Azərbaycanca

Fransa da Azərbaycanın separatçı regionunda qondarma “seçkilər”i tanımır

03.09.2015 | 18:33

trend_paskal_monye_main_090215

“Fransa Azərbaycanın separatçı regionunda qondarma “seçkilər”i tanımır”.

Bunu Trend-ə Fransanın Azərbaycandakı səfiri Paskal Mönye separatçı rejimin sentyabrın 13-də Azərbaycanın işğal edilmiş ərazilərində “özünüidarə orqanları”na qanunsuz “seçkilər” keçirməyi planlaşdırması məsələsini şərh edərkən deyib.

Onun sözlərinə görə, Fransa Dağlıq Qarabağı müstəqil dövlət qismində tanımır və müvafiq olaraq, sentyabrın 13-nə Dağlıq Qarabağda planlaşdırılan qondarma “seçkilər” davam edən sülh prosesinə və bu ərazinin gələcək statusuna heç bir təsir göstərə bilməz.

Trend.az

03.09.2015 18:33

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*