Azərbaycanca

Fransanın Azərbaycandakı səfiri: “Fransa Dağlıq Qarabağın müstəqilliyini tanımır”

22.11.2014 | 11:05

monyeDağlıq Qarabağ münaqişəsində Fransanın mövqeyi dəyişməz olaraq qalır, Fransa Dağlıq Qarabağın müstəqilliyini tanımır.

 

APA – nın xəbərinə görə, bu barədə Fransanın Azərbaycandakı səfiri Paskal Monye Dağlıq Qarabağın separatçı rejiminin başçısı Bako Saakyanın Fransaya səfərini şərh edərkən jurnalistlərə bildirib.

 

 

“Mənim Bako Saakyanın Parisdə olduğundan heç xəbərim yoxdur. Fransa Dağlıq Qarabağın müstəqilliyini tanımır, bu ərazi suveren Azərbaycanın tərkib hissəsidir” – P.Monye bildirib.

 

 

Xatırladaq ki, erməni KİV-nin məlumatına görə, B.Saakyan noyabrın 20-də Parisə “işgüzar səfər” edib.

 

“KarabakhİNFO.com”

 

 

22.11.2014 11:05

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*