Azərbaycanca

Həmsədr: “Ermənistan Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin azaldılmasına sadiqdir”

06.02.2015 | 17:18

 

trend_james_warlick_main

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla Münhen konfransı çərçivəsində görüş yaxşı keçdi

 

 

“KarabakhİNFO.com” beynəlxalq elektron jurnalı Trend-ə istinadən  xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik özünün “Tvitter” sosial şəbəkəsindəki mikrobloqunda yazıb.

 

 

 

Uorlik qeyd edir ki, Nalbandyan Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin azaldılmasına sadiqliyini ifadə edib: “Biz onun gərginliyin azaldılmasına sadiqliyini alqışlayırıq”.

 

 

Eyni zamanda, Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata görə, erməni silahlı bölmələri təkcə cümə günü cəbhənin müxtəlif istiqamətlərində minaatan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 86 dəfə pozaraq mövqelərimizi intensiv atəşə tutub.

 

 

 

 

“KarabakhİNFO.com”

 

 

06.02.2015 17:18

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*