Azərbaycanca

İbrahim Öztek: “Ermənilər və onlara dəstək olan qüvvələr Orta Asiya türklərinə qarşı da qətliamlar törədiblər”

19.06.2014 | 05:54

1403176199_ibrahim-oztek“Türkiyə və Azərbaycan erməni məsələsində birgə fəaliyyət göstərməli və əsasən də dünyada ciddi lobbi çalışmalarını gücləndirməlidirlər”. Bu sözləri “KarabakhİNFO.com” beynəlxalq e-jurnalına Anadolu Aydınlar Ocağının sədri, professor İbrahim Öztek ermənilərin türk millətinin başına gətirdiyi soyqırım siyasətini şərh edərkən bildirib. “Dünya birliyi ermənilərin XX əsrin əvvələrində günahsız türk millətinin başına açdıqları oyunları görməli və qondarma erməni soyqırımına yox deməlidir. Əsl ədalət o zaman görünəcək. Yoxsa ədalətsiliyin yanında durmaq, böyük bir yalana dəstək vermək deməkdir. Hesab edirəm ki, bu məsələdə Azərbaycan və Türkiyə birgə addım atmalıdır. Üstəlik, digər türk dünyası ölkələri də fəallıq göstərməli və ortaq çalışmalarla ermənilərin yalanlarını ortaya qoymalıdırlar. Bu, bizim gedəcəyimiz birlik və bütövlük yoludur. Yalnız bir olarıqsa, istədiyimiz nəticələri əldə edə biləcəyik. Xüsusilə, əlimizdə olan bütün arxiv sənədləri müxtəlif dillərə tərcümə olunmalıdır ki, erməni yalanlarını sənədlərlə sübuta yetirək. Bu zaman istənilən nəticə və əsl həqiqət üzə çıxacaq. Bu məsələdə işlər gedir və bunu daha da sürətlə aparmalıyıq”, -deyə professor İ.Öztek qeyd edib. İ.Öztek təkcə Azərbaycan və Anadolu bölgəsində deyil, Orta Asiya türk dövlətlərində də soyqırım hadisələrinin törədildiyini diqqətə çəkdi: “Ermənilər və onlara dəstək olan qüvvələr Orta Asiya türklərinə qarşı qətliamlar törədiblər. Deməli, bu faktlar onu göstərir ki, proses türk dünyasının tamamilə yox edilməsinə hesablanan çirkin və vəhşi oyun olub. Məhz bu amillər bizi birgə addım atmağa vadar edir və bundan başqa çıxış yolumuz yoxdur”.

 

Elnur Eltürk

“KarabakhİNFO.com” 

19.06.2014 05:54

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*