Azərbaycanca

Ermənistanın Gənclər və İdman Naziri: “Ermənistan Bakıda keçiriləcək Avropa oyunlarında iştirak etməlidir”

27.01.2015 | 12:42

jpg

“KarabakhİNFO.com” beynəlxalq elektron jurnalının “Artsakhpress”-ə istinadən yaydığı məlumata görə, Ermənistan Respublikasının Gənclər və İdman Naziri Qabriel Qazaryan hesab edir ki, Ermənistan Bakıda keçiriləcək Avropa Oyunlarında iştirak etməlidir:

 

 

 

“Bu il bizi ağır sınaq gözləyir: Qarşıda Bakı Avropa Oyunları var. 2015-ci il bütün idman dünyası, xüsusilə güləş idman növü üçün çətin bir il olacaq”. Bu fikirləri Ermənistanın Gənclər və İdman naziri Güləş Turniri zamanı jurnalistlərə açıqlamasında səsləndirib. İlk Avropa Oyunlarına toxunan Qabriel Qazaryan bunları bildirib: “ İndi ilkin hazırlıq işləri aparılır, lakin idmançıların gedib-getməməsi ilə bağlı rəsmi qərar daha sonra açıqlanacaqdır. Bununla bağlı mənim şəxsi fikrim odur ki, onlar Avropa Oyunlarında iştirak etməlidirlər.
İdman siyasət kimi deyil. Bakı, Beynəlxalq Olimpiya Komitəsi və Avropa Olimpiya Komitəsi təhlükəsizliyin təminin olunmasına söz verirlər”, – deyə Ermənistanın Gənclər və İdman Naziri qeyd edib.

 

 

 

 

 

“KarabakhİNFO.com”

 

 

27.01.2015 12:42

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*