Azərbaycanca

Fransalı tarixçi: “Qarabağın işğalı rus siyasətinin tərkib hissəsidir”

23.05.2014 | 10:55

1400838100_franisiz-tarixcisiFransız tarixçisi Maksim Qoən (Maxime Gauin) “KarabakhİNFO.com” beynəlxalq elektron jurnalına Dağlıq Qarabağ problemi ilə əlaqədar olaraq müsahibə verib. Cənab Qoən Fransanın Paris-I-Sorbonne Universitetinin çağdaş tarix fakültəsində magistr dərəcəsi almışdır. Hazırda Ankarada yaşayan tarixçi Avrasiya Araşdırmalar Mərkəzində tədqiqatçıdır. Eyni zamanda Orta Doğu Teknik Universitetinin çağdaş tarix fakültəsi üzrə doktorantdır.

-Cənab Qoən, ilk olaraq fəalliyətiniz haqda məlumat verin.

 

2011-ci ildə Türkiyəyə gəlmişəm. İlk öncə Beynəlxalq Strateji Araşdırmalar Qurumunda tədqiqatçı kimi fəaliyyət göstərmişəm. Hazırda tədqiqatlarımı Avrasiya Araşdırmalar Mərkəzində davam etdirirəm. Düşünürəm ki, tarixi tədqiqatlar azad şəkildə aparılmalıdır və bu azadlığı təmin etmək üçün onlar hər növ təhqir və böhtanlardan qorunmalıdırlar. İctimai təhqirə yol verdiyinə görə 2008-ci ilin mayında Erməni İnqilabı Federasiyasının üzvü və Villörban (red. Lion ətrafı bölgələrin mərkəzi şəhəri) bələdiyyəsinin məsləhətçisi Movses Nissanyana qarşı şikayət məktubu yazdım və 2010-cu il aprelin 27-də prosesi qazandım. Bu ilin fevralın 11-də isə böhtan atdığına görə Fransadakı Erməni Asosasiyalarının Koordinasiya Şurasının sədri Jan Marc `Ara` Toranyana və onun armenews.com xəbər portalının iki istifadəçisinə qarşı məhkəməyə şikayət məktubu ünvanlamışam.

 

-Azərbaycan tarixi ilə də maraqlanırsınız. Azərbaycan sizə necə ölkə təəssüratı bağışlayır ?

 

13-14 yaşlarımda Azərbaycan haqqında artıq səthi biliklərim var idi. Əsasən erməni məsələsi və bu istiqamətdəki fəaliyyətim Azərbaycan tarixi haqqında biliklərimi dərinləşdirməyimə səbəb oldu. Azərbaycan tarixinə qərb – Türkiyə və Ermənistan – eləcə də şimal –Rusiya tərəfdən yanaşıram. Oxuduqca bu ölkənin kifayət qədər zəngin tarixə malik olduğunu görürsən. Hansı təəssürat ? Azərbaycan türk və müsəlman dünyasında ilk ölkələrdəndir ki, müasir dəyərlər – demokratiya, qadın hüquqları əsasında 1918-1920-ci illərdə Respublika qurub. Bu gün Aİ, NATO, İsrailin strateji mütəffiqidir. Təəssüf ki, Fransada bu ölkəyə az diqqət yetirilir, ölkə mediasında Azərbaycana yetərincə yer verilmir. Düşünürəm ki, bəziləri İsrail-Ərəb münaqişəsində canfəşanlıq edib. Qərbi Azərbaycanın işğalını sükutla qarşılamaq mübahisəli yanaşmadır. Bu baxış istər mənəvi, istərsə də Fransa, NATO və Aİ-nin ortaq maraqları baxımından birmənalı deyil.

 

-Bundan başqa Qarabağ tarixi və Dağlıq Qarabağda ermənilərin törətdikləri qətliamlar haqqında məlumatınız varmı ?

