Azərbaycanca

“Google Earth” Dağlıq Qarabağı müstəqil respublika kimi təqdim edir – TƏXRİBAT

08.02.2015 | 23:57

скачанные файлы    “Google Earth” növbəti dəfə Azərbaycan ərazilərinə qarşı hörmətsizlik edib

 

KarabakhİNFO.com beynəlxalq elektron jurnalı xəbər verir ki, adıçəkilən şirkət artıq növbəti dəfə Azərbaycan ərazilərinə qarşı təxribata yol verib.  Xəritədəki ərazilər bir neçə gün əvvəl göstərilsə də, hələ də düzəliş edilməyib. Baxmayaraq ki, vətəndaşlarımız şirkətin rəsmi saytına etiraz məktubları göndəriblər.  Dağlıq Qarabağı Müstəqil respublika kimi təqdim edən “Google Earth” etiraz məktublarından sonra belə səhvi aradan qaldırmaıb. Bu isə informasiyanın yanlış olma ehtimalından daha çox, təxribat xarakterli olmasını deməyə əsas verir.  Erməni işğalçıları tərəfindən zəbt edilən Azərbaycan ərazilərini müstəqil respublika kimi təqdim edən şirkətin bu cür addım atması yolverilməzdir.

 

 

 

Ümid edirik ki, aşkar etdiyimiz faktın tirajlanmasından sonra dövlət rəsmiləri və aidiyyatı orqanlar məsələ ilə bağlı ölçü götürəcək və bu təxribatın aradan qaldırılması üçün hərəkətə keçəcək.

 

 

Bütün vətəndaşları ayıq və diqqətli olmağa çağırırıq.

 

Vüsal Nuru

 

 

“KarabakhİNFO.com”

08.02.2015 23:57

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*