Azərbaycanca

Heydər Əliyev incəsənət xadimlərinin xatirələrində

12.12.2014 | 16:53

10367593_427022590783662_1716996427385492592_nAzərbaycan xalqı öz mədəniyyəti, incəsənəti, milli-mənəvi dəyərləri ilə dünyada tanınır. Xalqımızın milli-mənəvi dəyərlərinin kökləri isə hələ çox-çox qədim zamanlara gedib çıxır. XX əsrdə isə xalqımızın mədəni həyatında yeni bir dövr başlanmışdır. Bu, ulu öndər, Azərbaycan Respublikasının Prezidenti, milli təhsil quruculuğunun əvəzsiz himayəçisi və ideoloqu, görkəmli maarifçi, böyük ziyalı Heydər Əliyevin adı ilə bağlı olan bir dövrdür. Ulu öndər deyirdi ki, “xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü isə mədəniyyətdir”. Məhz bu baxımdan mədəniyyəti xalqın böyük sərvəti hesab edən, xalqın mədəni inkişafını daima diqqət mərkəzində saxlayan Heydər Əliyev mədəni-mənəvi dəyərlərin qorunması və təbliği üçün mümkün olan hər şeyi edirdi. Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından bəhrələnməsin.

 

 

Musiqi, teatr, kino, heykəltaraşlıq ,rəssamlıq, xalça və .s sənət növlərimiz bilavasitə ulu öndərin çox dəyərli ideyalarından bəhrələnib.

 

 

ramiz quliyevXalq artisti, ustad tarzən Ramiz Quliyev musiqimizdə H.Əliyevin danılmaz rolunu qeyd edərək deyirdi ki, “…Mən fikir vermişəm, Azərbaycanda ona qədər heç bir rəhbər musiqimizə, mədəniyyətimizə onun qədər diqqət yetirməyib. Bu baxımdan mədəniyyətimiz ona borcludur. Heç yadımdan çıxmaz, 1970-ci illər idi, Respublika Sarayı yenicə istifadəyə verilmişdi. Onda mən sarayda bir “Orta mahur” ifa etdim. Konsertdən sonra onun adəti vardı, gəlib bir-bir musiqiçilərlə söhbətləşir, onları təbrik edirdi. Gəldi və məni də təbrik etdi. Orada “Orta mahur”u musiq dili ilə elə təsvir etdi ki, mən çaşbaş qaldım. Deyərdin, musiqiçi odur, mən yox. O, belə bir şəxsiyyət idi və onda fenomen musiqi duyumu vardı”.

 

 

oktay zulfuqarovXalq artisti, bəstəkar Oqtay Zülfüqarov: “Heydər Əliyev musiqiçilərimizə o qədər dəstək olub ki, sadalamaqla qurtarmaz. H.Əliyev Azərbaycanda bütün əsərlərin premyerasında iştirak edib. Hər premyeradan sonra isə hər bir musiqiçini bağrına basaraq təbrik edirdi. Mənim yadımdadır ki, o vaxtlar hər həftənin 5-ci günü Filarmoniyada simfonik konsertlər təşkil olunurdu, bu, məhz Heydər Əliyevin təşəbbüsü idi. O, özü də həmin konsertlərdə iştirak edir və bütün məmurları məcbur edirdi ki, o konsertlərə gəlsinlər. H.Əliyev ensiklopedik bir şəxsiyyət idi”.

 

 

Ramiz_Zohrabov_280307-2-bigXalq artisti, musiqişünas Ramiz Zöhrabovun ulu öndər haqqında fikirlərini də xüsusilə qeyd etmək lazımdır: “ Heydər Əliyevin Azərbaycan musiqisinə göstərdiyi xidmətlər saysız-hesabsızdır. Bu gün Azərbaycan musiqisinin təkcə ölkəmizdə deyil, dünya səviyyəsində tanınması, təbliği böyük öndərin xidmətləri sayəsində baş tutub. O, həm də musiqi bilicisi idi”.

 

 

Xalq artisti Ramiz Mirişlinin dediklərindən: ramiz_mirisli“Ümummilli lider Heydər Əliyevin həyatı neçə-neçə sənət adamlarına ilham verib. Onun əməlləri həyatda reallaşdığı kimi sənətdə də əbədiləşib. Xoşbəxtəm ki, bu şəxsiyyət haqqında yazmaq səadəti mənə də nəsib olub. “Məşəl kimi yana ürək”, “Adın şöhrət-şan yerimiz”, “Heydər ata” mahnılarım sevilib və ifaçıların repertuarında özünə yer tapıb. Mən də haqlı olaraq qürur hissi keçirirəm ki, bu dahi şəxsiyyətlə ünsiyyətdə olub, onun qayğı və diqqəti ilə əhatə olunmuşam. Bəstələdiyim musiqi nümunələrini bu böyük dahinin-Heydər Əliyevin şəxsiyyəti və ruhu qarşısındakı mənəvi borcumun bir zərrəsi hesab edirəm”.

 

 

Heydər Əliyevin keçən əsrdə böyük uzaqgörənliklə həyata keçirdiyi təhsil, elm və mədəniyyət sahəsindəki uğurlu siyasəti, həqiqətən, bu gün müstəqil Azərbaycanın milli sərvəti olan zəngin insan potensialının yüksəkliyində özünü göstərir və öz bəhrələrini verir. H.Əliyevin təşəbbüsü və rəhbərliyi ilə təhsil müəssisələrinin zəngin şəbəkəsinin yaranması, onların möhkəm maddi texniki bazasının qurulması, respublikadan kənarda Azərbaycan üçün yüksək ixtisaslı mütəxəssislər, xüsusən, milli hərbi kadrların hazırlanması, elmi-tədqiqat institutlarında fundamental elmin inkişafının təmin olunması və.s mühüm addımlar , şübhəsiz, Azərbaycanın bu gün müasir sivilizasiyaya cavab verən ölkəyə çevirmişdir.

 

 

Fəxri Məmmədli
“KarabakhİNFO.com”

 

 

12.12.2014 16:53

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*