Azərbaycanca

“Füzulililər Ali Baş Komandanın əmrini gözləyir”

23.08.2014 | 09:55

ali aliyev1993-cü ilin 23 avqustunda Qarabağın bir parçası olan Füzuli rayonu erməni qəsbkarları tərəfindən işğala məruz qaldı. Çox təəssüf ki, artıq işğalın 21-ci ilini yaşayırıq. Bununla bağlı olaraq Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev “KarabakhİNFO.com” beynəlxalq e-jurnalına müsahibə verib.

 

 

Alı müəllim, artıq 21 ildir ki, Füzuli işğal altındadır. Bir füzulili olaraq rayonun əsirlikdə olması sizə necə təsir edir?

 

 

Füzuli rayonunun işğal olunması ilk növbədə füzulililərin özü üçün daha ağırdır. Müharibənin ilk illərindən mən bu prosesdə iştirak etmişəm. İnsan bir əşyasını itirəndə gözü onu axtarır. Torpaq itkisi yaşayan insanın hansı hisslər keçirməsini demək çətindir. Qarabağ müharibəsi zamanı Füzuli rayonu böyük itki veribdir. Rayonun 1000-ə yaxın şəhidi və 8 Milli Qəhrəmanı vardır. Tək mən deyil, bütün füzulililər əmindir ki, gün gələcək biz öz torpağımıza qayıdacağıq.

 

 

– Necə oldu ki, Füzuli düşmənə təslim oldu?

 

 

Füzuli heç bir zaman təslim olan deyildi. Füzulinin elə igid oğlanları vardı ki, onlar canları bahasına doğma yurdlarını qoruyurdular. Dağlıq Qarabağda müharibə başlayan ilk günlərdən etibarən rayonumuz da mütamadi olaraq ermənilərin hücumuna məruz qalırdı. Çox təəssüf ki, 1993-cu ilin avqustun 23-də rayon tamamilə işğal olundu.

 

 

– Füzulinin bir qismi işğal olunsa da, bir hissəsi işğal azad olunub. Hazırda vəziyyət necədir?
Füzuli rayonunda böyük quruculuq, abadlıq işləri görülür. Eyni zamanda ərazidə məcburi köçkünlərin rahat yaşayışı üçün hər bir şərait yaradılıb. 1994-cü ilin əvvəllərində Füzuli rayonunun düşməndən azad edilməsi uğrunda qanlı döyüşlər getmiş və rayonun 1382 kvadratkilometr ərazisinin 600 kvadratkilometri – 21 kənd və Horadiz qəsəbəsi işğaldan azad edilib. 1996-cı ildən başlayaraq rayonun işğaldan azad olunmuş ərazilərində infrastrukturun bərpasına başlanılıb. Bu dövrdə məcburi köçkünlər üçün 16 qəsəbə salınmış, təhsil, səhiyyə və mədəniyyət müəssisələri, yollar, körpülər, elektrik və suvarma sistemləri tikilmiş və bərpa olunub. Horadiz qəsəbəsinə şəhər statusu verilmişdir. İşğal nəticəsində dağıdılmış 4 mindən artıq ev bərpa olunub. Hazırda rayonda geniş tikinti-quruculuq və bərpa işləri davam etdirilir. Horadiz şəhərində 2 hektar ərazidə ulu öndər Heydər Əliyevin adını daşıyan park salınıb. Parkın ərazisində Heydər Əliyev Mərkəzi tikilmiş, qarşısında ümummilli liderin abidəsi, onun yaxınlığında isə 65 metr hündürlükdə Azərbaycanın Dövlət bayrağı ucaldılıb.

 

 

Füzulilərdə döyüş ruhu necədir. Onlar indi də əllərinə silah almağa hazırdırlarmı?

 

 

Füzulililər hər zaman döyüşə hazırdırlar. Onar Ali Baş Komandanın əmrini gözləyirlər. Onu da deyim ki, mütamadi olaraq Füzulidə atəşkəs pozulur. Füzulililər artıq güllə səsinə öyrəşiblər. Azərbaycanın güclü ordusu var. Biz ordumuza güvənirik. Avqust ayının əvvəllərində yaşanan hadisələr bir daha sübut edit ki, ordumuz istənilən zaman düşmən ordusunu məhv edə bilər. Ali Baş Komandan döyüş əmri versə Azərbaycan ordusu öz doğma torpaqlarını geri qaytara bilər. Artıq Azərbaycan 1993-cu ildəki Azərbaycan deyil.

 

 

Günel Cəlil
“KarabakhİNFO.com”

 

 

23.08.2014 09:55

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*