Fransa son günlərdə bir çox insanın həlak olmasına gətirib çıxaran Dağlıq Qarabağın təmas xəttində və Ermənistan-Azərbaycan sərhədlərində baş verən hadisələrdən narahatdır.
“KarabakhİNFO.com” beynəlxalq e-jurnalının məlumatına görə, bu barədə Fransanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Dağlıq Qarabağ münaqişəsi danışıqlar yolu ilə həll edilə bilər. Fransa hər iki tərəfi atəşkəsə riayət etməyə, gərginliyi azaltmaq və yeni insidentlərin qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırır.
“KarabakhİNFO.com”