ASİM-DER təşkilatımızın qısa adıdır. Əsl adı isə Beynəlxalq Əsassız erməni iddiaları ilə Mübarizə dərnəyidir. ASİM-DER Türkiyənin 6 şəhərində nümayəndəliklərimiz var. İstanbul, Yalova, Uşak, Muğla, Bursa və Van şəhərlərində, İğdırın Qaraqoyunlu bölgəsində Ermənistan sərhədində Alican sərhəd məntəqəsinin yerləşdiyi ərazidə təmsilçiliyimiz var. İki region başqanımız var. Bundan başqa Türkiyədə Qaradəniz və Cənub – şərqi Anadolu regionlarında, Avropada və Naxçıvan Muxtar Respublikasında təmsilçiliyimiz var. Azərbaycanda tərəfdaşlıq müqaviləmiz olan Beynəlxalq Diaspor Mərkəzi təşkilatı var və İsveçrədə eyni müqavilə ilə HAQQ & ƏDALƏT hərəkəti təşkilatı var. Bu təşkilatlarla Dünya ölkələrində ortaq şəkildə həm 1915 – ci ildə baş verən hadisələri və Qarabağ məsələsi ilə bağlı birgə diaspor fəaliyyəti həyata keçirəcəyik.
Türkiyədə bir qrup illərdən bəridir Ermənistanla əlaqələrin artıq düzədilməli olduğunu müdafiə edir. Onlara görə sərhəd açılmalı və iki ölkə arasındakı ticarət əlaqələri yaradılmalı və genişləndirilməlidir. Bu mövzuya ASİMDERin yanaşması necədir?
Mən 2011-ci ildə Azərbaycana – Bakıya gəldiyim zaman bu barədə mətbuata açıqlama da vermişdim. Türkiyədə ən güclü diaspora erməni diasporudur. Buna hər kəs çaşıb reaksiya vermişdi, amma çox təəssüf ki, mən haqlı çıxdım. Onun üçün Türkiyədə Erməni tərəfdarı jurnalist və yazarlar çığır – bağır salıb sərhədin açılmasını istəyirlər. Bu keçid məntəqəsinin açılması və yaxşı əlaqə yaratma səsləri Hrant Dink məsələsiylə daha da canlılıq qazandı. Buna Avropa ölkələrindən gələn təzyiqlərin də təsiri var təbii ki. yana Biz Erməni diasporunun 1915 – ci il hadisələriylə əlaqədar iddialardan vaz keçməsi, Türkiyənin sərhədlərini tanıması, Türk torpağındaki – xüsusilə, Ağrı Dağı fotoşəkillərini rəsmi təşkilatlardan və sənədlərdən qaldırması, Azərbaycanın işğal olmuş 20 % torpağının mütləq tərk etməsi bu qırğını edən başda Sarkisyan, Köçəryan və ASALA terror təşkilatı mənsubu yaşayanlarının müharibə suçlusu kimi insan hüquqları məhkəmələrinə təslim edilərək mühakimə olunmalarını təmin edilməsi tezisini müdafiə edən bir təşkilatıq.
Əsassız erməni soyqırımı mövzusunda çox danışılır və müzakirə edilir. Amma əslində soyqırım (genocide) anlayışı Türkiyədə tam mənasıyla qəbul edilirmi? Hər etnik qarşıdurma soyqırım sayıla bilərmi?
