Azərbaycanca

Görüş Qarabağ məsələsinin həllinə təsirsiz ötüşməyəcək

22.11.2013 | 17:52

1385128024_111Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə nizamlanması prosesini aktivləşdirmək barədə razılığa gəliblər. ATƏT-in rəsmi saytının yaydığı məlumata görə, bu barədə təşkilatın Minsk qrupunun bəyanatında deyilir. Bəyanatda bildirilir ki, prezidentlər təkbətək görüşdə və sonra həmsədrlər və nazirlərin iştirakı ilə aparılan məsləhətləşmələrdə Dağlıq Qarabağ məsələsinin nizamlanması ilə bağlı geniş spektrdə müzakirə ediblər.

ABŞ Dövlət Departamentinin mətbuat katibi Cen Psaki Azərbaycan və Ermənistan liderlərinin görüşləri barədə bəyanatla çıxış edib. Bəyanatda deyilir ki, ABŞ bu dövlət başçılarının ATƏT-in Minsk qrupunun həmsədrlərinin dəstəyi ilə Vyanada görüşünü alqışlayır, Ermənistan ilə Azərbaycanın ilk addımlarını, habelə danışıqların sonrakı aylarda davam etdirilməsinə dair əldə olunmuş razılaşmanı bəyənir.

 

Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin müvəqqəti işlər vəkili Toralf Pils deyib ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü və dialoqun davam etməsi faktını alqışlayırlar. O, bildirib ki, AB danışıqlar prosesinə cəlb olunmadığı üçün görüşün məzmunu haqda heç nə deyə bilməz.

 

Fransanın Azərbaycandakı səfiri Paskal Mönye jurnalistlərə açıqlamasında deyib ki, Fransa Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü alqışlayır.

 

“KarabakhİNFO.com” beynəlxalq elektron jurnalı olaraq məsələ ilə bağlı millət vəkillərinin mövqeyini öyrəndik.

 

Məsələni şərh edən Millət vəkili Zahid Oruc bildirdi ki, bu görüşə Minsk qrupu həmsədrlərindən reaksiyalar verildi. Onun sözlərinə görə bu, o anlama gəlir ki,Görüş Qarabağ məsələsinin həllinə təsirsiz ötüşməyəcək proseslərin bəlli 2 illik fasilə dövrü onları narahat edib: “Görünür, ATƏT Minsk qrupu formatı işlək olmasa onu əvəz edən yeni mexanimzlərin meydana çıxacağı haqda daha özəl infomasiyalar olub. O cümlədən hərbi gərginlik artmaqdadır. Tərəflər daha artıq dərəcədə silahlanmaya meyl edirlər. Belə olan şəraitdə sanki Minsk qrupu gərəksiz bir quruma çevrilər və iflasa uğrayar. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun bu görüşü diqqət mərkəzində saxladığını nümayiş etdirməsini ayrıca vurğulamaq lazımdır. İkincisi, Medvedyevin prezidentliyi dövrünə düşən daha çox görüşlər silsiləsi Rusiyanın təşəbbüsü idi. Bu bir tərəfdən 2008-ci il Abxaziya, Osetiya işğalını pərdələmək üçün atılmış addımlar idi. Üçüncüsü isə Rusiya belə bir həll modeli tapmağa çalışırdı ki, özü qazansın, nəticə onun xeyrinə olsun. Ona görə də son dövrlər görürsünüz ki, bizi təzyiq altında saxlayan informasiyalar dövriyyəyə çıxarılır. Qarabağ Rusiyanın yaratdığı Gömrük İttifaqına qoşula, Avrasiya İttifaqında yer ala bilərmi? Halbuki Ermənistanın Avrasiya İttifaqı və Gömrük İttifaqına qoşulmasının real əsası yoxdur. Gömrük onda işləyir sərhəd olsun. Ermənistanda da sərhəd yoxdur.” Millət vəkili əlavə etdi ki, ən azı indi yeni bir layihə masa üzərinə qoyulub: “Minsk qrupu üçlüyü çalışacaq, tərəfləri inandırsın ki, xarici işlər nazirləri bu sənəd üzərində işləsə növbəti dövrdə ən azı baza prinsiplərini razılaşdırmaq olar: “Prezidentlər dekabrın əvvəllərində bu məsələ ətrafında yenə fikir mübadiləsi aparacaqlar. Bu, ümid yaradır ki, prosesi ölü nöqtədən tərpətmək mümkün olsun. Onu da etiraf etmək lazımdır ki, Rusiyanın təşəbbüsü ilə bəlli layihələrin quruculuğu üçün addımları intensivləşib. İndi də Vahid Hərbi Birlik yaratmaq yönündə bəyanatlar verirlər. Bu əsnada Vilnüs sammiti də bölgənin geosiyasi vəziyyətinə təsir göstərəcək. Bu, avtomatik həm danışıqlara, həm ümumiyyətlə Qarabağ məsələsinin həllinə təsirsiz ötüşməyəcək. Ona görə də, biz, bu dəyişən şəraiti yaxından təqib etməli, onu izləməliyik”.

