Azərbaycanca

İkili standartlar siyasətində Ukrayna və Azərbaycan reallığı – See more at: http://karabakhinfo.com/arasdirma/page/5/#sthash.yRcJyZnL.dpuf

04.03.2014 | 20:01

1394113688_zaur-gariboghluZaur Qəriboğlu   “KarabakhİNFO.com” beynəlxalq elektron jurnalının baş redaktoru, yazar    Neçə gündür sosial şəbəkələrdə yazıram: Biz Ukrayna xalqını dəstəkləyirik, dünya birliyinin Ukraynanın ərazi bütövlüyünü qorumaq istiqamətində Rusiya Federasiyasına verdiyi notaları da eşidirik, görürük, yüksək qiymətləndiririk. Hətta ABŞ prezidentinin Rusiya XIX əsrdəki kimi XXI əsrdə də hərb gücünə müstəqil dövlətlərin suverenliyinə toxuna bilməz, ərazi bütövlüyünü poza bilməz deməsini də alqışlayırıq. Amma bir məqam məni düşündürür: “Bizi Ukraynadan və ukraynalılardan fərqləndirən cəhət nədir ki, artıq 1988 – ci ildən bəri Rusiya Ermənistanın əli ilə Azərbaycan dövlətinin suverenliyinə toxunub, Azərbaycan vətəndaşlarının öz əzəli torpaqları olan Qərbi Azərbaycandan deportasiya olunmasına şərait yaradıb, 20 faiz torpaqlarını işğal edib, Dağlıq Qarabağ və ətraf rayonlarda bir milyondan çox insanı öz yurd – yuvalarından məhrum edib”.   Bütün beynəlxalq sənədlər, araşdırmalar, faktlar sübut edir ki, 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xocalıda bütün sivilizasiya normalarına zidd olan qanlı aksiyanı erməni silahlı dəstələri, keçmiş SSRİ-nin Xankəndində yerləşdirilən 366-cı motoatıcı alayının hərbi qulluqçularından və zirehli texnikasından istifadə etməklə törədiblər. Bəs niyə 22 il bundan öncə baş verən qanlı hadisəyə görə Qərb dövlətləri Rusiyanı qınamırlar?!. Nədən Rusiyanın müdafiə naziri Serdyukov İrəvanda 102-ci bazaya aid 10 obyektin də ermənilərə veriləcəyini deyəndə başda Amerika olmaqla qərb dövlətləri susdular?!. Bəs, bu, çox hörmətli Barak Obama, Fransua Olland,  Pan Gi Mun, Angela Merkel, Devid Kemerun, Didye Burkhalter və digər “demokrat qüvvələr” hesab edilən cənablar üçün hərbi təcavüz hesab edilmirmi?!.    Nüfuzlu alman «Tagesspiegel» qəzeti Rusiyanın Silahlı Qüvvələrinin Ermənistanda başa çatan təlimləri ilə bağlı yaydığı məlumatda təlimlərin təkcə Ermənistanda yox, BMT-nin, ATƏT-in, Qərb dövlətlərinin də de – yure tanıdığı, lakin sözdə Ermənistanın amma reallıqda Rusiyanın  işğalında olan  Dağlıq Qarabağda da keçirildiyini qeyd edib. Bəs, onda niyə özünü demokratiyanın qoruyucuları sayan Amerika, Fransa, Almaniya, Böyük Britaniya bu xəbərdən sonra Rusiyaya qarşı bəyanat qəbul etmədilər?!   Hələ bu azmış kimi illərdir  bu gün Ukrayna üçün təlaşlanan dünya birliyi, ABŞ, Fransa kimi böyük dövlətlər bir dəfə də olsun Azərbaycanın suverenliyi, ərazi bütövlüyü üçün bu gün Ukraynaya görə atılan addımları atmayıblar. Düşünmürəm də ki, bu istiqamətdə bizim xeyrimizə hansısa addım atılacaq. Çünki Azərbaycan döyüş əmri verdiyi halda, bu gün Ukraynaya görə haqlı mövqedə dayanan dünya birliyi Azərbaycanın yanında olmayacaq, öz haqlı davamızın adını “yazıq erməni xalqı”na qarşı təcavüz kimi qiymətləndirəcək. Demək, böyük dünyada kiçik olmaq da bir iş deyilmiş… Əslində biz kiçik deyilik, bizi müxtəlif illərdə parçalayıb, pərəm – pərəm edərək, kiçildib, gücsüzləşdiriblər. Bu qənaətə gəlirəm ki, “ədalətli” dünya birliyinə bir çox azsaylı xalqların yaşadığı, tolerant Azərbaycan dövlətinin timsalında ikinci böyük türk dövlətinin yaranması lazım deyil. Fəqət, kimin nə düşünüb, düşünməcəyindən asılı olmayaraq, Azərbaycan dövlətinin dünyanın böyük güclərinin “dəstəyinə” ehtiyacı yoxdur. Çünki hər an Ali Baş Komandanın döyüş əmrini gözləyən Azərbaycanın güclü ordusu, tarixin bir çox sınaqlarına sinə gərmiş əzmkar xalqı var.  

 

  “KarabakhİNFO.com”   

04.03.2014 20:01

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*