Azərbaycanca

FOTOFAKT: Roma Papasının dəfn olunduğu Azərbaycan xalçası

22.11.2014 | 13:15

xalca-loqoƏsrlər boyu Azərbaycanın maddi-mənəvi nümunələri Avropaya və digər ölkələrə aparılıb. Qeyd edək ki, bu gün dünyanın bir çox muzeylərində Azərbaycan ustalarının mahiranə yaratdıqları incəsənət nümunələri – xalçalar, zinət əşyaları, dulusçuluq məmulatları saxlanılır və nümayiş etdirilir. Sadəcə bir fakt – məşhur “Şeyx Səfi” xalçasının Viktoriya-Albert muzeyində saxlanılması fikrimizi təsdiq edir. Sizə təqdim etdiyimiz foto Vatikan və İtaliya mediasında nümayiş etdirilib. İnanılmaz olsa da onlar özləri Roma papasının tabutunun qoyulduğu xalçanın Təbriz və ya Qarabağ xalçası olduğunu etiraf edirlər. Bunu qeyd etmək lazımdır ki, Azərbaycanın Quba, Şirvan, Şamaxı, Şəki, Qarabağ xalçaları Avropa tacir və səyyahlarının diqqətini cəlb edib. Gördüyünüz fotodakı xalça məhz dediyimiz xalçalardan biridir, Vatikanda xüsusi mühafizə altında qorunur və ona yaxınlaşmaq mümkün deyil.

“KarabakhİNFO.com”

22.11.2014 13:15

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*