Azərbaycanca

II Dünya müharibəsinin qəhrəman azərbaycanlıları

09.05.2014 | 08:18

1399633832_10291719_10152044083697691_5563073201653543097_nII dünya müharibəsi illərində Fransa Müqavimət Hərəkatının məşhur siması idi. O, alman faşizminə qarşı və Fransanın azadlığı uğrundakı mübarizədə inanılmaz cəsurluğu, qəhrəmanlığı ilə şöhrət qazanmışdı. Fransa prezidenti Şarl de Qoll 1966-cı ildə SSRİ-yə səfəri zamanı Ə.Cəbrayılov Azərbaycandan təcili Moskvaya çağırılmışdı. Özü də Fransa prezidentinin arzusu ilə. Belə ki, de Qoll onu qarşılayacaq şəxslər arasında döyüş dostu Armed Mişelin, yəni Əhmədiyyə Cəbrayılovun da olmasını arzu etmişdi. 1975-ci ildə isə Ə.Cəbrayılov Fransaya getmiş və orada keçmiş partizan dostları ilə görüşmüşdü.

 

Ə.Cəbrayılov Azərbaycandan Fransaya gedərkən özü ilə vətən torpağı götürmüş və Fransa torpaqlarında uyuyan azərbaycanlı partizanlar Mikayıl Hüseynovun, Ceyran xanımın, Vəli Vəliyevin, Feyzulla Qurbanovun məzarlarına səpmişdi. Əhmədiyyə Cəbrayılova Fransanın fəzri vətəndaşlığı verilmişdi. O, Fransada bütün nəqliyyat vasitələrindən pulsuz istifadə etmək hüququna malik idi. Ə.Cəbrayılov “Fəxri legion” ordeninə layiq görülmüşdü. Armed Mişel adı ilə şöhrətlənən Ə.Cəbrayılova bütün bu mükafatları Şarl de Qoll və Moris Torez şəxsən təqdim edib… 1945-ci il, aprelin son günləri almanlar və Mussolininin tərəfdaşları İsveçrə sərhədinə tərəf sıxışdırılırdı. Xəbər gəldi ki, Mussolini İtaliyanı tərk etməyib, buralarda gizlənir. Hər tərəfdə onu axtarırdılar. 1945-ci il, aprelin 27-si komandanlıqdan əmr gəldi ki, bu gecə Mussolinini sağ-salamat tutmaq üçün “Qara bəbir” adlı xüsusi bir əməliyyat keçiriləcək. Partizanlar Po çayından ayrılan, İtaliyanın bir hissəsini suvaran dərin kanalı mühasirəyə almışdı. Kanalın sol tərəfində partizanlar, sağ tərəfində isə italyanlar idi. Səhərə yaxın hava işıqlanmışdı. Birdən sağ tərəfdən kolun arxasından kimsə çıxıb bir göz qırpımında kanala tullandı. Mussolini idi…Bir elə millətdən heç kəs cəsarət edib onu tutmaq üçün çaya atılmadı. O isə sürətlə üzə-üzə, ilan kimi şütüyüb bizdən uzaqlaşırdı.

 

1399634269_10174895_10152044049352691_8168415866624595830_nAzərbaycanlı əsgər, əslən Qazax rayonundan olan Vilayət Hüseynov dərhal kanala tullandı və suyun altında yox oldu. Hamı diqqətlə baxırdı, amma Vilayət görünmürdü. Bir qədər sonra o, Mussolininin düz arxasında suyun altından çıxdı. Əli ilə Mussolininin boynundan yapışıb onu sahilə tərəf çəkməyə başladı. Sahilə çıxanda partizanlar Mussolininin tutdular. Orada Vilayətin bir ayağı suda, bir ayağı quruda şəklini çəkdilər. Vilayət Hüseynov döyüşlərin birində qəhramancasına həlak oldu. İlk Azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı. Müharibə illərində bütün SSRİ-də “İsrafildən ibrət alın”..sözü yayılmışdı. Məhz onun qəhramanlığı dillərdə dolaşırdı. İsrafil Məmmədov 20 nəfər döyüşçü ilə 10 saata yaxın idi ki, iki batalyon faşist əsgər və zabit ilə vuruşurdu, 300 nəfərdən çox faşist öldürmüşdür. İ.Məmmədov 70 faşist əsgərini və 3 zabiti məhv etmişdir.

