Azərbaycanca

Gürcüstandan Qarabağ açıqlaması

04.08.2014 | 12:39

51456“Gürcüstan hökuməti Azərbaycan və Ermənistanın razılığa gələ biləcəklərinə inanır”. ANS PRESS-in məlumatına görə, bunu Gürcüstan prezidenti Georgi Marqvelaşvili Dağlıq Qarabağda baş verən son hadisələri şərh edərkən bəyan edib.

 

Prezident bildirib ki, rəsmi Tiflis iki ölkə arasında münasibətlərin daha da gərginləşməsindən narahatdır.

 

“Regionda vəziyyət normallaşmalıdır. Bu, Azərbaycan və Ermənistan, bütövlükdə region üçün böyük məna kəsb edir. Regionda sabitlik hökm sürməlidir. İki ölkə arasında danışıqlar davam etdirilməlidir”. deyə Marqvelaşvili bildirib.

 

Gürcüstanın baş naziri İrakli Qaribaşvili isə bəyan edib ki, yaxın vaxtlarda Azərbaycan və Ermənistan arasında aparılan danışıqların nəticəsi olacaq.

 

 

“KarabakhİNFO.com”

 

04.08.2014 12:39

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*