Azərbaycanca

Fransa səfiri Paris merinin ermənipərəst mövqeyindən danışdı

19.11.2015 | 20:40

trend_aurelia_bouchez_ambassador_171115_1

Fransa Azərbaycanı Dağlıq Qarabağ məsələsində dəstəkləyir. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Fransanın Azərbaycandakı səfiri Aureliya Buşez deyib.

Paris meri Ann İdalqonun himayəsi altında “Hayastan” ümumerməni fondunun Fransa ofisi tərəfindən keçiriləcək 16-cı Avropa telemarafonuna münasibət bildirən səfir deyib ki, Fransanın mövqeyi aydındır: Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağı tanımır.

Səfir Orelia Buşez həmçinin Minsk Qrupunu, onun həmsədri səfir Pyer Andryönun rolunu və 27 oktyabr 2014-cü il Paris Sammitini xatırlatmışdır.

Məlumata görə, telemarafondan ələ olunacaq vəsait separatçı Dağlıq Qarabağ regionunda icma mərkəzinin tikintisinə ayrılacaq.

A.Buşez qeyd edib ki, Paris merinin belə bir layihə həyata keçirməsi Fransanın mövqeyini əks etdirmir: “Burada ikili standartlardan söhbət gedə bilməz”.

Trend.az

19.11.2015 20:40

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*