 

Görüş Qarabağ məsələsinin həllinə təsirsiz ötüşməyəcəkMillət vəkili Sahib Alıyev isə “prezidentlərin görüşü irəliləyiş də olmasa da, onu irəliləyişə yol açacaq addım kimi dəyərləndirirəm”,- deyə “KarabakhİNFO.com”-a bildirdi. O, həmçinin əlavə etdi ki, Dağlıq Qarabağ məsələsinin həlli istiqamətində indiyədək müxtəlif görüşlər olub: “Bu görüşlər isə adətən ayrı ayrı beynəlxalq tədbirlər çərçivəsində baş tuturdu. Əgər Dağlıq Qarabağla bağlı danışıqlar hansısa beynəlxalq tədbir çərçivəsində baş tutursa, bu, o deməkdir ki, məsələ ikinci dərəcəlidir. İndi isə bu görüş birbaşa Dağlıq Qarabağ məsələsinin həllinə həsr olunmuşdu. Ona görə də son görüş o baxımdan əhəmiyyətlidir. Ümidverici faktlardan biri budur ki, həmsədrlərdən ən nüfuzlusu olan Amerika Birləşmiş Ştatlarının fəallığı hiss olunur. Bu da müəyyən ümidlərə yol açır. Eyni zamanda burada yetərincə nikbin olmamağa əsas verən səbəblər var. Səbəblərdən də biri odur ki, Ermənistan tərəfi bu danışıqlarda yenidən müstəqil hərəkət etmək iqtidarında olmadığını ortaya qoyur. Xatırlayırsınıza danışıqlar başlamamışdan cəmi bir gün qabaq Ermənistanın xarici işlər naziri Moskvada idi və məsləhətləşmələr aparırdı”. Millət vəkilinin sözlərinə görə, bu faktın onu təsdiqləyir ki, Ermənistan rəhbərliyi bu məsələdə Moskvanın razılığı olmadan hər hansı bir addım atmaq iqtidarında deyil: “Bütün bunları xatırlatmaqda məqsədim odur ki, açıq şəkildə görünməsə də danışıqlar Amerikanın moderatorluğu şəraitində gedir. Əgər Amerika istəyirsə ki, bu məsələdə irəliləyişlər olsun, Rusiya ilə bu yöndə intensiv məsləhətləşmələr aparılmalıdır. Həm də ki, Ermənistan tərəfinə müəyyən təzyiqlər edilməlidir və edilə bilər. Amerika Birləşmiş Ştatlarının əlində bunun üçün kifayət qədər təzyiq rıçaqları var”.

 

Əli Zülfüqaroğlu

 

“KarabakhİNFO.com”

 

22.11.2013 17:52

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*