Azərbaycanca

İlham Əliyev: “Biz Qarabağda dağıdılmış məscidləri bərpa edəcəyik və orada namaz qılacağıq”

27.12.2014 | 12:28

Ilham Eliyev mescidDekabrın 26-da Bakıda Heydər məscidinin açılışı mərasimi olub.
“KarabakhİNFO.com” beynəlxalq e-jurnalının məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev mərasimdə çıxış edib. O, bu açılışı ölkənin həyatında əlamətdar tarixi hadisə kimi qiymətləndirib:

 
“Bir daha demək istəyirəm ki, biz Azərbaycanda bütün məsələləri ardıcıllıqla, məqsədyönlü şəkildə həll edirik. Bizim siyasətimizin mənbəyi Azərbaycan xalqıdır. Azərbaycan xalqının arzularını Azərbaycan iqtidarı gerçəkləşdirir. Biz bundan sonra da bu yolla gedəcəyik. Əminəm ki, ölkənin qarşısında duran bütün vəzifələr uğurla icra ediləcəkdir. O cümlədən ən ağrılı problem – Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi də öz həllini tapacaq, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək.

 
Bu gün güclü Azərbaycan ordusu, güclü Azərbaycan iqtisadiyyatı, beynəlxalq mövqelərimiz imkan verir ki, biz bu istiqamətdə istədiyimizə nail olaq. Bizim istədiyimiz bizim haqqımızdır. Haqlı tələblərimiz var. Biz ərazi bütövlüyümüzü bərpa etmək istəyirik. Biz istəyirik ki, azərbaycanlılar bütün tarixi Azərbaycan torpaqlarında, Dağlıq Qarabağda, digər işğal edilmiş torpaqlarda yaşasınlar. Vaxt gələcək azərbaycanlılar bizim tarixi torpaqlarımızda – İrəvan xanlığında, Göyçə, Zəngəzur mahallarında da yaşayacaqlar. Ona görə biz daha da fəal işləməliyik, çalışmalıyıq, hər bir vətəndaş öz sahəsində ümumi işimizə töhfə verməlidir. Mən tam əminəm ki, gün gələcək biz Şuşa məscidini, Ağdam məscidini və hazırda Azərbaycanın erməni vəhşiləri tərəfindən dağıdılmış bütün digər məscidlərini bərpa edəcəyik, orada birlikdə namaz qılacağıq. Biz ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik”.

 

 

 

“KarabakhİNFO.com”

 

 

 

27.12.2014 12:28

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*