Azərbaycanca

İƏT-in Baş katibi Dağlıq Qarabağ haqqında danışıb

26.06.2014 | 09:42

1403242857_iet18-19 iyun tarixlərində Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirləri şurasının “İslam əməkdaşlığı üzrə sahələrin araşdırılması” şüarı altında 41-ci sessiyası keçirilmişdir.

Tədbirin açılış mərasimində çıxış edən İƏT baş katibi İyad Amin Mədəni Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunaraq bir daha Azərbaycana öz dəstəyini ifadə etmiş və Azərbaycan torpaqlarının hələ də işğal altında olduğunu iştirakçıların diqqətinə çatdırmış və münaqişə ilə bağlı Azərbaycanın haqlı mövqeyinin dəstəklənilməsi üçün İƏT-ə üzv ölkələrə müraciət etmişdir. O, hələ də öz həllini tapmamış bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll olunması istiqamətində İƏT-in öz töhfəsini verməyə hazır olduğunu qeyd etmişdir.

 

Tədbirdə Azərbaycan Respublikasını təmsil edən xüsusi tapşırıqlar üzrə səfir Aqşin Mehdiyev çıxışında Azərbaycanın müsəlman ölkələri ilə həmrəy olduğunu deyərək, ölkəmizin İƏT-ə üzv dövlətləri ilə əməkdaşlığın gücləndirilməsində maraqlı olduğunu diqqətə çatdırmış və beynəlxalq terrorizm və islamofobiya meyllərinin qarşısının alınması məqsədilə İƏT çərçivəsində səylərin gücləndirilməsinin vacibliyi vurğulamışdır.

Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun doğurduğu ağır fəsadlar haqqında tədbir iştirakçılarına məlumat verilmiş və bu münaqişədə Azərbaycanın mövqeyini daim dəstəklədiyinə görə İƏT-ə üzv dövlətlərinə təşəkkür bildirilmişdir.

 

İclasın nəticəsi olaraq, İƏT üzv ölkələrinin xarici işlər nazirlərinin şurası tərəfindən qəbul edilmiş yekun Ciddə Bəyanaməsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycanın ədalətli mövqeyi ilə həmrəylik ifadə olunmuşdur.

 

İƏT xarici işlər nazirlərinin şurası tərəfindən “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü” və Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan torpaqlarında İslam dininə aid tarixi və mədəni irsin və ibadət ocaqlarının dağıdılması və təhqir olunması” adlı qətnamələr qəbul edilmişdir.

 

Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu tərəfindən təqdim olunan və İƏT xarici işlər nazirlərinin şurası tərəfindən qəbul olunan qətnamədə “Xocalıya Ədalət” kampaniyasına həsr edilmiş xüsusi bənd öz əksini tapmışdır.  Həmin bəndə əsasən İƏT üzv ölkələrinin xarici işlər nazirləri tərəfindən “Xocalıya Ədalət” beynəlxalq məlumat kampaniyası alqışlanır və üzv dövlətlər bu soyqırım aktının milli və beynəlxalq səviyyədə insanlığa qarşı cinayət kimi tanınması üçün kampaniyanın işində fəal iştirak etməyə və lazımi səylər göstərməyə çağırılırlar.

 

“KarabakhİNFO.com”

 

26.06.2014 09:42

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*