Azərbaycanca

İbrahim Rəhimpur: “İslam ölkələri arasında qeyri-müsəlman ölkələrinin zülmünə qarşı birlik yoxdur”

10.11.2014 | 16:57

ibrahim_rahimpour_040314İran ölkələrin ərazi bütövlüyünün qorunub saxlanılmasını dəstəkləyir və xalqlara qarşı edilən zülmlərin əleyhinədir. Bu sözləri Trend-ə eksklüziv açıqlamasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualının cavabında İran xarici işlər nazirinin Asiya və Okeaniya ölkələri üzrə müavini İbrahim Rəhimpur deyib.

 

İ.Rəhimpur bildirib ki, dünyada baş verən münaqişələrlə bağlı ölkələrin ərazi bütövlüyünün qorunub saxlanılması İranın xarici siyasətinin əsasını təşkil edir: “Elə buna görə də İran sanksiyalarla üzləşib. İrana qarşı sanksiyalar onun nüvə proqramına görə deyil, bəlkə dünya ölkələrində məzlumları dəstəklədiyinə görədir. Bizə deyirlər ki, sakit ol, başqalarının işinə qarışma”.

 

 

İranın XİN rəsmisi bildirib ki, İslam ölkələri arasında təəssüf ki, qeyri-müsəlman ölkələrinin zülmünə qarşı birlik yoxdur: “İlk növbədə, müsəlman ölkələri bir-biriləri ilə vəhdət yaratmalıdırlar və icazə verməməlidirlər ki, İslam adı ilə müsəlmanlar öldürülsün. Müsəlman ölkələrində savadsızlıq, cahillik və müharibələrə son qoyulmaldır. Belə olarsa, müsəlman ölkələri Avropa İttifaqı kimi bir qurum yaradıb vahid siyasət yürüdə bilərlər”.

 

“KarabakhİNFO.com”

 

 

10.11.2014 16:57

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*