Azərbaycanca

İki qardaşın müharibə xatirələri

29.08.2013 | 16:52

1377780319_h11Quliyev Cabir Rəşid oğlu 1976-cı ildə Ağdamın Əhmədavar kəndində anadan olub.16 yaşından könüllü olaraq 1-ci Qarabağ müharibəsinin  iştirakçısı olub 

 

 Cabir bəy Qarabağ müharibəsində döyüşməyinizə peşman deyilsiniz?

Xeyir,heç vaxt.Mən 1993-cü ilin sonları Füzulidə gedən döyüşlərdə iştirak etdim.Bu döyüşlərin birində minaya düşdüm və sol ayağımı itirdim. Fəxr edirəm ki, öz torpağımın uğrunda döyüşüb , ayağımı itirmişəm. Döyüş başlayan andan hamı torpağı,vətəni üçün namusu, qeyrəti üçün  bacardığı qədər mübarizə aparıb. Bu döyüşdə əlillər, qazilər, şəhidlər olub. Düzdür çox şəhid vermişik amma, siz bu sualı sağ qalanların hansı birinə versəniz, cavab bir olacaq: – yenidən döyüş başlasa, heç düşünmədən torpaqlarımızın müdafiəsinə qalxacağam .

 

 Bu muharibədə hansı bölgələrdə döyüşmüsünüz?İki qardaşın müharibə xatirələri

 

Mən Xanabadda,Xoramurtda, Qaraqayada, Naxçıvanikdə ,Ağdərədə , Ağdamda və başqa  bölgələrdə döyüşlərdə olmuşam.  Xocalıda və 1993- 1994 cü illərdə Füzulinin müdafiəsində iştirak etmişəm.

 

 Məlumdur ki, hər müharibənin acı xatirələri var. Çətin də olsa bu xatirələrinizdən birini bizə danışmanızı xahiş edirik.

 

Müharibədə keçən illərim, aylarım, günlərim hətta, saniyələrim belə acı xatirə doludur. Ən acı xatirəm isə  Xocalı faciəsidir. Bu faciə heç bir Azərbaycanlının  yaddaşından silinməz. Xocalı əhalisinə edilən zülm, onlara edilən əzablar  gözlərimin önündən getmir və getməz. Anaları,bacılari,yaşlıları,qocaları ,uşaqları, hər kəsi ev-eşiyindən didərgin saldılar. Ermənilərin dinc əhaliyə etdiyi zülümlər bizim əsgərlərimizə çox pis təsir edirdi. Amma bizim əsgərlərimiz onlara zülm etməyib, nə körpəsinə,nə yaşlısına,nə də əsir götürdüyünə. Xocalı hadisələri zamanı mənim 16 yaşım var idi. Qarda,boranda gedən döyüş zamanı biz Qaraqayanın altından qarın,buzun içindən yaralıları,meyitləri daşıyırdıq. Xocalılara edilən zülm  bütün dünyaya məlumdur.

 

 İki qardaşın müharibə xatirələriNecə oldu ki,bir evdən iki qardaş döyüşə getdiniz?

 

Torpaqlar bizimdirsə, biz qorumalıyıq. Kimsə gəlib bizim torpaqlarımızı qorumalı deyil. O dəhşətləri görən hər bir vətənpərvər insan döyüşməliydi. Bizim analarımız,bacılarımız bu torpağın üzərində  gəzirsə , bu torpaqları biz qorumalıyıq.

 

İlk döyüşlərdə qardaşımla bərabər döyüşmüşəm . Hamı mənə deyirdi ki,qardaşın burdadı sən qayıt get.Amma mən əlimdən gələn köməyi eləyirdim. Patron daşıyırdıq, silah-sursat daşıyırdıq. Bizə icazə verməsələr də silah götürüb könüllü olaraq postlara çıxırdıq.Sonralar isə  1993-cü ildə  Füzulidə oldum və orda gedən döyüşlərdə iştirak etdim.

 

  Qardaşınız Quliyev Cəbrayıl haqqında oxuculara məlumat vermənizi istəyirik.

 

Qardaşım Quliyev Cəbrayıl  1974-cü ildə Ağdamın Əhmədavar kəndində anadan olub.Hal -hazırda bu kənd erməni işğalı altındadır.1993-cü il iyul ayının 23-də , Ağdamın işğal günü biz bu torpaqları itirdik.Qardaşım məndən qabaq  döyüşlərdə olub.1991-ci ildən 17 yaşından tüfəng götürüb döyüşlərə qatılıb. 1992-ci ildən ilk könüllülərdən olub.1993-cü ilin may ayında Əsgəran bölgəsində gedən Xanabad-Xoramurd döyüşündə düşmən plamyotundan atılan atəş nəticəsində qardaşım Cəbrayıl  ağır yaralanıb və sol ayağını itirib.

 

  Qarabağ, Ağdam deyəndə ürəyinizdən hansı hisslər keçir?İki qardaşın müharibə xatirələri

 

Qarabağ, Ağdam deyəndə ürəyim göynəyir, ayaqlarım titrəyir, gözlərim dolur. Gözümüzü açıb o torpaqlarda böyümüşük, o torpağın çörəyin yemişik, suyun içmişik, orda bəhrələnmişik. Hər kəsə doğulub, boya-başa çatdığı  yer  doğmadır, əzizdir, şirindir, əvəzolunmazdır.

 

  Sizin fikrinizcə bu gün gənclərimizin döyüş ruhu kifayət qədərdimi?

 

Mənə elə gəlir ki, gənclərimizin döyüş ruhu var.Ali baş komandanımız nə vaxt döyüş əmrı versə,gənclərimiz gedəcək müharibəyə,torpaqlarımızı azad etməyə. Mən buna əminəm. Azərbaycanın qeyrətli gəncləri,oğulları var. Mən inanıram ki, onlar torpaqlarımızı almağa qadirdir.

 

“KarabakhİNFO.com”

 

Hafiz Səfərov

29.08.2013 16:52

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*