Azərbaycanca

Hikmet Eren: “Müharibə Ermənistan üçün dəhşətli vəziyyət yarada bilər”

17.07.2014 | 08:30

10502259_604111713035649_1197494364_nTürkiyədə fəaliyyət göstərən Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin sədri, “EkoAvrasiya” dərgisinin baş redaktoru Hikmet Eren “KarabakhİNFO.com” beynəlxalq e-jurnalına müsahibə verib.

 

 -Hikmet bəy, bu günlərdə ABŞ-ın Ermənistandakı səfiri Azərbaycanın işğal altında olan 6 rayonunun qaytarılması ilə bağlı açıqlama verdi. Sizcə, bu danışıqların sülh prosesi ilə yekunlaşmasına səbəb olacaqmı?

 

 

-Bu fikirlərlə tanışıq. Düşünürəm ki, səfirin qeyd etdiyi təkliflər başlanığıc prosesinin əsasını qoymalıdır. Ümumiyyətlə, başlanığıc prosesi Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması ilə yekunlaşmalı və bölgədə sülh yaranmalıdır. Prosesin uğurla yekunlaşmasının yolu bundan ibarət ola bilər. Əks-təqdirdə hansısa təkliflər kağız üzərində qalacaq və heç bir əhəmiyyət kəsb etməyəcək. Ermənistan rəhbərliyi özü da yaxşı anlayır ki, o torpaqlar Azərbaycana məxsusdur və orda sona qədər qala bilməyəcək. Beynəlxalq qanunlar Azərbaycanın tərəfindədir.

 

 

-Ümumiyyətlə, hadisələrin bölgədə gedişatı haqqında düşüncələrinizi bilmək maraqlı olardı. Ermənistan sülh prosesinə qoşulacaqmı?

 

 

-Ermənistanın başqa yolu yoxdur. Ermənistan prosesə qoşulub bölgədə sülhün yanında olduğunu göstərməlidir. Hər gün vəziyyət Ermənistanın ziyanına işləyir. Çünki Ermənistanın bu gün düşdüyü vəziyyətdən yalnız sülh qurtara bilər. Ölkədə insanların durumu getdikcə pisləşir. Təcrid siyasəti Ermənistanda həyatı məhv edib və ölkə çıxılmaz vəziyyətdədir.

 

-Bölgədə müharibə başlayarsa, Ermənistan müharibədən necə çıxacaq?

 

-Müharibə Ermənistan üçün dəhşətli vəziyyət yarada bilər. Ermənistan Azərbaycanla müharibədən qalib çıxa bilməz. Azərbaycan güclü ordusu var. İqtisadiyyatı sürətlə inkişaf etməkdədir. Belə olan halda Ermənistan rəhbərliyi ciddi şəkildə düşünməli və vəziyyəti müharibə həddinə gətirməməlidir. Yoxsa müharibə bu bölgəni məhv edər və Ermənistanda bir nəfər olsun belə insan qalmaz.

 

Elnur Eltürk

 

 

“KarabakhİNFO.com”

 

17.07.2014 08:30

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*