Azərbaycanca

II dünya müharibəsinin casusları və yəhidlərin qənimi-ermənilər

10.05.2014 | 08:12

1399713188_tasnak_yayini_hayatsan_subat1945II Dünya Müharibəsi barədə bu günə qədər tam ətraflı tarixi faktlar ortaya qoyulmayıb. Bu gün arxivlər açıldıqca illər boyu bizlərə söylənən əfsanələrin yalan olduğunu görürük. Belə yalanlardan ən böyüyü isə sovet tarixşünaslığında ermənilərin II dünya müharibəsində SSRİ-yə “sədaqət”ləri ilə bağlıdır. Əslində isə hadisələr tam başqa istiqamətdə cərəyan edib. SSRİ ordusunda və Almanların əsir düşən sovet əsgərləri üçün yaratdıqları legionlarda ermənilər casus rolunu oynamışlar. 1938-ci ildə Almaniyada güclənən faşizm ideologiyası ilə erməni daşnak ideologiyası bir-birinə yaxın olduğu üçün onlar arasında əməkdaşlıq barədə danışıqlar gedirdi. Faşist Almaniyasının əsas siyasi füqurlarından biri olan Himmlerin əsas hədəfi Bakının neft mədənləri idi. O, hazırlanan planda SSRİ-nin enerji gücünün yalnız Bakı olacağını bilirdi və buna görə də buradakı mədənləri partlatmaq məqsədini güdürdü. Alman arxivlərində (ASNB RA) 1966 sənədin 23342 cild 1 fəsil, 40-42 səhifəsində yazılır: “Qafqaz ərazisində casusluq edilməsi üçün Drastamat Kanayanla (və ya General Dro) əməkdaşlıq edilsin. Ona müvafiq tapşırıqlar verilsin və lazımınca mükafatlandırılsın”. Həmin sənədin ardınca Dro-nun Almanlara cavabı qeyd edilir: “Hücumla əlaqədar əmr alındı. Paraşütlə endirmə etməklə vəzifələndirilən Erməni Krım qrupunu və agentlərini yanımızda aparmağımızın lazım olub-olmadığını bildirmənizi xahiş edərəm”. Bu sənəd bir daha sübut edir ki, hələ müharibədən öncə ermənilər Qafqazın strateji nöqtələri, Bakı neft mədənləri barədə ətraflı məlumatları almanlara göndərirdilər.

 

Almanların yəhudilərə olan münasibətindən ermənilər maksimum yararlanmağa çalışırdılar. Onlar hesab edirdilər ki, Almanlar yəhudiləri məhv edəndən sonra Türkiyədə onlara torpaq imkanları veriləcək və bununla da Şərqdə almanların etibarlı tərəfdaşına çevriləcəklər. Hətta o vaxtlar Berlində çıxan ermənidilli həftəlik “Armenien” qəzeti də 1942-ci il yay buraxılışlarının birində bu haqda açıq-aydın yazırdı: “Erməni əsgərləri alman, yunan, bolqar qardaşları ilə birlikdə indiki Türkiyə ərazisinə daxil olacaqlar və əzabkeş Qərbi Ermənistan torpaqlarını vəhşi işğalçılardan azad edəcəklər”. 1942-ci ildə çoxsaylı erməni gənci səfərbər edilərək faşistlərin müharibə cəhdlərinin fəal müdafiəçilərinə çevrildi. Suren Bez-zadyan Paykar Hoassank (“işıqlı” mənasını verir) adlanan erməni Milli Sosialist Hərəkatını yaradaraq ona başçılıq etdi. Bu təşkilat bütün Avropada və Türkiyədə yaşayan gənc ermənilər arasında məşhurlaşdı. 1942-ci ilin sonlarında təşkilat Erməni Milli Şurası ilə birləşdi. Nəticədə II dünya müharibəsində erməni batalyonları çoxsaylı yəhudilərin qırılmasında əsas rollardan birini oynamışlar. Bu batalyonun əsgərləri keçmiş erməni hərbi vərdişlərini özündə saxlayan xüsusi tapşırıqları yerinə yetirirdi.

 

Erməni əsgərlərinin çoxundan yenicə tutulmuş və istila edilmiş torpaqlarda polis birləşmələri kimi istifadə olunurdu. Erməni əsgərlərinə casusluq edərək almanların siyahısında olan bütün yəhudiləri tutmaq tapşırığı verilmişdi. Çoxsaylı adamların ələ keçirildiyi zamanda ermənilər onları bir yerə toplayaraq milyonlarla yəhudinin kütləvi surətdə qətlə yetirilməsini bədnam konslagerə icra etdirdilər. Samuel Vimz əsərində yazır ki, Almanlarla görüşən daşnaklar əllərində sənədlərlə sübut etməyə çalışırdılar ki, “Qafqazın bir hissəsi və Türkiyənin qərb hissəsinin 95 faizi erməni əhalisindən ibarətdir və onlar müstəqillik əldə etsələr Hitlerin sadiq qulları olacaqlar”. Erməni Komitəsi adlanan qurum isə dünya ermənilərinə yazdığı müraciətdə deyirdi: “Alman Reyxinin himayəsi altındakı Ermənistan gücləri daxilində Yaxın Şərqdə Alman təsirini gücləndirməyə çalışmaq məcburiyyətindədir. Onlar İngiltərə və Rusiyaya daha inanmalı deyillər və almanları özlərinə hami saymalıdırlar”. Müraciətin sonunda belə bir sonluq yazılır: “Yəhudilər fanatik milliyyətçi və irqçiliyin doqmatikləridir; onlar yaşadıqları yerlərdə, irqlərinin davamını təmin etmək üçün dünya vətəndaşı rollarına girirlər. Eynilə ingilislərin başqa ölkələri işğal üçün döyüş gəmilərini istifadə etdikləri kimi, yəhudilər də silah olaraq beynəlxalq hüququ və kommunizmi istifadə edirlər.

 

Bu zəhərli ünsürləri xroniki xəstəlik kimi kök saldığıında təmizləmək bəzən çətin olur. Almanlar bir cərrah kimi bu xəstəliyi məhv etməlidirlər və biz ermənilər də onlara yardım etməliyik”. (Şükrü Server Aya, Soyqırım Tacirləri və Gerçəklər, Dərin Nəşrləri, İstanbul, 2009, s. 250.) Almanlara digər legionerlər arasında baş verənləri çatdıran casus erməni legionunun andı belə idi: “Tanrı və Adolf Hitler qarşısında and içirəm ki, alman dövlətinə və erməni torpağına sadiq olacağam. Son damla qanıma kimi nasional-sosializm ideyaları uğrunda bolşeviklərə və imperialistlərə qarşı mübarizə aparacağam”. Erməni terrorçu təşkilatlarının rəhbərlərinin reyxfürer Adolf Hitler və onun komandanlığı altında erməni ordusunu yaratmaq, həmçinin erməni zənginlərinin milyonlarla maliyyə vəsaitini faşistlərin xəzinəsinə köçürmək istəyi barədə xahişlərinə baxmayaraq ermənilərə diqqət verilmirdi. Müharibən sonra ermənilər Daşnaksütun partiyasının xətti ilə dünya ölkələrinə səpələnib öz məkrli planlarını başqa haminin başçlığı altında həyata keçirmək üçün zaman gözləməyə başladılar.

 

Zaur Əliyev

Siyasi elmlər üzrə fəlsəfə doktoru

“KarabakhİNFO.com” 

10.05.2014 08:12

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*