 

Erməni və rus zabitlərinin Azərbaycanda etdikləri özbaşınaqlara dözməyən qəhrəman dəfələrlə onlarla əlbyaxa olmuşdur. Sovet İttifaqı Qəhrəmanının camaat arasında Kommunist Partiyasına qarşı mənfi fikirlər yayması, şəhər əhalisinin rəhbərliyə, polis rəislərinə deyil İsrafilə güvənməsi, onun partiya-hökumət nümayəndələrinə ciddi problemlər yaratması rəhbərliyi qıcıqlandırırdı. Beləcə ermənilərin təyziqi ilə rəhbərlik İsrafili aradan götürməyi qərarlaşdırır. Məlumata görə, əməliyyatda iştirak etmiş erməni həkimlərdən biri İsrafil xəstəxanaya çatan kimi ona zəhərli iynə vurub. 34 yaşlı azərbaycanlı general. Azərbaycan SSR-in müdafiə naziri təyin olunan, əmri verilməzdən bir neçə gün öncəOvanes (Hovannes) Baqramyanın sifarişi ilə altı lüləli minaatandan atılan bomba nəticəsində ağr yaralanaraq sağ qalan, həkimlərin səyi sayəsində həyata qaytarılmasına baxmayaraq əməliyyatdan 23 saat sonra müammalı öldürülən HƏZİ ASLANOV Baltik cəbhəsinin əsas hərbi lideri və söz sahibi idi. Gənc generalımız almanların qənimi idi. Bütün alman ordusu Həzi Aslanovun adı gələndə onunla döyüşə getməyə etiraz edirdilər. Sovet İttifaqı Qəhrəmanı (ölümündən sonra,24.03.1945), qvardiya serjantı. 1941-ci ildə sovet ordusuna çağırılmışdı. Göstərdiyi qəhrəmanlıqlara görə, “Qırmızı Bayraq” ordeni ilə təltif olunmuşdur. Mozdokdan Rumuniyayadək döyüş yolu keçmiş,

 

1399634281_10245273_10152043982077691_803285251447751560_n1943-ci ildə Qırmızı bayraqlı və Suvorov ordenli Xarkov diviziyasının tərkibində Ukranya və Moldova uğrundakı döyüşlərdə, Rumuniyanın azad edilməsində igidlik göstərmişdir. 1944-cu ilin oktyabrında Rumuniyanın Morgita şəhərindəki döyüşlərdə Aleksandr Matrosovun igidliyini təkrar edərək bədəni ilə düşmənin atəş nöqtəsini örtmüş, sovet əsgərlərinin hücuma keçməsinə şərait yaratmışdır. 1944-cü il oktyabrın 12-də 93-cü diviziyanın hissələrinə Xuedin şəhərini düşməndən azad etmək əmri verildi. Düşmən şəhəri əldən vermək istəmirdi.Onun qüvvətli minomyot atəşi tank desantçılarımızın irəliləməsinə ciddi mane olurdu. Gəray Əsədov faşistlərin minomyot atəşini susdurmağı qərara aldı. O, sürünə-sürünə faşist minomyotları qrupuna yaxınlaşıb, onlarla təkbətək döyüşə girdi, sərrast avtomat atəşi ilə minomyotun heyətini məhv etdi. Sonra igid minomyotun arxasına keçərək, onu düşmənin mövqeyinə tərəf tuşladı. Bu vuruşmada cəsur qvardiyaçı 24 hitlerçini məhv etdi. Düşmənə qarşı vuruşmada qəhrəmanlıq göstərdiyinə və öz bölməsinə məharətlə rəhbərlik etdiyinə görə G.Əsədov Qırmızı Bayraq ordeni ilə təltif edildi. Gəray Əsədovun Rumuniyadakı yolu qısa və şərəfli olmuşdu. Döyüşçülərimiz bir yaşayış məntəqəsini faşistlərdən azad etmək üçün hücuma keçmişdilər. Ancaq üstünlük düşmən tərəfdə idi. Onlar qvardiyaçıları mühasirəyə alaraq məhv etmək istəyirdilər. Gəray Əsədov “öldürülən uşaqlar və analar, tökülən göz yaşları və axıdılan qanlar üçün düşməndən intiqam alaq!” –deyə irəli atıldı. Bölmə onun ardınca hücuma keçərək, düşmənlə süngü döyüşünə girişdi. Qvardiyaçılar qəhrəmanlıqla vuruşub, süngü və qumbaralarda özlərinə yol açdılar. Şanlı Sovet əsgərləri burada da qələbə çaldılar. Qüvvələrin qeyri-bərabər olduğu bu vuruşmada Azərbaycan xalqının qəhrəman oğlu G.Əsədov yoldaşları ilə birlikdə düşmənin 16 nəfər əsgər və zabitini məhv etmiş və 22 nəfərini isə əsir almışdı.

 

Döyüşlərin birində doyüş yoldaşlarını xilas etmək üçün üzü üstə yatıb sürünərək düşmənin atəş nöqtəsinə yaxınlaşırdı. Birdən “Vətən uğrunda!” – deyərək qartal kimi şığıyıb, öz köksünü pəncərədən görünən pulemyotun lüləsinə dayadı. Gərayın bədəninə sanki onlarca xəncər sancıldı. Alov püskürən düşmən pulemyotu susdu. Qvardiyaçılar alayı dərhal polad axın kimi irəli cumdu. Stansiya uğrunda qanlı döyüş başlandı. Döyüşçülərimiz qəti hücuma keçirərək Marqata şəhərini hitlerçilərdən təmizlədilər.

 

Aynur Tağıyeva

AMEA-nın əməkdaşı

“KarabakhİNFO.com” 

09.05.2014 08:18

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*