Azərbaycanca

“Hoy Los Angeles” qəzeti: Ermənistan Azərbaycana qarşı cinayətlər törədib – FOTO

17.02.2015 | 11:27

f24757a62e60c09958828a4697bca3cc

 

 

“Hoy Los Angeles” qəzeti: Ermənistan Azərbaycana qarşı cinayətlər törədib

 

 

 

 

 

 

ABŞ-ın “Los Angeles Times” qəzetinin ispandilli versiyası olan “Hoy Los Angeles” həftəliyi 12 fevral 2015-ci il tarixində Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevdən götürülmüş video-müsahibə və müsahibə əsasında yazılmış məqalə yayıb.

 

 

“KarabakhİNFO.com” beynəlxalq elektron jurnalının  APA-ya istinadən verdiyi  məlumata görə, 1 milyonluq tiraja malik “Hoy Los Angeles” qəzeti ABŞ-ın ən böyük ispandilli mətbuat  orqanıdır.

 

 

Müsahibədə baş konsul N.Ağayev Azərbaycanın yerləşdiyi mürəkkəb bölgə, yürütdüyü tarazlaşdırılmış xarici siyasət, müxtəlif dövlətlərlə qurduğu münasibətlər barədə danışıb. Ölkəmizin beynəlxalq terrorçuluğa qarşı apardığı mübarizədən bəhs edən diplomat 90-cı illərdə Azərbaycana qarşı həyata keçirilmiş terror aktları barədə söz açıb. N.Ağayev həmçinin Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti və etnik təmizləmə haqqında da məlumat verib.

 

 

Qəzetin baş redaktoru Alexandro Masiel tərəfindən qələmə alınmış məqalədə isə Azərbaycanın öz müstəqilliyini bərpa etdikdən sonra keçdiyi uğurlu inkişaf yolu, özünün neft və qaz ehtiyatlarından ağılla istifadə edərək qlobal strateji önəm qazanması və Qafqaz bölgəsində həqiqi gücə çevrilməsi qeyd olunur. Azərbaycanın çoxəsrlik tolerantlıq və dünyəvilik ənənələrinə toxunan müəllif bu gün ölkəmizdə müsəlman, xristian və yəhudilərin sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını qeyd edir.

 

 

A.Masiel həmçinin Azərbaycan torpaqlarının böyük bir hissəsinin Ermənistan tərəfindən işğal olunduğunu, bununla bağlı bir sıra beynəlxalq təşkilatların müvafiq qətnamələr qəbul etdiyini qeyd edib və bu qətnamələrə əsasən Ermənistan tərəfindən Azərbaycana qarşı təcavüz, etnik təmizləmə və insanlığa qarşı cinayətlərin törədildiyini bildirib.

 

 

Sonda müəllif Kaliforniyada erməni lobbisinin Azərbaycana qarşı intensiv fəaliyyət göstərdiyini vurğulayıb.

 

 

 

 

“KarabakhİNFO.com”

 

 

17.02.2015 11:27

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*