Azərbaycanca

İçərişəhərdə Ermənistanın Azərbaycana hərbi təcavüzü haqqında elektron lövhə yerləşdirilib

19.06.2015 | 18:22

iceriseher_lovhe_190615_07

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda Ermənistanın Azərbaycana hərbi təcavüzü haqqında elektron məlumat lövhəsi və monitor yerləşdirib.

Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, lövhənin hazırlanmasında məqsəd I Avropa Oyunları ilə əlaqədar ölkəmizə səfər edən çoxsaylı xarici vətəndaşların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında obyektiv məlumatlarla təmin edilməsidir.

Monitorda Şuranın Şuşa və Ağdam haqqında çəkdiyi sənədli filmlər nümayiş etdirilir, eyni zamanda, qaçan sətirlərlə işğal altında olan rayonlara dair informasiyalar verilir.

Məlumat lövhəsinə işğal altında olan ərazilərimizin fərqləndirildiyi xəritə və Ermənistanın Azərbaycana təcavüzünün nəticələrinə dair geniş statistik məlumatların əks olunduğu ingilis və rus dillərində bukletlər də yerləşdirilib.

Trend.az

19.06.2015 18:22

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*