 

Erməni məsələsi üzərində işləyərkən, Qarabağ hadisələri haqqında sənədlərdən istifadə edirik. Qarabağ məsələsi rus siyasətinin tərkib hissəsidir. 1800-ci illərdə ermənilər mövcud olsa da dövlətləri yox idi. Rusların İrəvan ətrafındakı bölgələrə erməniləri köçürməsi, azərbaycanlıları isə sürgün edərək qırması siyasəti bölgədə etnik nisbəti onların xeyrinə dəyişdi. 1897-ci ildə rusların apardığı siyahıyaalma Qarabağda əhalinin əksəriyyətinin azərbaycanlılardan ibarət olduğunu göstərir. Bu nisbət 1905-ci ildə çar məmurlarının qızışdırdığı etnik toqquşmalar nəticəsində dəyişməyə başladı. Ramkavar lideri Kapriel Serop Papazyan kimi millətçi ermənilərin mənbələrində belə informasiyalar var. Xüsusən də, 1918-1920- ci illərin etnik təmizləmə siyasətindən sonra Dağlıq Qarabağda ermənilər çoxluq təşkil etməyə başladı. Burada demoqrafik nisbəti dəyişmək üçün zorakılığın ən ağır formalarından istifadə olunub. Fransız, eləcə də amerikan arxivlərindən bu məsələni mükəmməl izah edən sənədlər tapmışam. Həmin sənədlərdə məndən öncəki tarixçilər irəli sürdüyüm iddiaları bir daha sübut edirlər. Hazırkı problem 1987-ci ildə başlayıb və 1992-1994-ci illərdə müharibə formasını alıb. Bu məsələni rus siyasətini nəzərə almadan anlamaq çətindir. Ermənilərin bir çoxu ‘Vilson’ Ermənistanı ( red. 1920-ci ildə Amerika prezidenti Vilson tərəfindən təklif olunmuş və heç bir demoqafik, siyasi və hərbi reallıqla uzlaşmayan sərhədlər) xülyası ilə yaşayırdılar. Bununla belə, onların məqsədləri öz sələflərininkindən daha məhdud idi: onlar Dağlıq Qarabağ və ətraf məmləkətlərə yiyələnməklə kifayətləndilər. Bu məhz Rusiya siyasətinə uyğun gəlirdi. Məqsəd sovet ölkələrində, eləcə də Qafqazda etnik münaqişələr yaratmaqla rus ordusunun bölgədə varlığını legitimləşdirmək idi. Hətta bu gün Stalin və Romanovlardan ilhamlanan Vladimir Putin həmin siyasəti davam etdirir. Ukrayna, Gürcüstan, eləcə də Dnepryanı bölgələrdə baş verənlərə nəzər salın. Bilirəm ki, 1992-ci ildən Azərbaycanın məruz qaldığı təcavüzlər qırğınlara səbəb olub. Məsələn, Xocalıda baş verən hadisələr. Düşünürəm ki, Ermənistanda etnik təmizləmə siyasətinə müxalif olanların sayı 1918-1920-ci illərlə müqayisədə azalmışdır. 1918-ci il Bakı qətliamı zamanı burada yaşayan İran erməniləri öz azərbaycanlı qonşularını gizlədirdilər, 1920-ci ildə Ermənistanda diktatorluq rejiminin hökm sürməsinə baxmayaraq Erməni Sosial-İnqilab Partiyası hökumət qüvvələri və onların tərəfdarlarının törətdiyi qırğınlara, sürgünlərə öz etirazını bildirmişdir. Nəticəsiz qalsa da Zəngəzurun erməni kəndliləri daşnak birləşmələrinin azərbaycanlıları məhv etməsinin qarşısını almağa çalışmışlar. Hazırda Qərbi Azərbaycanın işğalına qarşı çıxan kimsə varmı və ya Xocalı qırğınına etiraz edən? Mən belə bir şeyə rast gəlməmişəm və oxumamışam. Kimsə mənə səhv etdiyimi sübut etsə, minnətdar olaram. -Sizin türk-erməni münasibətlərindən bəhs edən tədqiqatlarınız var . Bu haqda danışaq… Dissertasiyam Fransa Respublikası və Lozanna müqaviləsindəki (1923) Mudros barışığında iştirak etmiş (1918) erməni komitələri arasındakı münasibətlərin tədqiqinə əsaslanır. 2012-ci ildə Ərzurum Universitetinə o vaxtkı tədqiqatlarımı (fransız dilində) təqdim etdim. (məqalənin linki https://www.academia.edu/6906093/Logiques_dune_rupture_les_relations_entre_la_Republique_francaise_et_les_comites_armeniens_de_larmistice_de_Moudros_au_traite_de_Lausanne) Göstərmək istəyirdim ki, Fransa Respublikası erməniləri aldatmayıb. Əksinə, ermənilərin adından danışanlar, ikiüzlülük edənlər Fransaya xəyanət edib. Yenə 2012-ci ildə Ərzurum seminarının davamı olan başqa bir məqaləm işıq üzü gördü. https://www.academia.edu/6848071/HOW_TO_CREATE_A_PROBLEM_OF_REFUGEES_THE_EVHYPERLINK “https://www.academia.edu/6848071/HOW_TO_CREATE_A_PROBLEM_OF_REFUGEES_THE_EVACUATIO

