Azərbaycanca

Həmsədrlər Almaniya XİN rəhbəri ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

12.11.2015 | 12:14

trend_osce_flags_240511

ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), İqor Popov (Rusiya) və Pyer Andrye (Fransa) Berlində Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayerlə görüş keçiriblər.

Trend-in məlumatına görə, bu barədə C.Uorlik “Twitter” sosial şəbəkəsində yazıb.

Minsk qrupunun həmsədrləri Almaniyanın ATƏT-də sədrliyi ərəfəsində Dağlıq Qarabağ münaqişəsini müzakirə etmək üçün Berlindədirlər.

ATƏT Xarici İşlər Nazirləri Şurasının növbəti iclası dekabrın 3-4-də Belqradda keçiriləcək.

İclas zamanı təşkilatda sədrlik Serbiyadan Almaniyaya keçəcək.

Trend.az

12.11.2015 12:14

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*