Azərbaycanca

Gənc qəhrəmanın döyüş yolu

25.12.2013 | 18:06

1387979862_bezymyannyyHacı Əkbər üç oğlu ilə birlikdə 1988-ci ildən ermənilərə qarşı döyüşlərin önündə gedənlərdən olmuşdur. Uzun müddət Ağdamdakı 50 №li texniki peşə məktəbində bədən tərbiyəsi müəllimi işləyib. Ağdamın «Qarabağ» futbol komandası yetmişinci illərdə onun yaxından iştirakı ilə yaradılıb. Qarabağda müharibə başlayanda döyüşkən ruhlu Əkbər müəllim tələbələri və üç oğlu ilə birlikdə döyüşə atılıb, igidliklə vuruşub. Hacı Əkbərin ortancıl oğlu Sənan Rüstəmov da gənc yaşlarından qəhramanlıqları ilə hər kəsin diqqətin cəlb edirdi.   Sənan Əkbər oğlu Rüstəmov 1973-cü ilin yanvar ayının 11-də Ağdam rayonunda doğulmuşdu. 1989-cu ildə Ağdam rayon 2 №li orta məktəbi bitirmişdi. Məktəbi bitirənədək çox şeylərə nail olmuşdu. Atasının rəhbərlik etdiyi sərbəst güləş bölməsində idmanla məşğul olmağa başlamış, tezliklə güləşin “sambo” növünə keçmiş və az bir müddət içərisində xeyli qələbə qazanmışdı.   16 yaşında yaşı düşməsə də kişilər arasında “sambo” üzrə respublika birinciliyində 1387980423_6iştirak etmiş, çempion olaraq “SSRİ idman ustası” normasını yerinə yetirmişdi. Sənan yaxşı oxumaq və idmanla məşğul olmaqla yanaşı, həm də musiqiyə böyük həvəs göstərirdi. Ağdamda 2 №li uşaq musiqi məktəbində təhsil alan Sənan çox məharətlə tar çalırdı. O vaxtlar çox məşhur olan “Qarabağ bülbülləri” (rəhbəri Murad Rzayev) ansamblının tərkibində neçə-neçə konsertlərdə iştirak etmişdi. Hərbi xidmətə gedənə qədər Ağdam Uşaq – gənclər sambo məktəbində məşqçi-müəllim işləmişdi.   Yaşının az olmasına baxmayaraq güclü iradəyə malik idi. Hərbi xidmətini bir müddət Qusar rayonundakı SSRİ hərbi hissələrindən birində keçirən Sənan Rüstəmov Qarabağda vəziyyətin günbəgün gərginləşdiyini eşidəndə 60 nəfər əsgər yoldaşını götürüb Bakıya gəlir və onları Qarabağa göndərmələri üçün Müdafiə Nazirliyinə müraciət edir. Nazirlikdən cavab çıxmadığını görən Sənan 17 nəfər əsgər dostu ilə birlikdə icazəsiz-filansız Ağdama gəlir və Şirin Mirzəyevin Xaçınstroy kəndində yerləşən batalyonunda hərbi xidmətlərini davam etdirirlər. Gənc və qorxmaz Sənan həmişə döyüşün ən qaynar nöqtəsinə can atırdı. Onun bu cəsarətini gorən Şirin Mirzəyev onu kəşfiyyat rotasının tərkibinə daxil edir. Sənan kəşfiyyata getdiyi heç bir əməliyyatdan əliboş qayıtmırdı. Dəfələrlə əməliyyat zamanı erməni-rus hərbi birləşmələrinin əsgərlərini məhv etmiş, qənimət olaraq silah, rabitə aparatı, video-kamera və s. gətirmişdi.   Sənanın döyüş yoldaşlarından biri olan jurnalist Rey Kərimoğlu yazır:   “Bir dəfə səhərə yaxın kəşfiyyatdan qayıdıb batalyona gəldik. Yuyunub, adama bir stəkan isti çay içib, sonra yatıb dincəlməliydik. Kimsə xəbər gətirdi ki, bir qəhrəman döyüşçünün valideyninə qarşı hansısa məmur haqsızlıq edib. Onda biz çox narahat olduq, o haqsızlıq edən adamın dərhal tapılıb cəzalandırılması üçün dostlara xəbər göndərdik. Hamımız “Belə də haqsızlıq olar?”, “Belə də ədalətsizlik olar?” deyə bərk əsəbiləşmişdik. Bunu özümüzə əməlli-başlı dərd eləmişdik. Bax onda Sənan müharibədən sonra mənim dəfələrlə şahidi olacağım hadisəni öncədən görürmüş kimi dilinə gətirdi: Eh, ay uşaqlar! Hələ bu nədir ki, təki sağlıq olsun! Müharibə qurtarandan sonra qaçıb gizlənən fərari gədələr o qədər bizim valideynlərimizə, əzizlərimizə qarşı belə ədalətsizlik edəcəklər ki, bu onların yanında toya getməli olacaq!”   