Azərbaycanca

Gürcüstan prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib

31.05.2014 | 09:09

1401520215_geoo000Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndə heyətinin Gürcüstana rəsmi səfəri çərçivəsində mayın 29-da günün ikinci yarısında Müdafiə naziri general-polkovnik Zakir Həsənovu Gürcüstanın prezidenti cənab Georgi Marqvelaşvili qəbul edib. Görüşdən sonra Azərbaycanın Müdafiə nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Tbilisi yaxınlığındakı Krtsanisi Milli Təlim Mərkəzində olub, “Delta” Elmi Hərbi-Texniki Mərkəzində istehsal edilən hərbi texnika və avadanlığa baxıb, Gürcüstan Silahlı Qüvvələrində xidmət edən azərbaycanlı hərbçilərin bir qrupu ilə görüşüb.

 

“KarabakhİNFO.com” 

31.05.2014 09:09

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*