Erməni diasporunun bəhs etdiyi kimi bir soyqırımı yoxdur. Osmanlı İmperatorluğunun dövründə ittifaq halındakı Almaniyanın təzyiqi nəticəsində Tələt paşa, Ənvər paşa və Camal Paşanın zorla köçürülməsi – yəni Osmanlı əsgərini Rus və İngilislər, Fransızlarla ittifaq edərək arxadan vuran xəyanətçilərin sürgünü var. Amma Türkiyədəki təşkilatlar bu mövzunu bu şəkildə cəmiyyətə çatdıra bilmədikləri üçün xırda çətinliklər var. 1915-ci ildəki hadisələr tam olaraq anlaşılmamışdır. Ayrıca 1915-ci ildə Həmidiyə alaylarında xidmət edib Osmanlının qurtuluşu yolunda qəhrəmancasına mübarizə aparan kürdlər bu gün isə ermənilərin dəstəkçisi hala gəliblər. BDP yəni PKK vasitəsilə dəstəklənib Türkiyədə erməni məsələsində ziddiyyətlər yaratmaqdadırlar. Etnik qarşıdurmanı başladan Daşnak və Hınçaq təşkilatında təşkilatlanan faşist ermənilərin başladığı qırğınlara qarşı xalq və Osmanlı tədbirlər görmüşdü. Burda bir etnik qarşıdurma da yoxdur əslində. Soyqırımı bilərəkdən bir irqi və ya cəmiyyəti yox etməyə çalışmaq deməkdir. Azərbaycanda 35 min, Türkiyədə 70 mini aşan erməni vətəndaş və vətəndaşlığı erməni yaşayır. Bu millət soyqırım etmişsə bunlar necə yaşayır içimizdə o zaman anlamıram.
Bildiyiniz kimi bir çox xarici alim və elm adamı erməni problemi ilə bağlı olaraq soyqırım anlayışından istifadəni rədd etdikləri üçün digər ölkələrdə ciddi qarşılanırlar. Əslində, bu alimlərin işləri Türkiyənin erməni iddialarına cavab verə bilməsi üçün bir fürsət xüsusiyyəti də daşıyır. Sizcə Türkiyə bu və bunun kimi fürsətləri dəyərləndirə bilir?
Tam olaraq qiymətləndirilir desək, yalan olar. Bu cür xarici alimlərdən yeni – yeni faydalanmağa başlanılıb. Digər ölkələrdə bu cür xarici alimlər az istifadə olunduğu üçün bunlardan da yaxşı faydalanmaq lazımdır. Türkiyə xarici işlər nazirliyi xaricdə bu mövzularda son iki ildir xüsusilə çox fəal işləyir. ASİM-DER təşkilatı olaraq biz İsveçrə və Almaniyada xarici alimlərlə görüşüb bu mövzularda işlərə başladıq. Bir də lobbi şirkətləri, xarici şirkətlərlə görüşlər keçirdik. Bunların da qatqısıyla bu işlərin öhdəsindən gələrək bu yalan iddialarla mübarizədə çox əhəmiyyətli yollar qətl edildi.
24 Aprel tarixindən etibarən ermənilər sözdə soyqırımı anma günündə dünyada lobbiçilik fəaliyyətlərini yenə sürətləndirəcəklər. Sizcə, Türkiyə hər il qarşısına çıxarılan erməni problemi ilə bağlı sabit və təsirli bir xarici siyasət izləyirmi?
Avropa susaraq və ya erməni diasporu öz təzyiqini artıraraq buna əngəl olmağa çalışır. Bu il heç diqqət etdinizmi bilmirəm keçdiyimiz illərdə 24 Aprel ərəfəsində televiziyalar xəbərlərdə ABŞ prezidenti Soyqırım deyəcəkmi sualına cavab axtarırdı. Amma bu il tarixlər artıq 23 Apreli göstərməsinə baxmayaraq “ABŞ prezidenti bunu deyəcək, demiyəcək” – deyə bir xəbər yoxdur mediamızda. Türkiyə təşkilatları isə ASİM-DER başda olmaqla Dünya səviyyəsində bütün Türk təşkilatlarına müraciət edib 21 Apreldən başlamaqla 24 Aprel günü də daxil olmaqla mətbuata açıqlama verir, ABŞ səfirlikləri qarşısında və ya olduqları şəhərlərdə mitinqlər keçirir. Bu da Türk təşkilatlarının və Türkiyənin işləri nəticəsidir. Bəlkə də qarşıdakı illərdə artıq bu məsələ gündəmə gəlməyəcək. Ermənilər 2015-ci ilə hazırlaşır, saxta erməni soyqırımının 100 illiyinə. 1915 və 2015… Tam 100 il. Bunu Türkiyəyə qəbul etdirəcəyik deyirlər. Türkiyə də bunun fərqindədir və onun üçün işini ciddi aparır.
