Azərbaycanca

Fransa səfiri: “Qarabağ münaqişəsi ilə bağlı mövcud durum çox davam edə bilməz”

12.11.2014 | 16:30

fransa-bayrağı_4a9f777d859b0-p“KarabakhİNFO.com” beynəlxalq e-jurnalı erməni mediasına istinadən xəbər verir ki, Fransanın Ermənistandakı yeni səfiri Jan-Fransua Şerpantye İrəvanda keçirdiyi brifinq zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövcud durum çox davam edə bilməyəcəyini bildirib.

 

Diplomat qeyd edib ki, bu, Fransanın mövqeyidir. “Bu, mənim mövqeyim deyil, ölkəmin mövqeyidir. Bu mövqe hamıya məlumdur. Prezident Olland bu yaxınlarda Ermənistan və Azərbaycan prezidentləri ilə keçirdiyi görüşdə bunu bir daha ifadə edib. Rəsmi Paris hesab edir ki, tərəflər tezliklə xalqlarının istəyinə cavab verəcək həll variantını tapmalıdır”, – deyə o vurğulayıb.

 

“KarabakhİNFO.com”

 

 

12.11.2014 16:30

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*