Azərbaycanca

“Hər an mühasirə şəraitində olacağımızı anlayırdıq”

30.08.2014 | 11:57

281227_175856719096944_1062876_nQubadlıdan olan keçmiş batalyon komandiri, ehtiyatda olan mayor İlham Məmmədlinin “KarabakhİNFO.com” beynəlxalq e-jurnalına müsahibəsini təqdim edirik.

 

 

-Bir qubadlılı döyüşçü kimi rayonunuzun işğal günlərini necə xatırlayırsınız?

 

 

– Çox ağır günlər idi…İllərlə müdafiəsinə qalxdığın, qorumağı bacardığın ata-baba yurdunun belə kiçik bir zaman kəsiyində itirilməsi ilə barışmaq mümkünsüz idi…

 

 

Ermənilərin hücumlarına qarşı hansı müdafiə tədbirləri görürdünüz?

 

 

– Ermənilərin “Axırıncı addım” adlanan Qubadlının işğal planının olmasından xəbər tutmuşduq. 14 avqust 1993-cü il tarixdə tabor komandiri ermənilərin bu planı haqda məlumat verdikdən sonra məni taborun müdafiə rayonunun sağ cinahına-Yazı düzü-Bərgüşad xətti üzrə cavabdeh təyin etdilər.

 

996101_802273309788612_842152072_n
Həmin gündən başlayaraq istehkamlarımızı möhkəmləndirir, yeni-mühəndis maneələri qurur və şəxsi heyətlə məqsədyönlü iş aparırdıq. Bu istiqamətdə düşmənin ilk böyük həmləsini 27 avqust 1993-cü ildə dəf etdik. Yazı düzü istiqamətində hücuma keçən düşmən 3 tank (ikisi qənimət olaraq ələ keçirilməklə), 25-dən artıq canlı qüvvə itirərək geriyə çəkilməyə məcbur oldu.
Bizim itkimiz 7 şəhid, 5 yaralı oldu…

 
Bu qələbəmizə baxmayaraq Hadrut və Cəbrayıl istiqamətlərindən həyəcanlı xəbərlər gəlməkdə idi…

 
Füzuli istiqamətində düşmənin Kənd Horadizi işğal etməsi isə vəziyyəti daha da ümidsiz etmişdi… Hər an düşmənin Araz çayına çıxması təhlükəsi real idi.

 

424599_389055977777016_1834217018_n
Bələ bir vaxtda ancaq son döyüşə hazırlaşmaqdan başqa bir ümid yerimiz qalmamışdı… Kəndlərdə hələ də mülki əhalinin olması isə əlavə narahatçılıq mənbəyi idi…

 
30 avqustda yanacaq gətirən maşının sürücüsündən artıq, Xanlıq kəndinin düşmən tərəfindən tutulması xəbərini aldıq. Hər an real mühasirə şəraitində olacağımızı anlayırdıq… Növbəti gün-31 avqustda isə ermənilər zirehli qruplaşmanın dəstəyilə Padar-Qubadlı istiqamətində hücuma keçərək rayon mərkəzini işğal etdi.

 
Məhz bundan sonra Hərbi hissə komandirinin əmrinə əsasən 1-ci Motoatıcı tabor mühasirəyə düşməmək üçün mövqelərini tərk etmək məcburiyyətində qaldı.

 
31 avqust 1993-cü il tarixdə Qubadlı rayonunun 70-ə yaxın kəndi və rayon mərkəzi düşmən tərəfindən işğal edildi. Bu əməliyyatda düşmən 32 zirehli texnikadan istifadə etmişdir. Onlarda 9-u döyüşçülərimiz tərəfindən məhv edilmişdir.
Müdafiə olunmağa məcbur olan burada müdafiə zolağını qoruyan yerli hərbi hissə nəzərdə tutulduğundan 10 dəfədən artıq cəbhə xəttini qorumaq məcburiyyətində idi… Onun istifadəsində olan 6 tankın 5-i döyüşçülərimiz tərəfindən qənimət olaraq ələ keçirilmişdi… Göründüyü kimi Qubadlıda qoşunlarımız qeyri-bərabər döyüşdə məğlub olmuşdular…

 

 

-Sizcə, Qubadlının işğal olunmaması üçün nə edilməli idi?

 
-Qüvvələrin bərabər olmadığı şəraitdə də uğurlu döyüş taktikası seçməklə torpaqları qorumaq mümkün olur. Amma, Qubadlıda düzgün seçilməyən müdafiə taktikası bunu mümkünsüz etdi.
Beləki qüvvələrin azlığı şəraitində əsas qüvvələr hakim ərazilərdə yerləşdirilərək düşmənlə təmasda az saylı döyüş mühafizə postları qoyulur. Hücuma keçən düşmənin əsas zərbə istiqaməti müəyyənləşdirilərək onu bizə əlverişli ərazidə qarşılayı1935452_389142657768348_1126021525_nb məhv etmək, müasir döyüşün əsas taktiki gedişi olmalı idi…

 
Qubadlıda isə az qala düşmənlə təmas boyu səpələnmiş və bu səbəbdən də düşmənin həmlələrinə davam gətirməyən seyrəldilmiş qüvvələr şəraiti mövcud idi ki, bundan da düşmən məharətlə istifadə etdi…

 
Qubadlının taleyi tək onun ərazisinin müdafiəsindən asılı deyildi. Qonşu Cəbrayıl və Füzuli, bundan öncə 18 may 1992-ci ildə Laçın rayonunun düşmən tərəfindən işğalı Qubadlının da taleyini həll etmişdir… O da işğala məhkum idi…
Qeyd edim ki, son Qubadlı döyüşlərində əsgərlərimizdən 54 nəfəri şəhid (onlardan 5-i zabit idi), 312 nəfəri isə yaralı oldu. 120-ə yaxın dinc sakin əsir düşmüşdür.

200535_206974919318457_8160384_n

 

 

-Qubadlıdan sizin ən çox yadınızdan qalan nədir?

 

 

 

-Qubadlının hər qarış ərazisi cənnətə bənzəyirdi… Saysız-hesabsız bulaqlarının qovuşmasından yaranan kiçik çayların birləşdiyi Bərgüşad və Həkəri çayları… Bu iki çay arasında Yazı düzü platosu bar-bəhər mənbəyi idi… Bu yerlərə yaraşıq verən mənim zəhmətkeş, alın təri ilə qazandıqları, halal çörəkli qubadlılarımı xatırlayıram…

 

 

 

 

Fuad Hüseynzadə

 
“KarabakhİNFO.com”

 

 

30.08.2014 11:57

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*