Azərbaycanca

İlham Əliyev cəbhədə

06.08.2014 | 14:05

eliyev cebhe“KarabakhİNFO.com” beynəlxalq e-jurnalı Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, Prezident İlham Əliyev Ağdam rayonuna səfər edib.

 

 

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev əvvəlcə Ağdamdakı “N” saylı hərbi hissəyə gəldi. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi.

 

 

Müdafiə naziri yaranmış hərbi şərait barədə dövlətimizin başçısına məlumat verdi.

 

 

Sonra Prezident xidmətdə fərqlənən bir qrup hərbçiyə xatirə hədiyyələri təqdim etdi.

 

 

Daha sonra Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iştirakı ilə operativ müşavirə keçirildi. Dövlətimizin başçısına cəbhə xəttində ümumi vəziyyətlə bağlı məruzə edildi.

 

 

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev müvafiq tapşırıqlarını verdi.

 

 

“KarabakhİNFO.com”

06.08.2014 14:05

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*