Azərbaycanca

İki yaşından yuxarı türklərin ermənilər tərəfindən kəsilməsi qərara alınmışdı

07.05.2014 | 11:20

 

1399455998_56I Dünya müharibəsi dövründə Osmanlı dövlətində yaşayan erməni yazıçıların hər il nəşr etdirdikləri səlnamələr o dövrdə baş verənləri daha aydın dərk etməyimiz üçün çox böyük maraq kəsb edir. Teotik adında birinin hər il İstanbulda çıxardığı “Armenon Daresevisi” adlı səlnaməsi yalnız və yalnız erməni komitəçilərinin və “erməni məsələsi”lə uğraşan xaricilərin rəsmlərini, şeir və məqalələrini ehtiva edirdi. Onun  1914-cü il tarixli nüsxəsində rus ordusunda işləyən erməni əsgər və generalların rəsmləri qoyulmuş və tərcümeyi-halları yazılmışdır. Bundan başqa, onların xatirələri və “qəhrəmanlıqları” barədə məlumat çap edilmiş, “erməni məsələsi”nin tarixi təfsilatı ilə qələmə alınmışdır.

 

 

 

Bənzər mövzulara “Sakar-Mesrop,” “Erməni sülaləsi,” “Taşra salnaməsi” kimi bir çox nəşriyyatların çap etdirdikləri  nəşrlərdə də rast gəlinirdi. Onların içində “Komitə marşları” xüsusi yer tuturdu. Məsələn, “Daşnaksağan marşı” belə idi.

 

 

 

Daşnaksağan çətəsi, Sason gedəyin.

 

İgid dostlarımız bizi gözləyirlər.

 

Qəhrəman Andranik cəsur yoldaşlarıyla

 

Müharibə istəyir, baharı gözləyirlər.

 

Çətə başçıları can və könüldən and içərək,

 

Fədailərilə irəliləyirlər.

 

Ən qabaqda qəhrəman Andranik

 

Nərə çəkərək hərb istəyir.

 

Yetişin artıq, qardaşlar, çox yatdıq,

 

Bu qədər səbr və təhəmmül kafi deyilmi?

 

İndi güclüyük, təkrar alağın”.

 

 

 

“İstiqlala dəvət” adlı marşın sözləri isə belə idi:

 

 

 

“Ermənilər, silah başına, qılınc belə, tüfəng çiyinə.

 

Türk Ermənistanından bizi bir səs çağırır.

 

Dağdan dağa dəhşətli bir fəryad cınlayır,

 

Vətənə qaçın, ermənilər, Ermənistana qaçın.

 

Ermənistanda ermənilər yenə qiyam etdilər,

 

Aslanlar kimi intiqam deyə bağırırlar.

 

Bütün obalar qana boyandı,

 

Bütün dərələrdən qan axır.

 

Düşmən qorxusundan, dəhşətindən qaçdı,

 

Ermənilərə bir çox qənimət buraxdı,

 

Bir ağızdan zəfər deyə bağıraq,

 

Düşmən məğlub oldu, yaşasın Ermənistan!”

 

 

 

Ən çox oxunan marşlardan biri də “Xann mahnısı” adlanırdı:

 

 

 

“Ay yoxdu, qaranlıq bir gecə idi,

 

Bir çətə tez-tez gedirdi,

 

Bu çətə qəhrəman xanın çətəsi idi,

 

Hamısı da silahlı idi.

 

Qəhrəman xan Pasinə çıxdığı zaman

 

Top səsləri eşidildi.

 

Erməni qəhrəmanlarının silahlarından

 

Çıxan mərmilər guruldayırdı.

 

Ermənistan torpağında

 

O qəhrəman qanını tökdü,

 

Ağlama, onu xatırla,

 

Qəhrəman xanın adını heç unutma”.

 

 

 

“Hnçakn marşı” ən məşhur marşlardan biri idi:

 

 

 

“Sən uzaq illərdə qərib-qərib oturduğun halda,

 

Vətənin fəlakətini yaxından bilirsən.

 

Yeni əməllərin uca və cəsur vaizi,

 

İxtilalın cınlayan hncağı (cınqırağı).

 

Sənin saçdığın, əkdiyin yeni böyük idealının,

 

Gözəl meyvələri tez yetişsin.

 

Ərzurumda, İstanbulda əsən şimşəyin,

 

İlk hərəkatın zəngini tez çal.

 

Ermənilər hər tərəfdə ayaqlansın,

 

Əsarət zənciri qırılsın, yeni günəş doğsun,

 

Hürüz, hncaq komitəsi çınla…”

 

 

 

“Ermənistan fəğanı” adlı marşın sözləri belə idi:

 

 

 

“Əməlinə çatım de,

 

İstəyirsən, məni dar ağacına çıxarsınlar,

 

Dar ağacından boğuq səslə

 

“Ah Ermənistan” deyə bağıracağam.

 

Ah Ermənistan, qəlbimi, ruhumu

 

Sənə ithaf edirəm, qəbul et.

 

Mümkünsə, mən ölüm, yalnız,

 

Biçarə Ermənistan həyat tapsın.

 

Mənim də bəzədilmiş tacım,

 

Bir kralım olsun,

 

Ermənistan bayrağı dalğalansın”.

 

 

 

“Ana vətn Ermənistan” adl marşda deyilirdi:

 

 

 

Məzarımın yanına, daşımın üstünə,

 

Bu zəfər abidəsini tikin.

