Azərbaycanca

Həmyerlimizdən C.Uorlikə Qarabağ dərsi

01.10.2014 | 16:51

1936544_100486563301167_8125597_n“Ceyms Uorlik dedi ki, Dağlıq Qarabağ məsələsinin həlli yolu odur ki, Minsk qrupu ləğv olunsun və NATO-nun tərkibində bir komitə yaradılsın. Daha sonra həmin komitə Azərbaycanla Ermənistan arasında sülh yaratsın”.

Bu fikirləri “KarabakİNFO.com” beynəxalq e-jurnalına ABŞ-da yaşayan soydaşımız həkim Şapur Ənsari bildirib.

 

 

Soydaşımız ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikə Qarabağın tarixi ilə bağlı bilmədikləri bir çox məqamı öyrədib: “May ayında Vaşinqtonda “Azərbaycan-ABŞ: Gələcəyə baxış” mövzusunda üçüncü forum keçirilirdi. Fasilə zamanı həmin forumda mən Uorlik və bir neçə amerikalı konqresmenlə sohbət etdim. Mən gördüm ki, Uorlik Qarabağ məsələsinin tarixini yaxşı bilmir. O deyirdi ki, Sovet İttifaqı dağılandan sonra Qarabağ məsələsi gündəmə gəlib. Mən ondan Qarabağın ondan əvvəlki tarixi haqda məlumatlı olub-olmadığını soruşdum. O bildirdi ki, ancaq Sovet İttifaqı dağılandan sorakı hadisələrlə bağlı məlumatı var.

 

 

Soydaşımız amerikalı həmsədrdən Türkəmənçay müqaviləsi haqda soruşub, amma həmsədr cavabında bu barədə məlumatı olmadığını bildirib:” Mən onlara bu müqavilə haqda danışdım və bildirdim ki, buradakı 15-ci maddə imkan verirdi ki, İran ərazindəki ermənilər sərbəst şəkildə Rusiya ərazisinə keçə bilsinlər. Bu etnik təmizləmə siyasəti idi. Bildirdim ki, Qarabağ probeliminin toxumunu orada əkdilər. Türkmənçay müqaviləsindən sonra ermənilərin Cənubi Qafqaza köçürülməsi və Azərbaycan ərazilərinə yerləşdirilməsinə başlanıldı”.

 

 

Ş.Ənsari görüşdə ATƏT-in Minsk qrupunun fəaliyyətinin heç bir nəticəsi olmadığını da deyib: “Ona dedim ki, Minsk qrupu aradan çıxmalıdır. O da bu barədə mənimlə razı olduğunu vurğuladı və etiraf etdi ki, Minsk qrupunun fəaliyyət müddəti bitib. Dedim Qarabağ işğal olunanda heç biriniz etiraz etmədiniz. Amma indi Ukrayna məsələsində hay-küy salırsınız. Ona dedim ki, Minsk qrupunda heç olmasa bir dənə müsəlman ölkəsi olmalıydı. Xatırlatdım ki, Minsk qrupunun fəaliyyətinin nəticəsi yoxdur. Mən ABŞ-a qayıdandan sonra bu məsələlərlə bağlı konqresmenlərin hamısına məktub göndərəcəm”.

 

 

Fuad Hüseynzadə
“KarabakİNFO.com”

 

 

01.10.2014 16:51

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*