Azərbaycanca

Hikmet Eren: “Ermənistanı qarşıda böyük faciələr gözləyir”

07.02.2014 | 14:49

1391770131_550630_10150916826399544_473860316_nTürkiyədə fəaliyyət göstərən Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin sədri, “EkoAvrasiya” dərgisinin baş redaktoru Hikmet Erenlə müsahibə:

– Hikmət bəy, Ermənistan bölgədə vəziyyəti gərginləşdirir. Təəssüf ki, beynəlxalq qurumlardan səs çıxmır. Hazırkı vəziyyəti necə təhlil edirsiniz?

 

-Tamamilə fikirlərinizlə razıyam. 20 ildir ki, Ermənistanın təcavüzü ilə bağlı sərt bəyanatlar eşitmirik. Türkiyə və bəzi müsəlman dövlətlərini çıxmaq şərti ilə, qərb dövlətlərindən bəyanatlar eşidilmir. Amma, bununla yanaşı bu istiqamətdə işlərin getmədiyini deməmək olmaz. Azərbaycan dövləti bu istiqamətdə xeyli işlər görməkdədir.

 

Etiraf etməliyik ki, bəzi dövlətlərdə Qarabağ və Xocalı soyqırımı haqqında pozitiv mövqe yaranıb. Bu Azərbaycan dövlətinin illərdir ki, apardığı işin nəticəsidir. Çox müsbət haldır. Əvvəllər belə hallar yox idi.

 

İndi dünya mediası Azərbaycan həqiqətlərindən yazır və məsələyə obyektiv baxış yaranıb. Çünki erməni lobbisi 100 ilə yaxındır ki, bu istiqamətdə çalışır və dünyanın hər yerinə yayılaraq, qondarma iddialarını qəbul etdirməyə çalışırlar. Bu məsələyə diqqət etmək lazımdır.

 

-Türkiyədən proseslərə baxarkən, bölgədə müharibə riski görünürmü?

 

-Qafqaz elə bir regiondur ki, orada alov yanarsa, bu ən azından illərlə davam edər və bütün bölgəni bürüyər. Tarixin gedişi bunu sübut edib.

 

Bu gün sirr deyil ki, Ermənistan odla oynayır. Bu elə bir oddur ki, Ermənistanı bütünlüklə yandırar. İrəvan bunun altından çıxa bilməz. Ermənistan ictimaiyyəti diqqətli olmalı və Qarabağ məsələsində ölkə rəhbərliyinə ciddi təzyiqlər etməlidir. Yoxsa, müharibə Ermənistan baha başa gələcək.

 

Onlar anlamalıdır ki, Azərbaycan ordusu istənilən zaman Ermənistanı diz üstə çökdürər. Azərbaycanın güclü ordusu var.

 

-Ermənistanın regional layihələrdən kənarda qalması, sosial-iqtisadi baxımdan bu ölkə üçün nələr vəd edir?

 

-Nəticə ortadadır: Ermənistanda yoxsulluq yuxarı səviyyədədir.  İnsanlar ölkəni tərk edirlər. Sosial problemlər cəmiyyəti təcrid edir. Bildiyim qədər elə hərbi hissələr var ki, hələ də formalaşa bilmir.  Üstəlik, Ermənistanda insan artımı da azalıb.  Ölkə əhalisi başqa ölkələrə üz tuturlar.

 

Həmçinin, Ermənistan iqtisadiyyatı Rusiyanın nəzarəti altındadır. Ölkənin əsas gəlirli sahələri Rusiya şirkətləri tərəfindən satın alınıb. Bu gün Ermənistanın qazandığı bundan ibarətdir. Ermənistan bölgədə təsir imkanlarını itirən dövlət halına gəlib. Hesab edirəm ki, bu hələ başlanığıcdır. Ermənistanı qarşıda böyük faciələr gözləyir. Ermənistan rəhbərliyi ciddi şəkildə düşünməlidir. Azərbaycan və Türkiyə ilə münasibətlərin yaxşılaşması üçün Ermənistan konstriktiv siyasət ortaya qoymalıdır. Əks halda proseslər bumerenq kimi qayıdıb, Ermənistanın özünə dəyəcək.

 

 

 

 

Elnur Eltürk

 

“KarabakhİNFO.com

07.02.2014 14:49

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*