 

Ermənistanı görsün, erməni qəhrəmanları oxusun,

 

Şəhid olan dostlar ana Ermənistanı xatırlasın.

 

Qəhrəmanların önündə durduğum zaman

 

“Haydı irəli” deyə bağırdım,

 

Qəhrəman ermənilər, düşmənimizə qarşı vuruşağın…

 

Cəsarətimizi, erməniliyi onlara göstərəyin,

 

Sümüklərimiz qəbir içində rahat olsun,

 

Hür bayraqlarıyla məzarımızı erməni qəhrəmanları örtsün”.

 

 

 

Komitəçilərin, qiyamçıların bu mahnıları məktəblərdən başqa teatr səhnələrində, erməni çayxanalarında, klublarında, küçələrdə açıq-aşkar söylənirdi. Məsələn, heç bir məmləkətdə səhnələşdirilməsinə icazə verilməyəcək şəkildə  yazılan “Vartan Mamikonyan” pyesi Bəyoğlunda, Üsküdarda oynandığı zaman ermənilərin ən həyəcanlı qiyam havalarından olan “Pamp Orodan” hey bir ağızdan söylənir, erməniliyi təmsil edən qoca “Hür Ermənistan, hür ermənilər” kəlmələri dilə gətirildiyi zaman xalq cuşa gəlirdi, “Yaşasın Ermənistan!” deyə bağıranlar belə olurdu. Bu mahnılar vallara yazılıb hər tərəfə göndərilirdi.

 

 

 

Osmanlı dövlətinin başı müharibələrə qarışdığından pulla tutulmuş xatiblər azad şəkildə məhəllə-məhəllə gəzərək xalqı təhrik edirdilər. Erməni yazıçılarına gəlincə, onların heç biri “Hürriyyətin elanı”ndan sonra bircə dənə də olsun ədəbi, ciddi bir əsər yazmamış və qələmlərini bütünlüklə komitəçiliyə, ermənilərin əməllərinin dirildilməsinə, qiyama və pozğunçuluğa yönəltmişdilər.

 

 

 

Həmin dövrdə qələmə alnmış tarix kitablar da diqqətçəkicidir. Məşrutiyyətdən sonra hər kəs bir tarix yazırdı. “Tarixçi”lərdən biri Bizans imperatorlarından 14 və ya 18-nin erməni irqinə mənsub olduğunu söyləyəcək qədər gülünc iddialar irəli sürmüşdü.

 

 

 

Patriarxxana bütün varlığı ilə tam bir komitəçi yatağı olmuşdu. Məktəblərdə Ermənistan tabloları ən qiymətli yeri işğal etmişdi. Kilsələrdən Osmanlı tuğrasını qaldıraraq yerinə Ermənistan gerbi, “Ermənistan” xəritəsi asırdılar. Bomba istehsalını öyrənmək üçün Ərzurum, Kayseri, Diyarbəkir və Vandan Rusiyaya, Amerikaya və Avropaya adamlar göndərilmişdi. Komitə qəzetləri ən kiçik kəndlərə qədər soxulmuş, pozğunçuluq hər tərəfə yayılmışdı. Bu qəzetlər hökumət adamları və türklüyün əleyhində ağıza alınmayacaq söyüşlər yağdırırdılar. Onlardan bəzilərində yazılanları oxuyanda adamın tükləri tikan-tikan olur.

 

 

 

Komitəçilər əvvəl 5 yaşından böyük olan türklərin qətlə yetirilmələrini qərarlaşdırmış, sonra 5 yaşından kiçik olan uşaqların da erməni milləti üçün təhlükəli olacaqlarına hökm verərək, iki yaşından böyük olan bütün türklərin “kəsilmələrinə” qərar vermişdilər. Həmin qərarların mətni belə idi:

 

 

 

“Qərar No: 1

 

Türk milləti vəhşiliyinin ortadan qaldırılması Avropa ölkələrinin əsgəri güclərinin qərarı olmuş və bu əməlin yerinə yetirilməsi üçün aşağıdakı şəkildə icrasına qərar verilmişdir:

 

 

 

“İlk öncə rus dövləti ordusunun qarşı tərəfdən Ərzuruma doğru hərəkəti ilə hücuma keçəcək orduya qarşı türklərin mücadələyə məcbur olacaqları təbii olduğuna görə bu fürsətdən istifadə etmək üçün geridə hazırlıq görmüş qəhrəman erməni çətələri (partizan dəstələri) Türk ordusunu arxa tərəfdən vurmaqla iki tərəf arasında qalan düşmənin hamısının beş yaşından böyük olanları ilə birlikdə yox və qətl edilmələri qərara alınmışdır.”

 

İmzalar: Rəis: Hanzarlı Murat

 

Artilleriya komandiri: Bünyamin .

 

 

 

Qərar No: 2

 

“Öncəki qərarda hər nə qədər 5 yaşından böyük olanların kəsilməsinə qərar verilmişsə də, bu beş yaşındakı uşaqların yaş etibarilə əhəmiyyəti qabaqcadan görmək və irəlidə mənsub olduqları milləti yada salaraq gələcəkdə erməni milləti üçün bir təhlükə təşkil edəcəklərinə görə iki yaşından böyük olanların kəsilmələrinə birlikdə qərar verilmişdir.”

 

 

 

İmzalar: Rəis: Hanzarlı Murat

 

Artilleriya komandiri: Bünyamin””.

 

B. Adiloğlu

“KarabakhİNFO.com”

 

 

 

07.05.2014 11:20

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*