– Mehdi müəllim, ermənilər müharibə zamanı əsgərlərimizə qarşı əsasən hansı vəhşiliklər ediblər?
– Ermənistan ordusu tərəfindən istər dinc əhaliyə, istərsə də öldürülmüş,yaralanmış və əsir götürülmüş hərbi qulluqçulara qarşı nə müharibə qanunlarına, nə də insaniyyətə sığmayan cox işgəncələr verilib və vəhşiliklər edilibdir. Bunlardan körpə uşaqların nizəyə sancılmasını, hamilə qadının qarnını yararaq körpənin çıxarılmasını, baş dərisinin kəsilib çıxarılmasını (skalp), narkozsuz cərrahi müdaxilə edərək sümük oynağının çıxarılmasını, cinsi orqanların kəsilməsini, başların kəsilməsini, paslı kəlpətinlə ağızdan bütün dişlərin çıxarılmasını, insanların sinəsinə közərmiş siqaret ilə xaç cəkilməsini və sairə sadalamaq olar.
Bizim təşkilat tərəfindən bu cür işgəncələrə məruz qalmış insanlar və belə vəhşiliklərin şahidi olanlar dəfələrlə televiziya və digər KİV vasitəsi ilə danışdırılıb, ermənilərin qeyri-insani rəftarı haqqında ictimaiyyətə geniş məlumat verilib, MDB ölkələrinə səfər edərkən, orada müxtəlif dairələrdə fəaliyyət göstərən insanlarla maarifləndirmə işləri aparılib, kitablar və broşürlər paylanılıb.
– Siz Qarabağ müharibəsində ermənilər tərəfdən döyüşən muzdlu döyüşçülərlə qarşılaşıbsınızmı?
– Mən şəxsən muzdlu döyüşçüləri görməsəm də, eşitmişdim ki, erməni tərəfdən bizə qarşı döyüşənlərin arasında Suriyadan, Livandan və Rusiyadan gələn döyüşçülər var. Hətta Xocalı istiqamətində Baltikyanı ölkələrdən gələn snayperçi qızlar haqda da söhbət gəzirdi.
– Dağlıq Qarabağ münaqişəsinin həllinin gecikməsi Serj Sarkisyan hakimiyyətinə sərf edirmi?
– Bu gün Ermənistanın yeganə güvəndiyi dövlət Rusiyadır. Bizim şimal qonşumuz da hər bir vasitə ilə Ermənistana yardım edir. Bildiyimiz kimi, Rusiya istehsal etdiyi silahları digər dövlətlərə kommersiya qiymətləri ilə satır, Ermənistana isə silah öz ordularına təklif edilən qiymətə satılır. Ermənistanın indiki hakimiyyəti Dağlıq Qarabağ faktoruna görə hakimiyyətə gəlmiş cinayətkar bir rejimdir. Bu gün onları hakimiyyətdə saxlayan da elə Qarabağ probleminin adıdır. Problem öz həllini tapsa, bu cür adamlar heç vaxt hakimiyyətdə qala bilməz
– Gənclərimizin vətənpərvərlik ruhunu necə qiymətləndirirsiniz?
– Ermənistandan və Ermənistan tərəfindən işğal olunmuş 20% torpaqlarımızdan 1 milyondan artıq soydaşımızın öz yurdlarından qaçqın və məcburi köçkün düşməklərinə baxmayaraq, uzunsürən və nəticə verməyən sülh danışıqlarının nəticələrini gözləyə-gözləyə, insanlar gözləməyə vərdiş edərək passivləşirlər.
Təhlil etdikcə məndə sual yaranır: Bəlkə də elə ATƏT-in Minsk qrupunun vəzifəsi işğal olunmuş əraziləri boşaltdırmaq yox, elə vaxtı uzadaraq o torpaqları insanlara unutdurmaqdan ibarətdir?
Lakin bütün bunlara baxmayaraq, gənclərimizin vətənpərvərlik ruhu yüksəkdir. Silahlı Qüvvələrimizin şəxsi heyəti yüksək döyüş qabiliyyətinə malikdir. Torpaqlarımızı qısa vaxt zamanında işğaldan azad etmək üçün ordumuz Ali Baş Komandanımızın əmrini gözləyir
Fuad Hüseynzadə
“KarabakhİNFO.com”



