Azərbaycanca

Gənclər 20 Yanvar faciəsi haqqında nə düşünür?

20.01.2014 | 14:49

1390214737_5Gənc Vətənpərvərlər Klubunun üzvləri ilə birlikdə Şəhidər Xiyabanını ziyarət etdik. Xiyabanda valideynləri, müəllimləri ilə birgə məktəbli uşaqların sıra ilə ziyarətini görəndə içimdən bir qürur hissi keçdi. 

Gənc Vətənpərvərlər Klubunun üzvləri ilə birlikdə Şəhidər Xiyabanını ziyarət etdik. Xiyabanda valideynləri, müəllimləri ilə birgə məktəbli uşaqların sıra ilə ziyarətini görəndə içimdən bir qürur hissi keçdi. Yaponların məşhur bir adətləri var. Xirosimaya atom bombası atıldıqdan sonra dağıdılan binaların biri hələ də bilərəkdən bərpa olunmayıb. Məktəbə başlamazdan öncə uşaqları oraya aparırlar. Müəllimləri uşaqlara dönə-dönə tapşırır ki, əgər çalışmasan, yaxşı oxumasan, vəzifəni doğru icra etməsən biri gələcək və mütləq bu faciəni təkrar başına gətirəcək. Mən də balaca məktəblilərin müəllimlərinin birinə yaxınlaşdım. İcazə istəyib uşaqlara  bu əhvalatı danışdım. Daha sonra gənclərlə ziyarətimiz davam etdi. Ziyarətdə olan gənclərin əksəriyyəti qanlı faciənin baş verdiyi gün hələ doğulmamışdı. Doğulmuşsalar belə, yaşları çox az olub. Onların bu faciəyə, qəhrəmanlıq tarixinə münasibəti maraq doğururdu. Ziyarət bitəndən sonra onlara bir-bir yaxınlaşıb “KarabakhİNFO.com” beynəlxalq e-jurnalı üçün münasibətlərini aldım. Sizə gənclərin 20 Yanvarla bağlı fikirlərini təqdim edirik:  

 

Eltac Cəbiyev, Bakı Dövlət Universitetinin tələbəsi:  1390214976_2

 

-Mən o vaxtı hələ doğulmamışdım. Lakin sonradan eşitdiklərim faciənin dəhşətlərini mənə anlatdı. Sonradan oxudum və bu qətliamın tarixini öyrəndim. Bir də bu faciəni yaşamamaq üçün gənclərin birliyi, vətənə, dövlətə sədaqətli olması vacibdir.

 

  Emin Əliyev, Azərbaycan Dillər Universitetinin tələbəsi:  

 

 

-20 Yanvarda biz millət olaraq böyük bir fəlakət yaşadıq. Nə qədər çalışsaq belə, sözlər bu faciəni ifdə etməyə acizdir. Bu faciəni bir də yaşamamaq üçün tariximizi öyrənməli, milli ruhumuzu gücləndirmək lazımdır. Eyni zamanda dünyada təbliğat bu istiqamətdə aparılmalıdır. Düzdü, son zamanlar bizə qarşı olan mənfi münasibət dəyişib, amma yenədə işlərin görülməsi lazımdır.

 

  Allahverdi Mehdiyev, Azərbaycan Dillər Universitetinin tələbəsi:   -İlk öncə onu qeyd etmək istiyirəm ki, bəli, bu başımıza gətirilən böyük bir faciədir. Ancaq faciələrdən dərs götürülməlidir. Tarixdən bəllidir ki, başına gətirilən facilərdən dərs çıxaran xalqlar inkişaf ediblər. Eyni zamanda 20 Yanvarda baş verənlər facidən daha çox qəhrəmanlıq tarixidir. Millətimizin böyüklüyünü  göstərdi bu tarix. Ona görə də, biz bu günə azadlığımız uğrunda aparılan mübarizə tarixi kimi baxmalıyıq.  

 

Adil Hüseynov, Azərbaycan İqtisad Universitetinin  tələbəsi:  

 

 

-Əsrlər boyu xalqımızın başına bir çox faciələr gəlib. Necə etməliyik ki, xalqımızın başına bir daha belə faciələr gəlməsin? Düşünürəm ki, milli birlik, vətən, millət sevgisi güclü olarsa, heç bir ordu, heç bir qüvvə bizim qarşımızda dura bilməz.

 

 Vaqif Quliyev, Bakı Dövlət Universitetinin tələbəsi:  

 

 

-20 Yanvar bizim qan yaddaşımızdır. Əgər şəhidlərimiz olmasaydı biz müasir, müstəqil dövlətdə yaşamazdıq. Onlar bizə bu günümüzü bəxş ediblər. Varlığımızı şəhidərimizə borcluyuq. Ona görə, onları heç bir vaxt unutmamalıyıq.  

 

Şamxal Həsənli:  

 

 

-İnsanlar bu tarixi sevərək öyrətməlidirlər. Bu işdə ciddi təbliğat işləri aparmalıyıq. Düşünürəm ki, hərbi güc də bu məsələdə həlledicidir. Hərbi gücümüzü artırmalıyıq. İnsanın gücü onun boyu ilə ölçülmədiyi kimi, millətin gücü də əhalinin sayı ilə ölçülməməlidir. Biz tarixdə kifayət qədər öz sözünü demiş bir millətik. Azadlıq verilmir, alınır. Bayrağı bayraq edən üstündəki qandır. Qanlar tökülməsəydi bu günümüz olmazdı. Müharibədə qanlar tökülür, insanlar itirilir. İnsanlar itirilsə də qazandığımız dəyərlər olur. O dəyərləri qoruyub yaşatmaq bu gün hər bir Azərbaycan gəncinin borcudur.  

 

Gülşadlı Nuranə, Bakı Dövlət Universitetinin tələbəsi :  

 

-20 Yanvar dedikdə mənim ağlıma təkcə bu Xiyaban deyil, bu Xiyabanda yatanların geridə buraxdıqları analar, övladlar və onların göz yaşları gəlir. Çünki onlar bir gün şəhid oldular, analar hər gün ölür, hər gün göz yaşı tökürlər. Millət olaraq, xalq olaraq bizə 20 Yanvar birlik qazandırdı. Biz meydanda bir ola bildik. Təsadüfi deyil ki, 1989-cu il Azərbaycan xalqı dünyanın ən mübariz xalqı seçilmişdi. Biz çətin gündə, dar gündə bir ola bildik.

 

 

      Mehman Həsən  

 

 

“KarabakhİNFO.com”      

20.01.2014 14:49

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*