Azərbaycanca

Hamımız “Qarabağ”lıyıq

02.10.2014 | 12:21

80470Bu gün Avro Liqanın qrup mərhələsi çərçivəsində təmsilçimiz “Qarabağ” ikinci matçına çıxır.

 

 

“Qafqazinfo” xəbər verir ki, “İnter” öz meydanında “Qarabağ”ı qəbul edəcək. Bütün statistik, tarixi, maddi göstəricilər “İnter”in lehinə olsa da, qələbəyə ən yaxın tərəf kimi İtaliya klubu göstərilsə də, bu gün “Qarabağ” lı futbolçular Milana gəzmək üçün getmədiklərini sübut edəcəklər.

 

 

“Qarabağ”ın start heyətində Çumbinyo və Danilo Diasın olmadığı dəqiq bilinsə də, zədəsi davam edən Rəşad Sadıqovun matç saatına qədər hazır olub-olmayacağı sual altındadır.

 

 

“İnter” cəbhəsində də itkilər çoxdur. Mateo Kovaçiç, Dodo, Nemaniya Vidiç, Conatan, Huqo Kompanyaronun adları zədəli futbolçular siyahısındadır. Lakin təkcə Kovaçiçin bu gün oynamayacağı dəqiqləşib. Digər futbolçular isə oyunun başlama saatına qədər start heyətinə daxil edilə bilər.

 

 

Bugünkü matçı belarusiyalı baş hakim Aleksey Kulbakov idarə edəcək.

 

“KarabakhİNFO.com”

 

 

02.10.2014 12:21

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*