Azərbaycanca

“Gənclər İnkişaf Naminə” İctimai Birliyi “Məişət zorakılığı qurbanlarına könüllü sosial xidmətlərin göstərilməsinin təşviqi” layihəsinin icrasını həyata keçirir

14.11.2017 | 11:48

“Gənclər İnkişaf Naminə”  İctimai Birliyi “Məişət zorakılığı qurbanlarına könüllü sosial xidmətlərin göstərilməsinin təşviqi” layihəsinin icrasını həyata keçirir. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən layihə məişət zorakılığına məruz qalmış şəxslərə könüllü sosial xidmətlərin göstərilməsinin təbliğindən bəhs edir.  Layihə əsasında məişət zorakılığının qurbanlarına psixo-sosial yardımların göstərilməsi üçün könüllülər  xüsusi hazırlıq keçəcək və zorakılıq qurbanlarına sosial xidmətlərin göstərilməsi üzrə təlimatlandırılacaqlar. Bu gün çox geniş vüsət almış və demək olar ki, qlobal problemə çevrilmiş məişət zorakılığı halları bəşəriyyətin həyatının maddi və mənəvi tarazlığını pozmaq üçün bir başlanğıc nöqtəsidir. Müasir dövrdə hər gün müxtəlif formalarda baş verən məişət zorakılığı cəmiyyətin müxtəlif sahələrinə öz təsirini göstərərək ictimai həyat əsaslarının mühüm əlaqələrinin məhvinə zəmin yaradır. Sağlam cəmiyyət üçün təhlükə yaradan məişət zorakılığı problemi bu günün gəncliyini narahat edir. Problemin qarşısının alınması üçün problemin xarici və daxili (sosial, psixoloji, iqtisadi və s. amillər) aspektlərdən təhlil edilməsi, bu sahədə könüllü dəstək xidmətlərinin genişləndirilməsi və sosial nəzarətin həyata keçirilməsi labüddür.

Layihənin məqsədi məişət zorakılığından əziyyət çəkən şəxslərə könüllü sosial xidmətlərin göstərilməsinin təbliğini və bu sahədə fəaliyyət göstərəcək şəxslərin bilik və bacarıqlarının artırılmasıdır. Layihədən gənclər, ictimai fəal gənclər, məişət zorakılığının qurbanı olan şəxslər, ali məktəblərin sosial iş və psixologiya ixtisaslarının tələbələri faydalana biləcəklər. Təlimlərin zamanı Azərbaycan Respublikasının “Məişət zorakılığına qarşı mübarizə” Haqqında Qanununa uyğun olaraq maarifləndirici və preventiv məqsədləri əhatə ediləcəkdir.  Layihə vasitəsilə “Məişət zorakılığına qarşı mübarizə” Haqqında Azərbaycan Respublikasının Qanunu ilə yanaşı, “Sosial xidmət” Haqqında Azərbaycan Respublikasının Qanununun təbliği nəzərdə tutulmuşdur. Sosial təhlükəli vəziyyətdə və risk qrupunda olan şəxslərin məişət zorakılığı haqqında maarifləndirilməsi, gənclər və valideynlərlə keçiriləcək təlimlərdə məişət zorakılığının mənfi fəsadları və onların hüquqları haqqında məlumatlandırmalar nəzərdə tutulmuşdur. Layihə eyni zamanda məişət zorakılığına məruz qalmış şəxslərə könüllü psixoloji, hüquqi, sosial yardımların göstərilməsi sahəsində bilik və bacarıqların artırılmasını məqsəd qoymuşdur. Məişət zorakılığının qurbanı olmuş şəxslərə yardım üçün müvafiq dövlət və qeyri-hökümət təşkilatları, sosial xidmət mərkəzləri ilə əməkdaşlıq həyata keçiriləcəkdir.

Layihənin icra planına uyğun olaraq Lənkəran şəhərində “məişət zorakılığı qurbanlarına könüllü sosial dəstək xidmətmətlərinin göstərilməsi” mövzusunda təlim keçirilmişdir. Təlimdə fəal gənclər, ali məktəb tələbələri iştirak etmişdir. Təlim zamanı məişət zorakılığı probleminin qoyuluşu, qurbanların üzləşdiyi çətinliklər, icma dəstəyi, qurbanlara göstərilə biləcək psixo-sosial və hüquqi xidmətlər haqqında da məlumat verilmişdir. Təlim interaktiv formada və iştirakçıların təqdimatları ilə keçirilmişdir.

14.11.2017 11:48

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*