Azərbaycanca

İlham Əliyev Fransa Prezidenti ilə görüşüb

05.09.2014 | 10:11

aliyev-olland“KarabakhİNFO.com” beynəlxalq e-jurnalı prezidentin rəsmi saytına istinadən xəbər verir ki, Uelsdə NATO sammiti çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Fransa Respublikasının Prezidenti Fransua Ollandın görüşü olub.

 

 

Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etməsindən məmnunluq ifadə olundu. Azərbaycan ilə Fransa arasında əməkdaşlığın müxtəlif sahələrdə daha yaxşı perspektivlərinin olduğu vurğulandı.

 

 

Söhbət zamanı dövlət başçıları Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında geniş fikir mübadiləsi aparıblar.

 

“KarabakhİNFO.com”

 

 

05.09.2014 10:11

Şərh yaz

Your email address will not be published. Required fields are marked *

*