_FRANCE_AND_THE_FLOW_OF_ARMENIAN_CIVILIANS”ACUATION_

OF_CILICIA_BY_FRANCE_AND_THE_FLOW_OF_ARMENIAN_CIVILIANS Daha sonra I Dünya müharibəsi və erməni millətçiləri tərəfindən irəli sürülən ittihamların hüquqi aspektindən bəhs edən bir məqalə yazdıq. (http://www.ejil.org/pdfs/23/3/2308.pdf ) Qayıdaq sizi ən çox maraqlandıran mövzuya: dissertasiya mövzusu üçün tədqiqat apararkən Türkiyədəki Fransa Dəniz Qüvvələri Kəşfiyyatının təhlili ilə tanış oldum. 1920-ci ilin yaz-yay mövsümündə Mustafa Kamal Türkiyəsinə qarşı “üç tərəfdən sıxışdırma hərəkatı”na start verildi. Belə ki, şərqdən Ermənistan Respublikası, cənubdan sivil türklərə qarşı ermənilər, qərbdən isə ordular hərbi təcavüzə göstərdilər. (Həftəlik məruzə, 4 iyul 1920, Tarixi Müdafiə şöbəsi, Vincennes carton 7 N 3211). Fransız mənbələri göstərir ki, Fransa nəzarətində olan cənub regionlarında, Adana bölgəsində, qırğınlar, qətllər, soyğunlar olub. Mən hətta Kilikiya rəhbəri polkovnik Bernardın iyul-avqust aylarında verdiyi mühakiməsiz və sistematik edamlar əmrini aşkar etmişəm. Bildiyiniz kimi, 1920-ci ilin yaz-yay aylarında Ermənistanda yaşayan azərbaycanlılar etnik təmizləməyə məruz qalıblar. Birinci tarixçiyəm ki, bu mövzudan bəhs edərkən Qafqaza təyin olunmuş Fransa ali-komissarı Damiyen de Martelin hesabatlarından istifadə etmişəm. Önümüzdəki aylarda bu mövzu ilə əlaqədar bir neçə araşdırmamı nəşr etdirəcəyəm. Erməni fanatikləri tərəfindən təzyiqlərin olacağını düşünüb bu haqda ətraflı məlumat vermək istəmirəm. -Tədqiqatlarınızda Dağlıq Qarabağ məsələsinə toxunmusunuz. Problemin həlli ilə üçün, sizcə, hansı yollara üstünlük verilməlidir? Mövcud problemə arxivdən tapdığım məlumatlara istinad edərək toxunmuşam. 1987-ci ildən etibarən baş verən hadisələr haqqında Tomas Val və ya Fazil Zeynalovdan çox bilə bilmərəm. Bu günə qədər əsas mənbələrlə işləməmişəm. Əlbəttə, bütün tədqiqatçıların istinad etdiyi humanitar təşkilatların hesabatlarından yararlanmışam. Fikrimcə, bu münaqişənin həlli üçün Rusiya siyasətində dəyişiklik lazımdır. Bundan başqa Qərb dünyasına real və dolğun məlumatlar vermək vacibdir. Ümid edək ki, Ukrayna böhranı buna kömək etsin. Türk xalqları, o cümlədən Fransa və Almaniya da səylərini artıraraq konkret addımlar atmalıdır. Böyük Britaniya və ABŞ-da başlayan fəalliyətlər təkmilləşdirilməli, sistemləşdirilməlidir. Eyni zamanda münaqişənin həlli həm Bakı, həm də Ankaradan sağlam əsaslara dayanmağı tələb edir. Rusiya, Ermənistandan fərqli olaraq Azərbaycan və Türkiyə firavan ölkələrdir. 