1992-ci ilin aprel ayında isə döyüşçü dostları Əkbər Məmmədov, Əlabbas və Aydın ilə birlikdə Xənkəndinə girərək, 4 №li orta məktəbdə yerləşən hərbi hissədən böyük əhəmiyyətə malik olan hərbi xəritəni gətirmişdilər. 1992-ci ilin yanvar ayının axırında mövqelərimizin müdafiəsi zamanı ayağından yaralanan Sənan hospitala göndərilir. Xocalı faciəsindən xəbər tutanda yarasının sağalmamasına baxmayaraq hospitaldan qaçaraq cəbhəyə gəlir və düşmənlərə qarşı daha amansızlıqla vuruşmağa başlayır. Özü də cəsurluğu və qəhrəmanlığı ilə həmişə seçilən, ölümündən sonra “Azərbaycanın Milli qəhrəmanı” fəxri adına layiq görülən Şirin Mirzəyev Sənanın qəhrəmanlığı və cəsurluğunu həmişə əsgərlərə nümunə göstərirdi.    Təcrübəli komandir 1992-ci ilin aprel ayının 4-də 19 yaşlı Sənanı Əkbər Musa oğlu Məmmədovun komandirlik etdiyi III batalyonda II rotanın komandiri təyin edir. 1992-ci ilin aprel-may aylarında Sənan Rüstəmov öz rotası ilə birlikdə ağlagəlməz qəhrəmanlıqlar göstərirdilər. Sənan Rüstəmov təkbaşına Ulubab yüksəkliyinə qalxaraq düşmənin iki postunu dağıdır və düşmənlərə aman vermədən hamısını məhv edir. Ağdərə rayonunun Srxavənd, Qazançı, Kiçan, Canyataq-Gülyataq kəndləri uğrunda, Əsgəran rayonunun Aranzəmin, Pircamal, Naxçıvanik, Ağbulaq və Dəhraz kəndləri uğrunda gedən döyüşlərdə Sənanın göstərdiyi şücaətlər əsgər yoldaşlarının yadından yaqin ki, ömrü boyu çıxmayacaq.   Sənan Əkbər oğlu Rüstəmovun sonuncu döyüşü 1992-ci ilin may ayının 15-də oldu. Erməni-rus birləşmələri çox güclü həmlə edərək Ağdamın Abdal-Gülablı kəndlərini ələ keçirmişdi. Döyüş taktikasını çox yaxşı bilən və Abdal-Gülablı kəndlərinin çox böyük strateji əhəmiyyətə malik olduğunu dərk
1387980429_3edən təcrübəli komandir Şirin Mirzəyev öz əsgərlərini bu kəndləri nəyin bahasına olursa-olsun azad etməyə çağırır. Gərgin döyüş başlayır. Qüvvələrin qeyri-bərabər olmasına baxmayaraq erməni-rus birləşmələri geri çəkilməyə məcbur olurlar. Lakin bu döyüşdə düşmənlər Azərbaycana məxsus olan SU-25 vertolyotunu vurmağa müvəffəq olurlar. Paraşütlə tullanan üç pilot isə əsir düşür.   Bunu eşidən Sənan Rüstəmov irəli atılır, düşmənləri məhv edərək polkovnik-leytenent Şuvaryovu əsirlikdən azad edir. Sonra Şuvaryovun sənədlərinin ermənilərdə qaldığını eşidən Sənan yenidən döyüş meydanına qayıdır və həmin sənədləri öldürdüyü ermənlərin cibindən çıxararaq geriyə qayıdır.   Ermənilərin vurduğu vertolyotun pilotlarını xilas etmək istəyən Sənan ikinci pilotu xilas etmək üçün döyüşə atılır. Qeyri-bərabər döyüşdə bir neçə erməni yaraqlısını məhv edən Sənan Rüstəmov qəhrəmancasına şəhid olur. Allah rəhmət eləsin!    

Aynur Tağıyeva  

“KarabakhİNFO.com”

 

25.12.2013 18:06

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*