Ermənistanın Müstəqillik aktında iştirak edən 11 – ci maddəyə toxunsaq, Ermənistanın Türkiyənin ərazi bütövlüyünü tanımadığını deyə bilərikmi?
Əlbəttə, Ermənistan Müstəqillik aktının 11 – ci maddəsində yazılmış mətnlə Türkiyə sərhədlərini tanımadığını ifadə edir. Ermənistanın torpaq istəmədiyi qonşu ölkə demək olar ki, yoxdur. Azərbaycandan Qarabağ bölgəsi işğal edilib, Gürcistandan Axıska və yaxın bölgələri, İrandan Xoy, Urmu bölgəsini istəyir və Türkiyədən də Şərqi Anadolu və Cənubi şərq bölgələrinə ərazi iddiaları var. Ermənistan bu coğrafiyada yaradılmış bir fəsad və bəla topluluğudur. Bu coğrafiyanın dincliyini pozan alət bir dövlətdir.
Ermənistanda indiyə qədər heç bir dövlət adamı müstəqillik aktındakı bu maddəni dəyişdirməyə təşəbbüs etməyib. Belə bir cəhd əvvəlcə ermənilərin mənəviyyatına zərər verərək “Böyük Ermənistan” xəyalından imtina mənasına gəlir ki, onlar bundan imtina etmirlər?
Ermənistandakı Dövlət adamlarını seçdirən və ya onları bu vəzifəyə gətirən diaspor təşkilatları olduğundan bunu dəyişdirməyi yox, hətta bunu dilinə gətirəni də öldürərlər. Bunun içində heç bir erməni siyasətçisi də bunu deyə bilməz. Təbii ki, bunu dəyişdirmək “Böyük Ermənistan” xəyalına və bütövlükdə erməni diasporuna böyük bir zərbə vurmaq sayıla bilər. Psixoloji pozğunluq və çaşqınlıq yarada bilər erməni cəmniyyətində. Bu maddə ləğv edilərsə erməni diasporunun varlığı şübhə altına alınmış olar.
2007-ci ilin noyabr ayında dövrün xarici işlər naziri Abdullah Gülün “Önümüzdəki on il Erməni məsələsi Türkiyənin ən əhəmiyyətli xarici siyasət maddəsi olacaq” – deyə bir açıqlaması var idi. Bu dövrə kimi Türkiyədəki heç bir siyasətçi erməni məsələsi üçün qalıcı tədbirlər planı hazırlanması ilə bağlı bir iş görmədi. Bu gün gəlinən nöqtədə ortaq tarix komissiyası təklifi xaricində hər hansı bir izlənilən yol görünür sizcə?
Türkiyə 2015 – ci ildəki hazırlıqların fərqində olduğundan bir tərəfdən ortaq tarix komissiya qurulması təklifini həmişə önə sürür, digər tərəfdən isə lobbiçilik fəaliyyətini gücləndirir. Baxın, Avropada ən çox müsəlman emiqrantlar Türkiyədən gedən vətəndaşlardır. Amma bunlar heç cür təsirli ola bilməzlər. Səbəb kimi onların öz daxillərindəki ideoloji qarşıdurmaları və bu tip mübarizələrdən xilas olub milli məsələlərə baş yormamaları göstərilə bilər. Hətta, bu Türkiyə vətəndaşlarından Avropada və Türkiyədə Azərbaycan Diaspora Komitəsi də faydalanıb, amma Türkiyə hələ də kifayət qədər faydalanmayıb. Indi hələ yeni – yeni bu mövzu üzərində baş yorub Dünyada Türkiyə lobbisini qurma işləri haqqında düşünür.
Söhbətləşdi: Oktay Hacımusalı