20% torpaqlarının işğal altında olmasına baxmayaraq Azərbaycan iqtisadiyyatı son 10 ildə yüksək sürətlə inkişaf edir, dövlət iqtisadiyyatın divesifikasiyasına nail olub. Ermənistan yoxsulluq uçurumuna yuvarlanır, Rusiya isə karbohidrogen asılılığından xilas ola bilmir. Moskva və İrəvan məsələnin ciddiliyini dərk etdikdən sonra problemi iki mərhələdə həll etmək olar : birincisi və nisbətən çətin olan, 1992-ci il münaqişəsinə qədər azərbaycanlılar yaşayan ərazilərdən erməni ordusunun çıxarılması ; ikincisi və ən çətini, Azərbaycanın ərazi bütövlüyünə xələl gətirmədən Dağlıq Qarabağ məsələsinin nizamlanmasıdır. Tarixi yaxşı dərk edirəm, ruslar nə istədiyini yaxşı bilirlər. Bu sırada cənab Putin də istisna deyil. Qərb özünə güvənərsə, Rusiyaya boyun əydirər. Bunu üçün Qərb də nə istədiyini yaxşı bilməlidir. 1948-1949-cu illərdə Berlində və 30 il sonra avro-raket böhranında buna nail oldular. Lakin, Qafqazda nə istədiklərini hələ müəyyənləşdirə bilməyiblər. -Avropada erməni təbliğatına, hərəkatına qarşı necə mübarizə aparılmalıdır? Qərbi Avropada baş verən proseslərə diqqətinizi çəkmək istəyərdim. Azərbaycanlılar Avropa və insan hüquqları məhkəmələri qarşısında ermənilərə etirazlarını bildirirlər. Bu təqdirə layiqdir. Ancaq bunun üçün digər yollar da mövcuddur. Erməni ekstremistləri verbal təcavüzlərinə görə sistematik olaraq ədalət qarşısında cavab verməlidirlər. Dediyim kimi bir prosesi qazanmışam, digərini isə bir neçə ay öncə açmışam. Bundan başqa Sirma Oran Marzın böhtana görə Ədalət və Demokratiya uğrunda avro-erməni federasiyasının sabiq prezidenti Loren Leylekyana açdığı və qazandığı davadan, ölüm təhdidlərinə görə Əminə Çətin tərəfindən açılmış və aprelin 30-da müsbət nəticələnmiş prosesdən və ya erməni inqilabı federasiyası üzvlərinə qarşı Mirvari Fətəliyeva ( Azərbaycan evinin direktoru) və Vüqar Hüseynovun zorakılığa görə yazdığı şikayət məktubundan danışmaq lazımdır. Bütün bunlar digərlərinə nümunə olmalıdır. Məhkəmələrdə ilk növbədə ədalətsizliyə məruz qalanların şərəf və ləyaqəti qorunur. Digər tərəfdən isə hüquqi prosedurlar erməni fanatiklərini siyasi və maddi cəhətdən zəiflədir. Bu prosedurlar fanatiklərin nə qədər təhlükəli olduğunu təkzibedilməz faktlarla sübut edir. Eyni zamanda, bir çox sadəlövh Avropa başçılarına gözdən qaçırdıqları bəzi həqiqətləri çatdırır. Söylədiklərimə əsasən, Avropa siyasətinin Dağlıq Qarabağa münasibətini müəyyən edə bilərik. Hər şey bir-birinə bağlıdır.

 

Fərid Əliyev

“KarabakhİNFO.com” 

23.05.2014 10:55

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*