Azərbaycanca

Fransa Ali Komissarının azərbaycanlıların qətliamından bəhs edən məruzəsi

29.05.2014 | 09:43

1401351573_komissar111Bu, Fransanın vaxtilə Tbilisidə fəaliyyət göstərən Qafqaz üzrə Ali Komissarı (səfiri) Damien de Martel tərəfindən Fransanın Xarici İşlər Nazirliyinə (XİN) göndərilmiş və hazırda Fransa XİN-in arxivində saxlanılan məruzəsidir. Məruzədə Ali Komissar Ermənistanda, paytaxt İrəvan ətrafında yaşayan qadın və uşaqlar da daxil olmaqla 4 000 azərbaycanlının 1920-ci ilin iyun ayında erməni ordusu tərəfindən necə kütləvi qırğına məruz qaldığı göstərilir. Həmin teleqramanın məzmununu sizə təqdim edirik : Fransanın Qafqazdakı Ali Komissarı Cənab de Marteldən Xarici işlər naziri, Zati-aliləri cənab Milleranda Bu ayın 19-da yazdığım teleqram N° 107-də Nazirliyə erməni hökümətinin torpaqların bir hissəsini ən azından Türkiyə Ermənistanını, o cümlədən Bəyazit və Eleşkirt rayonlarını dərhal işğal etmək təklifini çatdırmışam. Bildirdiyim kimi İrəvan rəsmilərinin məqsədi qış fəslindən öncə yenidən qurulmuş Ermənistan dövlətinə verilmiş torpaqlarda son dövrlər Rusiya Ermənistanına axın edən və sayları 300 000-dən çox olan qaçqınları yerləşdirməkdir. Bu əməliyyatı yerinə yetirmək üçün Ermənistan Baş Qərargahı mütəffiqlərdən böyük silah, sursat və hərbi texnika yardımı istəyir. Digər tərəfdən, onlar qoşunlarını mütəffiqlərlə eyni məqsədlər uğrunda, o cümlədən Bəyazit-Ərzurum-Trabzon xəttini işğal etmək üçün öncədən uzlaşdırmağı təklif edirlər. Kamal Paşanın bolşeviklərlə Azərbaycan üzərindən mümkün əlaqəsinin də qarşısı alınacaq. Digər tərəfdən, bu xəttin şimalında fəaliyyət göstərən türk, kürd və tatar (azərybaycanlı) dəstələinin hərəkəti iflic olacaq. Bu planın icrasının mümkünlüyünü təhlil etmək mənim səlahiyyətlərimdən kənardır və bunu Nazirliyin diqqətinə çatdırmaqla kifayətlənirəm. Göstərilən teleqrama daxil olan məlumatları tamamlamaq üçün bu zərfdə Zati-aliləri Sizə Ermənistanın Tiflisdəki diplomatik nümayəndəsinin mənə çatdırdığı məktubun bir nüsxəsini ünvanlayıram. Digər tərəfdən, Naxçıvanla bərabər Zəngəzur və Şərurda hal-hazırda ermənilər tərəfindən həyata keçirilən hərbi əməliyyatların məqsədi, şübhəsiz, bu planın icrası ilə bağlıdır. Zati-aliləri bu haqda teleqram N° 103-də sizə bəhs etmişəm. Bu hərbi əməliyyatlara gəldikdə isə, Ermənistandan yenicə qayıtmış şahidlərdən əməliyyatların necə aparıldığına dair bir sıra məlumatlar əldə etmişəm. İyun ayının axırlarında İrəvanın cənubunda erməni qoşunları 40 000-dən çox müsəlmanın [azərbaycanlının] məskunlaşdığı 25 tatar [azərbaycanlı] kəndini mühasirəyə almışlar. Paytaxta yaxın ərazidə yaşayan və hər hansı müstəqillik iddiasında olmayan buradakı əhali həmişə sakit və sülhpərvər həyat tərzi sürüb. Onları top atəşləri ilə yaşadıqları kəndlərdən qovaraq Araz çayına töküblər. Boşalan kəndləri isə qısa zamanda gəlmə ermənilər işğal edib. Bu hadisə zamanı erməni əsgərlər tərəfindən qadın və uşaqlar da daxil olmaqla 4 000 nəfər Araz çayına tökülərək öldürülüb. Bu məktubda təfərrüatları sadalamaqla göstərmək istəyirəm ki, heç də həmişə “eyni əhali-xalq kütləvi qırğına məruz qalmır”.

1401351623_komissar3331401351606_komissar222

 

 

 

 

 

Fərid Əliyev

“Karabakhinfo.com”

29.05.2014 09:43

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*