxuyublar. Orada bu barədə geniş yazılıb (6-8 fəs.). Məlumdur ki, bu tufan haqqında məlumat təkcə əfsanə deyil. Bu fəlakət haqqında mixi yazı mənbələrində də məlumatlara rast gəlinir.

Arxeoloji qazıntılar nəticəsində müəyyən olunmuşdur ki, bu fəlakət əfsanədə olduğu kimi bütün dünyada deyil, yalnız Mesopotamiyada (Dəclə və Fərat çayları arasında) təxminən e.ə. IV minilliyin 2-ci yarısında, beş min il bundan əvvəl Ubeyd arxeoloji mədəniyyətindən sonra baş verib.  Hörmətli İ. Babayevin təsbiti budur ki,  Mesopotamiya ən qədim mədəniyyətin beşiyi sayılır. Misirdə hər il eyni vaxtda daşan Nil çayından fərqli olaraq, Mesopotamiyada Dəclə və Fərat çayları bəzi hallarda daşırdı. Nadir hallarda daşqınlar çox güclü olmuş və hətta iki çay birləşərək böyük əraziləri su altında qoymuşdur,“Bibliya”dakı “Ümumdünya tufanı” haqqındakı əfsanə mixi yazı lövhəsində də öz əksini tapmışdır. 1850-ci ildə arxeoloq Henri Layyard qədim Assuriyanın paytaxtı Nineviyada Assuriya hökmdarı Sinaxxeribin kitabxanasını aşkar etdi. Orada 2 otağın içərisində üstündə mixi yazılar olan minlərlə gil lövhələr var idi. Bu hadisədən 3 il sonra Layyardın köməkçisi Rassamda Assuriya hökmdarı Aşşurbanapalın tikdirdiyi sarayda yeni belə tapıntıya rast gəldi. Ümumilikdə bu lövhələrin sayı 25 mindən çox idi. 15 il sonra qədim tapıntıların mühafizəçisinin köməkçisi Corc Smit bu lövhələri diqqətlə gözdən keçirərkən bir lövhə parçasının üstündə “Gəmi dağın zirvəsində oturdu” sözlərini oxudu. Bu, qeyri-adi kəşf idi. O başa düşdü ki, bu “Bibliya”dakı “Ümumdünya tufanı” ilə əlaqədar məlumatdır. “Deyli Teleqraf” qəzeti Smitə min funt sterlinq vəsait ayırdı ki, o, Nineviyaya gedib tufanla əlaqədar mixi kitabənin qalan parçalarını axtarsın. Nəticədə Smit gil lövhələrdə tufanla əlaqədar məlumatın çox hissəsini bərpa edə bildi. Lövhədə Fərat çayı üstündəki Şuruppak şəhərində yaşayan Utanpiştim adlı bir nəslin başçısı haqqında yazılmışdı. Bibliyadakı məlumatda Nuhun yanına gəldiyi kimi Ea allahı Utnapiştimin yanına gələrək böyük daşğın olacağı haqqında ona məlumat verərək əmr etdi ki, böyük bir gəmi düzəldib daşqın başlayanda bütün ailə üzvlərini, heyvan və quşların hərəsindən bir cüt gəmiyə mindirsin. Utnapiştim belə də etdi. Sonra hadisələr “Varlıq”dakı kimi cərəyan edir. Təbii ki, bu “Ümumdünya” daşqını yalnız Mesopotamiyda baş vermişdi. O zaman yerli əhalinin gözündə dünya elə oradan ibarət idi.
1929-cu ildə bu daşqınla əlaqədar İngiltərə arxeoloqu Leonard Vulli qədim Ur şəhərində qazıntı apararkən 2,5 m. qalınlığında lil qatını aşkar etdi.7 Mesopotamiyanın o dövrki mədəniyyəti şumerlərə məxsus idi. Şumerlərin ermənilərlə heç bir əlaqəsi yox idi. Ona görə də məqalədə yazıldığı kimi Nuh ermənicə “Erevats” (göründü) sözünü işlədə bilməzdi. Məqalədə Erevan toponimii də bu sözlə əlaqələndirilir. Bu isə ermənilərin uydurmasıdır. “Varlıq”da (fəs. 8, 4) Nuhun gəmisi dayanan dağ Ararat adlanır. Məqalə müəllifi yazır ki, “Əsari ətiqdə” əvvəllər “Ararat” adı yazılmamışdı. Mixi yazılı lövhədə isə “Nisir” dağı yazılmışdır. Hazırda bu adın hansı yüksəkliklə əlaqədar olduğunu müəyyənləşdirmək çətindir. Uruk hökmdarı Qilqameşin poemasını da ermənilərlə əlaqələndirmək mümkün deyil. Bu poemada təsvir olunan millət digərlərindən fərqlidir, ağıllıdır, mədənidir, tədbirlidir. Amma erməni deyildir…

 

Davamı var…

 

Qafar Çaxmaqlı

 

“KarabakhİNFO.com”

 

 

13.02.2013 11:37

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*