Azərbaycanca

Gürcüstan rəsmilərinə Qarabağla bağlı kitablar təqdim olunub

11.08.2014 | 17:56

fuad kisiGürcüstanda səfərdə olmuş Diaspor Jurnalistləri Birliyinin rəhbərliyi bir sıra rəsmi görüşlər keçirib. Görüşlər zamanı Gürcüstan rəsmilərinə və yerli həmkarlarına Qarabağ, eləcə də Xocalı, Qaradağlı soyqırımları ilə bağlı kitablar da paylayıblar.

 

Təqdimat zamanı hər iki dövlətin ərazi bütövlüyünün pozulduğu, torpaqlarına təcavüz olunduğu, eyni problem yaşandığı qeyd olunub.

 

Kitablar Gürcüstanın idman və gənclər naziri Levan Kipiani, Prezident Administrasiyasının milli azlıqlar üzrə komitə sədri Sofiya Şamanidi, Marneuli rayon icra hakimiyyətinin başçısı Merab Tapçişvili, Regional Televiziyalar Assosiasiyasının sədri Natiya Kupraşvili, həmçinin qəzet və saytlarda çalışan bir sıra jurnalistlərə təqdim olunub.

 

Eyni zamanda Gürcüstanda Azərbaycanlıların Mədəniyyət Mərkəzinin ofisinə də saysız kitablar təqdim olunub. Kitabları AMM-ın Gənclər şöbəsinin müdiri Nərgiz Əliyeva qəbul edib.

 

fuadddXatırladaq ki, təqdim olunan bu kitablar əsasən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) tərəfindən nəşr olunub.

 

Qeyd edək ki, bu səfər “Gürcüstan Azərbaycan jurnalistlərinin gözü ilə” adlı layihəsi çərçivəsində təşkil olunub. Layihə Gürcüstanda Azərbaycanlıların Mədəniyyət Mərkəzinin Gənclər şöbəsinin təşkilatçılığı və Gürcüstanın İdman və Gənclər Nazirliyi yanında Gənclər və Uşaqların İnkişafı Fondunun maliyyə dəstəyi ilə həyata keçirlir.

 

Fuad Hüseynzadə

“KarabakhİNFO.com”

11.08.2014 17:56

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*