Serj Sarkisyanla və Edvard Nalbandyanla görüşlər keçiriləcək
ATƏT-in Minsk qrupunun həmsədrləri 17 fevralda Ermənistana gələcəklər.
“KarabakhİNFO.com” beynəlxalq elektron jurnalının ANS PRESS-ə istinadən məlumatına görə, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan öz “Twitter” səhifəsində yazıb.
Balayan qeyd edib ki, vasitəçilər Ermənistan prezidenti Serj Sarkisyanla və Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşlər keçirəcəklər.
Xatırladaq ki, həmsədrlər Münxendə baş tutan son görüşdə danışıqların gücləndirilmiş prosesinə başlayacaqlarını açıqlamışdılar. Həmsədrlərin ortaq bəyanatına görə, bu proseslə münaqişənin sülh yolu ilə həllinə nail olmaq olar.
“Biz tərəfləri israrla dərhal bu prosesə başlamaq üçün siyasi iradə göstərməyə çağırırıq”, – deyə bəyanatda deyilir.
“KarabakhİNFO.com”