Azərbaycanca

Fransa və Ermənistan XİN rəhbərləri Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəklər

28.10.2016 | 10:25

karabax_01_albom_070612

Fransanın xarici işlər naziri Jan-Mark Eyro bu gün erməni həmkarı Edvard Nalbandyanla bir sıra ikitərəfli münasibətləri və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini müzakirə edəcək.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə Fransa Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Romen Nadal deyib.

O qeyd edib ki, J.Eyro bu gün Ermənistandan olan həmkarını qəbul edəcək: “Bu görüş ikitərəfli əməkdaşlıq haqqında sazişlərin imzalanmasına təkan verə bilər”.

XİN rəsmisinin sözlərinə görə, iki nazir danışıqlar vasitəsilə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə və davamlı həllini tapmaq üçün ATƏT-in Minsk qrupunun həmsədrlərinin təkliflərini müzakirə edəcəklər.

 

Trend.az

28.10.2016 10:25

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*