Azərbaycanca

İki gün ərzində atəşkəs 113 dəfə pozulub

16.03.2015 | 09:33

cms-image-000006012

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 15 martda atəşkəs rejimini ümumilikdə 66 dəfə pozub.
Ermənistan Respublikasının İcevan rayonunun Paravakar,Vazaşen kəndlərində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq kəndində və Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Çinari, Mosesqex kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi və Ağdam kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
Ermənistanın Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz də atəşə məruz qalıb.
Goranboy rayonunun Gülüstan,Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Şuraabad, Cəvahirli, Kəngərli, Sarıcalı, Şıxlar, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli, Qorqan, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

Martın 16-ı erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 47 dəfə pozub.

Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Çaylı, Çiləbürt, Göyarx, Ağdam rayonunun Şuraabad, Cəvahirli, Şirvanlı, Novruzlu, Kəngərli, Şıxlar, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

16.03.2015 09:33

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*